“WikiLeaks” müəmmasına dair 7 sual

 
“WikiLeaks” müəmmasına dair 7 sual


“WikiLeaks” saytının yaydığı məlumatlar artıq dünyanın gündəmində ön sırada yer alan xəbərlər cərgəsindədir. Müxtəlif versiyalar irəli sürülür, ekspertlərin rəngarəng şərhləri eşidilməkdədir. Amma bütün bunlar qaranlıqda qalan çoxsaylı sualın cavabı demək deyil. Açıqlanmış sənədlərin təhlili birmənalı olmayan nəticələr çıxarmağa əsas verir:

1. “Soyuq müharibə” qurtarmayıbmı?

“WikiLeaks” müəmması yalnız ilk baxışda “şokedici məlumatlar” təəssüratı yaratsa da, əslində, bunların yaxşı idarə olunan psevdo-xəbər kampaniyasının tərkib hissəsi olduğu fikri getdikcə qətiləşməkdədir. Dövlət Departamenti kimi bir qurumun «məxfi» qrifi altında qorunan məlumatlarının ABŞ ordusunun sadəcə bir əməkdaşı olan Bredli Meninq tərəfindən sayta ötürülməsi haqda rəsmi açıqlama məsələnin mahiyyətindən yayınmağa, «soyuq müharibə» metodları ilə yeni informasiya müharibəsinin başlanmasının pərdələnməsinə xidmət edir. ABŞ kimi fövqəldövlətin “WikiLeaks”-in əlində “aciz qalması” inandırıcı görünmür və bu da prosesin məqsədyönlü şəkildə idarə edildiyi ehtimalına inamı artırır.

2. Klinton niyə üzr istəyir?

Bununla yanaşı, ABŞ dövlət katibi Hillari Klintonun məlumatların etibarlılığı ilə bağlı etirafı, hətta bir sıra dövlət rəsmilərindən üzr istəməsi “WikiLeaks» müəmmasını daha da artırır və eyni zamanda dünyanın diqqətinin məhz bu məsələyə yönəldilməsinə hesablanıb.

3. Amerika diplomatlarının işi qeybət etməkdirmi?

Sənədlərdən aydın olar ki, yazışmaların müəllifləri olan Amerika diplomatları faktları əks etdirməkdən daha çox onları şərh edir, həqiqəti təhrif edir və regional aktyorları bir-birinə qarşı qoymağa çalışırlar. Hətta Dövlət Departamenti yerli şəbəkələrində çalışanlara ölkələrin daxili işlərinə müdaxilə etmək tapşırıqları verir. Materiallarla tanış olduqda belə anlaşılır ki, amerikalı diplomatlar gündəlik işlərinin böyük hissəsini çalışdıqları ölkələrin nüfuzlu şəxsləri haqqında qeybətə həsr edirlər. Klinton ölkəsinin Buenos-Ayresdəki səfirliyinə belə bir tapşırıq verir: öyrənin görün yeni seçilmiş Argentina prezidentinin ağlı başındadırmı? Almaniya kansleri Merkel haqqında deyilənlər və s. məsələləri də Dövlət Departamentinin bu qəbildən olan «məxfi» tapşırıqları sarısına aid etmək olar.

4. 250 mindən çox gizli sənədin açıqlanması Amerikanın dünyadakı imicinə necə təsir etdi?

Ümumiyyətlə, bundan hansı qüvvələr qazandı? Geniş planda düşündükdə yalançı ajiotajı bir kənara qoysaq, əslində, Birləşmiş Ştatların nüfuzunun hansı dərəcədəsə sarsılmasını söyləmək çətindir. “WikiLeaks» qalmaqalından qazanan tərəf varsa, o da elə onun müəllifi olan ölkədir. Amerika rəsmiləri bu olayı tez-tez 11 sentyabrla müqayisə edirlər. Fikrimizcə, bu, tək şok effekti baxımından deyil, elə Amerikanın əldə etdiyi dividentlər baxımından da yerinə düşən müqayisədir.

5. “WikiLeaks” nə müəmmadır? Onu yaradan hardadır?

Culian Assanc «WikiLeaks» adlı saytı 2006-cı ildə yaradıb. Elə əvvəldən də bəyan etmişdi ki, əsas məqsədi müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap etməkdir. Bu saytın adı dünyanın diqqətini bu ilin aprelində cəlb etdi. Sayt İraqda Amerika əsgərlərinin «Apachi» hərbi vertolyotundan açılan atəşlə aralarında «Reuters»in iki müxbirinin də olduğu 11 mülki şəxsi öldürdüyü səhnəsini internetdə yayımladı. Üstündən üç ay keçmiş isə «WikiLeaks» saytı «Əfqanıstan müharibəsi gündəliyi» adı altında 2004-2010-cu illəri əhatə edən 92 min sənədi dərc etdi. Necə deyərlər piar işi pis başlamadı. Dostları Culian Assancın özünü yaxşı riyaziyyatçı hesab edirlər. Hətta onun xarizması haqında da əfsanələr uydurulmaqdadır. İndi “İnterpol” onu axtarır. Axtarış heç də dünyanı bir-birinə vuran «məxfi» sənədləri yaydığına görə deyil, İsveç prokurorluğunun iddiasına görə aparılır. O, seksual cinayətlərdə ittiham olunur. “İnterpol” deyir ki, hazırda Assancın yeri bilinmir. Ancaq yarı zarafat, yarı ciddi onu Bin Ladeninin gizləndiyi Tora Bora mağarasında tapsalar, təəccüblənməyə dəyməz.

