İllərle Keçərkən Eşq

 
  • 3.12.2010, 12:12
  • Bölmə: Sevgi
  • Müəllif: Yusif
İllərle Keçərkən Eşq


yük zənginliyi, sevən bir qadının ürəyinə sahib olmaqdır. Bir qadının ən böyük sərvəti, onu sevən bir kişiyə sahib olmaqdır.

Zaman keçdikcə, yaş irəlilədikcə, görüb öyrəndikcə anlayar insan sevginin dəyərini... Gənckən daha başqadır əlaqələr, asan silinər, tez keçər... Qırılmasın deyə çox əmək verilməz və ya qiyməti naməlumdur...

İllərle Keçərkən Eşq

Gənclikdə eşq, yaz yağışı kimidir... Sərt və çox yağar amma tez dayanar... Dünyanın ən böyük eşqi olduğuna inanar ürək əvvəl, hələ eşqlə ilk qarşılaşdığında, yer və göy o olmuşdur... Ona çıxır bütün küçələr, çıxmırsa ona küçə belə deyilməməlidir...
Gənclikdə eşq asan xərclənər... Ağrısı dərindir, amma unutması qısa sürər... Gəncliyin enerjisinə, qanın axışına uyğundur sevdaların rəngi...


İllərle Keçərkən Eşq


İllər keçdikcə, böyüdə bilmişsə insan ürəyini, öyrənə bilmişsə necə seviləcəyini; eşqlə qarşılaşdığında əlində tutar qırılacaqmış kimi sevdiyini...

Yetkin sevdaların hüznü də ağırdır... Görəsən son idimi deyə düşünərsən için-için? Yolun sonuna nə qədər yaxın hiss edirsənsə özünü, o dərəcə ağır gəlir itirmək...

Təcrübələrin artdıqca, yaşın səni böyütmüşə, yoxsulluqların azalar, amma məhrumluqların artar... Kiçik peşmanlıqlar limanına uğrayarsan hər fırtınada... Məhrumiyyətin, sahib ola bilməmənin və sahib olmanın dəyərini anlayarsan...

İllərle Keçərkən Eşq

İtən illərini versələr, eyni səhvləri təkrarlamayacağını düşünərsən... Halbuki o illərdə bu gün sahib olduqların olmadığı üçün çarpmısan divara... Bu anda sahib olduğun məlumatınla və təcrübənlə getmək istəyərsən keçmişə, bu qeyri-mümkündür!
Eşq, hər yaşda başqa ləzzətdədir, amma illərin tortası varsa üstündə, bacara bilmişsənsə bu həyata gəliş səbəbini, eşqin də dadı artar... Onu dəyər edər könlün...

İllərle Keçərkən Eşq

Bir kişinin ən böyük zənginliyi, sevən bir qadının ürəyinə sahib olmaqdır. Bir qadının ən böyük sərvəti, onu sevən bir kişiyə sahib olmaqdır.
Eşq, bu gerçəyi anlaya bilməməkdir…


Geri dön

Irane

  • 7 yanvar 2011 00:18
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
tesekkur

--------------------

фея

  • 3 dekabr 2010 23:46
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Bir kişinin ən böyük zənginliyi, sevən bir qadının ürəyinə sahib olmaqdır. Bir qadının ən böyük sərvəti, onu sevən bir kişiyə sahib olmaqdır.
Eşq, bu gerçəyi anlaya bilməməkdir…
cox sagol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 3 dekabr 2010 21:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol

Just For Legend

  • 3 dekabr 2010 15:52
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

Milawka

  • 3 dekabr 2010 13:09
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}

COOOX SAGOL AMMA MENCE HEQIQI SEVGI YOXDU winked

Angel-Xranitel-666

  • 3 dekabr 2010 12:49
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqlidi winked

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}