Sürətlə arıqlamaq insanı dəli edir

 
Sürətlə arıqlamaq insanı dəli edir

Bakıda “Formula 7” adlı saxta arıqlamaq preparatları satılır.

Aptekləri və ətriyyat mağazalarını son illər bir məhsul “bəzəməyə” başlayıb. Bunlar iştahanı küsdürən, başqa adla desək, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir. Onların çoxunun qutusu üstündə Azərbaycan dilində yazı yoxdur, ancaq tibb mütəxəssisinin anlaya biləcəyi bir neçə maddənin latınca adı verilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müasir dövrdə piylənmə geniş yayılmış xroniki xəstəliklərdən birinə çevrilib. Bu problem Azərbaycanda da yaşanır. Yağlı qidalarla zəngin mətbəximizin yeməkləri ilə qidalananların çoxu artıq çəkidən əziyyət çəkir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 40-55 yaş arasında hər 4 qadından 1-i piylənmədən əziyyət çəkir. Azərbaycanda kişilər arasında orta statistik normal çəki 71 kq olsa da onların arasında da köklük problemi ilə üzləşənlər az deyil. Bir sözlə, şişmanlıq günün probleminə çevrilib.

Hazırda qadınların çoxu köklükdən qurtulmaq üçün əməliyyata gedir. Əgər əvvəllər kökələn insana yaxşılaşdığını söyləyirdilərsə, indi əksinə, “xarab olub” deyirlər. Kök olmaq tamam dəbdən düşüb. Reklam çarxlarından durmadan beynimizə yeridilən arıqlamağa çağırış, hər addımbaşı açılan idman zalları, fitnes klubları, arıqlama prosedurları təklif edən klinika və salonlar, mağazalarda “standart ölçü” adı ilə satılan kiçik ölçülü geyimlərin təsiri altında duruş gətirmək çətindir. Hansısa məqamda hər birimizdə köklük kompleksi yaranır. Bu psixoloji hücumun təsiri altında artıq çəkidən əziyyət çəkdiyimizə əmin olub dərhal bütün üsullarla “əzablı kilolar”dan azad olmağa çalışırıq.

Təcrübə göstərir ki, arıqlamaq istəyənlərin çoxu yanlış üsullara - ac qalmağa və ya həkim məsləhəti olmadan pəhrizə əl atır. Artıq çəki ilə mübarizədə xeyli təcrübəsi olan qadınlarla söhbətimizdən məlum oldu ki, pəhriz və idman zallarının reklamı xanımları artıq maraqlandırmır. Onları əziyyət çəkmədən, məsələn, dərman içməklə arıqlamaq daha tez cəlb edir. Lakin çoxu bunun sonrakı fəsadlarından xəbərsizdir.

Məsələ ilə bağlı paytaxtdakı bir neçə aptekə baş çəkib arıqlamaq dərmanları ilə maraqlandıq. Apteklərdə müxtəlif ad və növdə onlarla preparat var. Onların əksəriyyəti bitki mənşəli fito-çaylar, kofelərdir. Son vaxtlar dəbə minən “Formula-7" adlı yeni preparatın satışı daha yaxşıdır. Elə bu çay və dərmanları alanlar da kifayət qədərdir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla arıqlama dərmanlarının həkim nəzarəti olmadan qəbulunun sağlamlıq üçün ciddi fəsadlar yaradacağını deyir: “Arıqlama preparatlarının həkim nəzarəti olmadan qəbulu məqsədəuyğun deyil. Rusiyada qida gigiyenası deyə bir institut var. O institutun arıqlamaq üçün xüsusi sxemləri var. Orqanizm yoxlanır. Mikroelementlər, zülal balansı yoxlanandan adama konkret proqram verilir, hansı qidaları qəbul etmək, hansıları məhdudlaşdırmaq tövsiyə olunur. Bu zaman insan bədən çəkisini itirir və optimal çəki alır. Bu bütün dünyada qəbul edilmiş proqramdır”.

