Şirni sevirsinizə, oxuyun

 
Şirni sevirsinizə, oxuyun

Şirni sevirsinizə, oxuyun!

Bədən üçün təhlükəsiz şirniyyatlar

1.Marmelad
Baxmayaraq ki, bu şirni kifayət qədər kalorilidir, o, bədən quruluşunu korlamır. Marmeladın tərkibinə pektin daxildir ki, o da dəriyə çox faydalı olan, xolesterinin səviyyəsini azaldan, orqanizmdən toksinləri xaric edən qida liflərilə zəngindir. Marmeladın tərkibində demək olar ki, yağ yoxdur.

2.Zefir və pastila
Onların tərkibində də marmeladda olduğu kimi, təhlükəli yağlar yoxdur. Şokoladsız və əlavə içliyi olmayan zefir seçin. Bu məhsullarda dəmir, fosfor və əzələ üçün inşaat materialı sayılan zülal da çoxdur.

3. Quru meyvə
Şirinliyinə görə onlar istənilən konfetdən yaxşıdır, eyni zamanda bədənə “öldürücü” təsir göstərmir. Ərik, qara gavalı, kişmiş və ləbləbi – şokolad batonuna əla alternativdir. Amma onlardan da çox yemək olmaz. Gündə 50 q normal hesab olunur.

4. Jele və pudinq
Onların tərkibinə jelatin və ya aqar-aqar (qatı bitki həlimi) daxildir. Təbii şirə tərkibli jele mədə-bağırsaq traktının işini yaxşılaşdıran və xolesterinin səviyyəsini azaldan pektinə malikdir. Siz pudinq və jele yeməklə nəinki arıq qalır, həmçinin həzmetmə sisteminizə yardım etmiş olursunuz. Südlü pudinqlər isə əla kalsium mənbəyidir. Kaloriliyi 150-200 kalori, yağ isə 0-5%-dir.

5. Dondurma və südlü kokteyllər
Əlbəttə ki, söhbət aşağıkalorili (yağsız) ərzaqlardan gedir. Bu şirniyyatı yeyənlər nəinki kökəlmir, əksinə arıqlayır. Daha çox fayda verməsi üçün dndurmanı şokolad və ya karamel deyil, təbii və dondurulmuş meyvə ilə zənginləşdirin. Yaxşı olar ki, dondurmanı ev şəraitində özünüz hazırlayasınız.

6. Acı şokolad
Şokoladın tərkibində böyük miqdarda antioksidant var ki, bu da xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır. Südlü və ağ şokolad barədə unudun, yalnız 80% kakaodan ibarət şokolad yeyin.

7. Bal
Bu ərzaq xüsusiyyətinə görə unikal sayılır. Bal – toxluq hissi verən diyetik ərzaqdır. Bal sellülit əmələ gətirmir, eyni zamanda bir sıra problemin müalicəsində əla vasitədir. Ona görə də şirin çayı ballı çayla əvəz edin.

Zərərli şirniyyatlar
Yaxşı əhval-ruhiyyə, vitamin mənbəyi olan faydalı şirniyyatlardan başqa, zərərli olanları da var. Belə şirnilər əhvalı qaldırsa da, bədən quruluşunun əleyhinə işləyəcək. Zərərli şirnilərə şəkər, karamel, şirin içkilər, tort, pirojna, konfetlər aiddir.

Şirniləri düzgün yeməli
Diyetoloqlar təkcə hansı şirnini yemək yox, onu necə yemək barədə də məsləhətlər verirlər. Gözəl bədən quruluşuna sahib olmaq istəyənlər bu məsləhətlərə diqqətlə qulaq asmalıdırlar.

· Bütün şirniyyatları günün birinci yarısında yemək lazımdır, heç vaxt onu axşama və ya gecəyə saxlamayın.

· Şokoladı yalnız soyuq halda yemək lazımdır, bunun üçün onu soyuducuya qoyun, bir az soyuyandan sonra yeyin.

· Şirniyyatı düşünərək yemək lazımdır, özünüz də hiss etmədən yesəniz, bir müddətdən sonra yenidən yemək istəyəcəksiniz.

· Şirniyyat yemək istəyirsən? Onda heç bir təəssüf, peşmanlıq keçirmədən ye. Yediyinə görə özünü qınama, əksinə həzz al.

· Qədərini bil! İstəyinizi «öldürdünüz», əhvalınızı qaldırdınız, indi isə dayanın – həddindən artıq yeməyin. Əgər şirniyyatı qida qəbulundan sonra yesəniz, bu baş verməz.


Şəkərin gündəlik dozasını azaldın

1.Resept üzrə hər hansı şirniyyat hazırlayırsınızsa, reseptdə göstərilən şəkər miqdarından yarıbayarı az qoyun.
2.Şirniyyata fərqli dad vermək üçün darçın, sarıkök, cövüz əlavə edin.
3.Sousları özünüz hazırlayın.
4.Sıyıq və yulaf yarmasına şəkər tozu əvəzinə təzə və quru meyvələr əlavə edin.
5.Konfet əvəzinə çiy tərəvəz və pendir yeyin.
6.Şirin peçenyedənsə, kreker yeyin.
7.Şirin içkilərdən imtina edin, əvəzində adi qazlı su için.

