
Mən bir sahilindən küsmüş dənizəm,
O üzdən sahili döyür dalğalar.
Mən bir yar qəlbindən silinmiş izəm,
Tənhalıq ruhumu didib parçalar.
Mən bir tufan yıxmış tənha ağacam,
Quruyan yarpaqlar ümidlərimdir.
Mən bir qəm əhliyəm,qəmə möhtacam,
Mənim səadətim dərdim,sərimdir.
Mən bir xəstəyəm ki,bircə əlacım-
Məni dərdə salan təbibin özü.
Dünyanın malına yox ehtiyacım,
Ən böyük xəzinəm xatirə izi.
Mən bir şairəm ki,sınıb qələmim,
Mənim mürəkkəbim göz yaşlarımdır.
Yoxdur bu həyatda könül həmdəmim,
Yalnız ağ vərəqlər sirdaşlarımdır.
O üzdən sahili döyür dalğalar.
Mən bir yar qəlbindən silinmiş izəm,
Tənhalıq ruhumu didib parçalar.
Mən bir tufan yıxmış tənha ağacam,
Quruyan yarpaqlar ümidlərimdir.
Mən bir qəm əhliyəm,qəmə möhtacam,
Mənim səadətim dərdim,sərimdir.
Mən bir xəstəyəm ki,bircə əlacım-
Məni dərdə salan təbibin özü.
Dünyanın malına yox ehtiyacım,
Ən böyük xəzinəm xatirə izi.
Mən bir şairəm ki,sınıb qələmim,
Mənim mürəkkəbim göz yaşlarımdır.
Yoxdur bu həyatda könül həmdəmim,
Yalnız ağ vərəqlər sirdaşlarımdır.