A.Qeybulla insanların hazırda qüvvədə olan arıqlama sistemlərinin mahiyyətini bilmədiyini söyləyir: “Bəzi preparatlar orqanizmdən plastik materialları, elektrolitləri və s. sürətlə çıxarır. Onlar da ishal yaradan dərmanlardır. Bu zaman çoxlu mikroorqanizmlərin itməsi ürəkdə, əzələlərdə adinamiya, güclü patoloji dəyişikliklərə gətirib çıxara bilər. Sonra artıq çəkini atmaq üçün ac qalmaq yolu ilə arıqlamaq özü də ciddi nəticələrə gətirib çıxarır. Bu zaman adinamiya, əzələ kütləsinin itməsi, psixi dəyişikliklər baş verə bilər. Bu yaxınlarda NTV kanalı ilə yayımlanan kadrlarda arıqlama nəticəsində sinir sistemində geridönməz dərəcədə dəyişikliklər olmuş bir neçə nəfəri göstərdilər. Bu da böyük narahatlıq doğurur. Ümumiyyətlə, bu vasitələrdən həkim nəzarəti olmadan, tərkibi bilinməyən, orqanizmə təsir müddəti bilinməyən dərmanların, preparatların qəbulu yolverilməzdir”.

Arıqlamağın yollarından biri də bioloji aktiv qida əlavələridir (BAƏ). Həkimlər bildirir ki, əslində BAƏ profilaktika üçün nəzərdə tutulub. Müalicə üçün isə digər metodlardan istifadə edilməlidir. Çünki digər dərman preparatlarından fərqli olaraq BAƏ ciddi klinik sınaqlardan keçirilmir. ABŞ və bəzi Avropa ölkələrində arıqlamaq üçün qəbul edilən dərman preparatlarında sağlamlığa ziyan vura bəzi vasitələr aşkar edilmişdi. Son vaxtlar Türkiyədən ölkəmizə daşınan “Formula 7" isə arıqlamaq həvəsində olanların daha çox müraciət etdiyi dərmanlar siyahısındadır. Bu dərmanların bir deyil, bir neçə əldən Azərbaycana gətirildiyi məlum olub. Çünki apteklərlə yanaşı fərdi qaydada da satılır.

Formula 7"nin müxtəlif kollektiv iş yerləri arasında pərakəndə satışı ilə məşğul olan satıcıları alıcılara bildirirlər ki, apteklərdə satılan “Formula 7" saxtadır. Maraqlı burasıdır ki, aptekdə də eyni şeyin əksini deyirlər. Apteklərdə 36-37 manata satılan ”Formula 7" əldə 45 manata təklif edilir. Qeyd edək ki, Milli Məclisin qəbul etdiyi “Dərman vasitələri haqqında” qanuna görə, ölkə ərazisində dərman vasitələrinin reklamına yol verilmir. Amma məşhur müğənnilərimizdən biri və bu dərmanı hazırlayan türkiyəli həkim birlikdə reklama da çəkilib. Reklam bizim telekanallarda yayımlanır

"Yeni Müsavat"


Geri dön

come back

  • 19 noyabr 2012 18:58
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
xebere gore tewekkurler.

GuNaY_83

  • 7 noyabr 2012 14:58
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tesekkurler

--------------------

SmiLe_LiFe

  • 1 noyabr 2012 16:06
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✰GoLd GirL✰

  • 24 oktyabr 2012 15:28
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox sukur problem yox..sag ol.......

my angel__

  • 24 oktyabr 2012 13:05
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Ehtiyacim yoxdu...

--------------------
Помни, что ты - мое все ❤

ツMrs.Crazy ツ

  • 23 oktyabr 2012 22:32
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
thanks... hele bir deliliym yoxdu menim takmiram ele weylere

..::MisS DioR::..

  • 23 oktyabr 2012 21:49
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler

--------------------

GULCIN_ROSE

  • 23 oktyabr 2012 19:26
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
ARIQLAMAGA EHTIYACIM YOXDU TAM 36 BEDEN

ARIQLAMAGA EHTIYACIM YOXDU TAM 36 BEDEN,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

solnuska

  • 23 oktyabr 2012 17:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK.....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

sevgi yalandir

  • 23 oktyabr 2012 17:31
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hm twk melumata gore ilk serh menden))

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}