
Dünyaca məşhur müğənni Şakira təxminən 3 ay sonra doğulacaq körpəsinə ad qoyub. Şakiravə onun sevgilisi, “Barselona” futbol klubun oyunçusu Xerard Pike uşağa Biel adını vermək qərarına gəliblər. Şakira bundan əvvəl uşağa Ulises adını vermək istəyib. Lakin sevgilisi Biel adını təklif edib. Biel, Qabriel adının katalan formasıdır. Bu ad Bibliyadan götürülüb və “Allahın qulu” kimi tərcümə olunur. Yazıda bildirib ki, ötən həftə 18.3 milyon fanatına öz qarnını nümayiş etdirən Şakira Bakıda keçirdiyi konsertlə bağlı təəssüratlarını bölüşüb: “Mən özümü səhnədə əla hiss edirdim. Biz həqiqətən də gecədən zövq aldıq”.
Qeyd edək ki Şakira və məşhur oyunçu 2010 ildən bəri görüşür və bu yaxınlarda Barselona şəhərində ev alıblar. Cütlüyün uşağı 2013 ilin yanvarında dünyaya gəlməlidir.
Qeyd edək ki Şakira və məşhur oyunçu 2010 ildən bəri görüşür və bu yaxınlarda Barselona şəhərində ev alıblar. Cütlüyün uşağı 2013 ilin yanvarında dünyaya gəlməlidir.