Ən kalorili
Gözəl bədən quruluşu üçün ən kalorili ərzaqları qida rasionundan xaric etmək lazımdır. Ərzaqların kaloriliyi tərkibinə daxil olan komponentlərlə (zülal, yağ, karbohidrat) müəyyən edilir. Zülallı ərzaqları (süd, ət, kefir, kəsmik, balıq) ortakalorililərə aid edirlər. Zülal orqanizmin inkişafı və artımı üçün əvəzolunmazdır. Bu, hüceyrələr üçün sanki inşaat materialıdır. Ona görə zülal qəbulunda özünüzə hədd qoymayın. Qadınlar sutkada 100-120 q zülallı ərzaq qəbul etməlidirlər. Bu göstərici bədən kütləsi və fiziki aktivliklə dəyişir. Həmçinin zülaldan normadan artıq istifadə onun problemli nahiyələrdə piy şəklində yığılmasına səbəb olur.

Yağlar ən kalorili hesab olunur.
Yağ həzmetmə sistemində həzm olunanda zülal və karbohidrata nisbətən iki dəfə çox enerji sərf olunur. Ona görə də deyirlər ki, yağlı qida bədən quruluşunu korlayır. Ən yağlı ərzaqlar istənilən növ yağ, ət və balığın yağlı növləridir. Yağlı qidalar qəbul edərkən ciddi nəzarət lazımdır.

Karbohidratlar da bədən quruluşunu mənfi istiqamətdə dəyişən komponentdir.
Bu xüsusiyyət onun kaloriliyi ilə deyil, qida zamanı qəbul olunan maddələrin miqdarı ilə əlaqədardır. Şəkərli məhsullar böyük miqdarda karbohidrata malikdir. Desert, konfet, şirniyyat – bunlar bütünlə karbohidratdır. Həmçinin makaron məmulatı, çörəyin müxtəlif növü, yarmaların tərkibində də yüksək miqdarda karbohidrat var.


Geri dön

GULCIN_ROSE

  • 21 oktyabr 2012 20:29
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
SIRNIYYATI DIYIRSIZ SEVMIYEN OLMASIN?

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

solnuska

  • 21 oktyabr 2012 19:04
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Şirniyyat yemək istəyirsən? Onda heç bir təəssüf, peşmanlıq keçirmədən ye. Yediyinə görə özünü qınama, əksinə həzz al.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

mylifeis_story

  • 20 oktyabr 2012 16:47
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
coxxxxxxxxx sagolunnnnnn

classic_guiter_girl

  • 20 oktyabr 2012 16:30
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

ღ★Diamond★ღ

  • 20 oktyabr 2012 16:26
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Quru meyvə
Şirinliyinə görə onlar istənilən konfetdən yaxşıdır, eyni zamanda bədənə “öldürücü” təsir göstərmir. Ərik, qara gavalı, kişmiş və ləbləbi – şokolad batonuna əla alternativdir. Amma onlardan da çox yemək olmaz. Gündə 50 q normal hesab

my angel__

  • 20 oktyabr 2012 16:25
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
5. Dondurma və südlü kokteyllər
Əlbəttə ki, söhbət aşağıkalorili (yağsız) ərzaqlardan gedir. Bu şirniyyatı yeyənlər nəinki kökəlmir, əksinə arıqlayır. Daha çox fayda verməsi üçün dndurmanı şokolad və ya karamel deyil, təbii və dondurulmuş meyvə ilə zənginləşdirin. Yaxşı olar ki, dondurmanı ev şəraitində özünüz hazırlayasınız.

--------------------
Помни, что ты - мое все ❤

solnuska

  • 20 oktyabr 2012 15:30
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK MELUMATA GORE...................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Mermaid★

  • 20 oktyabr 2012 15:03
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Thanks.....

--------------------

GuNaY_83

  • 20 oktyabr 2012 13:57
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
hee cox sevirem:).twk

--------------------

R.M Fanatı...

  • 20 oktyabr 2012 13:23
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
xebere gore twkler....

--------------------

zamana_qarsi

  • 20 oktyabr 2012 13:11
  • Məqalə: 0
  • Şərh: 281
  • Bal:
{awards}
aci wokalad
melumata gore very very tewekkur edrem

--------------------
Gozel olan sevimli deyil,sevimli olan gozeldir...

...BARSA FANATI....

  • 20 oktyabr 2012 12:25
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Şokoladı yalnız soyuq halda yemək lazımdır, bunun üçün onu soyuducuya qoyun, bir az soyuyandan sonra yeyin.

love emo

  • 20 oktyabr 2012 12:20
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

C.I

  • 20 oktyabr 2012 11:46
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
меслехетиве горе тещеккур едирем досии...=))

--------------------

surprice girl

  • 20 oktyabr 2012 10:14
  • Məqalə: 4
  • Şərh: 530
  • Bal:
{awards}
XEBERE GORE TWK

..::MisS DioR::..

  • 20 oktyabr 2012 09:48
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
maraqlidi..tesekkurler xebere gore

--------------------

Sevgisiz sevgim

  • 20 oktyabr 2012 09:42
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
Butun gunu siriniyyat yeyirem cox sevirem.Goresen siriniyyati sevmeyen var?? Xebere gore tesekkur.

Demi Love

  • 20 oktyabr 2012 09:37
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağolun xəbərə görə...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}