6. Bunu Pentaqon və Dövlət Departamenti arasında ziddiyyətlərin nəticəsi hesab etmək olarmı?

Amerikanın strateji hədəflərinə münasibətdə hər iki qurum arasında fikir ayrılıqlarının olması barədə xəbərlər yeni deyil. Hətta İraqdan qoşunların çıxarılması, «üçüncü dünya» ölkələrinə münasibətdə bu ziddiyyətlərin daha dərin qatlara işlədiyi məlumdur. Nəzərə alaq ki, Amerika diplomatlarını ifşa edən sənədləri sayta elə Amerika hərbçisi ötürüb. İraqdakı işgəncə faktlarını çıxmaqla, hərçənd ki, bunu bilmək üçün «WikiLeaks»in məlumatlarına ehtiyac yox idi, biabır olan Pentaqon yox, Dövlət Departamenti və onun dünyaya səpələnmiş diplomatlarıdır. Versiyamızı təsdiqləmək üçün elə Amerikanın yaxın tarixinə nəzər salmağımız yetər. Tarixə Uoterqeyt qalmaqalı kimi düşən və Niksonun istefası ilə nəticələnən insidentin FTB-yə uzun illər rəhbərlik etmiş Eqar Quverin vəfatından cəmi iki ay sonra baş verməsini indi heç kim təsadüf hesab etmir. FTB şefi vəzifəsinə Quverin varisi sayılan Mark Feltin yox, başqa birisinin təyin edilməsi ilə Uoterqeyt qalmaqalının başlaması bir oldu. Nikson 1972-ci ilin prezident seçkiləri dövründə Demokrat Partiyasının namizədi Corc Makqovernin qərargahında dinləyici qurğu quraşdırmaq göstərişi verməkdə ittiham edildi, az sonra prezident öz postu ilə vidalaşdı. İndi dünyanın siyasi gündəmini zəbt edən «WikiLeaks» müəmmasına da Uoterqeyt prizmasından yanaşsaq, bir çox həqiqət üzə çıxar.

7. Bu sənədlər nə üçün indiki məqamda ictimai dövriyyəyə buraxıldı?

ATƏT-in Astana sammiti ərəfəsində bu qalmaqala start verilməsi maraq doğurmaya bilməz. “WikiLeaks”-in açıqladığı sənədlər arasında Azərbaycana aid məqamlarda ABŞ diplomatik missiyası əməkdaşlarının ölkəmizdəki proseslərə dair sitatları daha çox yerli dövri mətbuatdakı dedi-qoduları xatırladır. Dedi-qodulardan və əsaslandırılmamış məlumatlardan bəzi məqsədlər üçün istifadə regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə, ikitərəfli münasibətlərə, dövlət başçıları arasında səmimi əlaqələrə böyük zərbə vura bilər. Azərbaycan Prezidentinin fikirlərini yalan və böhtan xarakterli sözlərlə bəzəyərək həqiqət kimi təqdim edilməsi, bununla da Azərbaycanı bir sıra mühüm regional aktyorlarla qarşı-qarşıya qoymaq cəhdi bəzi qüvvələrin kifayət qədər həssas regionumuzda siyasi qarışıqlıq yaratmaq məqsədindən irəli gəlir. Aydındır ki, Azərbaycan Prezidentinə aid edilən bütün bəyanatlar təhrikedicidir və həqiqəti əks etdirmir.

Nəhayət, belə bir nəticəyə gəlmək mümkündür ki, “WikiLeaks” tərəfindən ötürülmüş məlumatların obyekti olan dövlətlərin ABŞ-la münasibətlərdə əvvəlki inamı bərpa etməsi zaman tələb edəcək.


Geri dön

CandyGirl

  • 3 dekabr 2010 16:29
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
mArAqLı mövzuyA görə müəllifə soNsuz təşəKKürLər... wink

--------------------

Milawka

  • 3 dekabr 2010 12:18
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
COOOX SAGOL BİZİMLE DE BÖLÜŞDÜYÜNCÜN MEN BİLEN BU SAYT BİZİM HAQDA DA NESE YAZİB CUNKİ KECEN DEFE XEBERLERDE EŞİTDİM Kİ MÜDAFİE NAZİRLİYİMİZ BUNU İNKAR EDİB AMMA DEQİQ BİLMİREM NE YAZMİŞDİLAR

Sergio Ramos

  • 2 dekabr 2010 22:32
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bu xəbər mənim üçün mArAqlı olduğuna görə istədim sizlə bölüşüm...

--------------------

Ulya

  • 2 dekabr 2010 21:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli idi twk

R_O_M_A

  • 2 dekabr 2010 21:43
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
movzuya gore tew

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}