500 ildir qaydaları dəyişməyən oyun

 
500 ildir qaydaları dəyişməyən oyun

500 ildir qaydaları dəyişməyən oyun Maraqlı və məsləhətli
Əvvəla onu deyim ki, uzun olduğu üçün yazını oxumasanız da, hansı abzası oxusanız maraqlı məlumat əldə edə bilərsiniz. Ona görə, çalışın 1 abzası da olsa oxuyun

Şahmat sözü Hindcə "Sandregn" sözündən gəlir. Şahmata, İngiliscədə "Chess check patterns", Fransızcada "Echecs" deyilir.
E.ə.3000 illərində şahmat kimi bir oyunun Misir və Hindistanda oynanıldığı düşünülür. 1913-cü ildə Murretin yazdığı "Şahmat tarixi"ndə, bu oyunun 570 illərində Hindistanda oynandığını ifadə edir. Aparılan araşdırmalara və ələ keçən kitabələrə görə, şahmat 600 illərində Hindistandan İrana keçmişdir. Bəzi sənədlərə görə, Ərəb tacirlərlə qərbə daşınan şahmatın orta əsrlərdə, xüsusilə XI əsrdən XVI əsrə qədər Türklər və Ərəblər tərəfindən yaxşı oynandığı bilinməkdədir. Bunu sübut edən ən gözəl nümunə də, Harun-Ər-Rəşidin "'Charlemang"-a hədiyyə etdiyi şahmat dəstidir.


Bəzi sənədlər, şahmatı bir Brahmanın tapdığını və Şaha hədiyyə etdiyini göstərməkdədir. Şah, buna qarşılıq Brahmana "Nə istədiyin varsa qəbul edəcəyəm deyir. Brahman da, Şahdan 64 xanalı şahmat taxtasının ilk xanasına bir, ikinci xanasına iki, üçüncü xanasına dörd, yəni hər xanaya bir əvvəlkinin iki qatı sayda buğda qoyaraq doldurmasını istər. Şah, Brahmanın təvazökarlığına heyran qalaraq istəyinin yerinə yetirilməsini əmr edir. Brahmanın istəyi yerinə yetirilməyə başlanarkən ölkədəki buğdaların çatmayacağı aydın olur. O zaman edilən hesablar sonunda, Brahmanın Şahdan 18.446.744.373.709.551.616 dənə buğda istədiyi ortaya çıxarır. Bu qədər buğdanı yetişdirmək üçün, dünyanın 64 misli böyüklüyündə bir quru parçasına ehtiyac olduğunu görüncə, Şah Brahmanı təbrik edir və qarşısında necə gücsüz olduğunu anlayır.


Şahmatın adı Hind dilindən gəlir. Mənası, 4 cins fiqurun, 4 ayrı silahla təqdim edilməsidir. Bu 4 fiqur mövzusunda çox dəyişik şərhlər vardır. Bəzilərinə görə, 4 fiqur "Hava, od, torpaq və suyu, bir qisiminə görə də, "Yaz, qış, yaz və payızı əks etdirir. Burada, ən qüvvətli daş olan vəzir odu və alimləri, top torpağı, fil havanı, şah kainatı təmsil edir. Bu bənzətmələr 4 daşın həndəsi şəkillərindən ilhamlanaraq deyilməkdədir. Bəzi sənədlərə görə isə, bu oyunun quruluşu o zamanki Hind ordusuna bənzər idi. Hind ordusu, 4 qisimdən meydana gəlirdi. Fillər, atlar, döyüş arabaları və piyadalar.


"Şahmat oyunu, fiqurları və hərəkətləriylə həqiqətən də Hind ordusundakı döyüş qaydalarını xatırladır. Oyun taxtası üzərində də kəndlilər (piyadalar) qabaqda hücum edir. Şahmat taxtasının bir tərəfindən digər tərəfinə qədər düz olaraq gedə bilən topun hərəkəti, döyüş aarabalarının manevrini əks etdirərkən, atın L şəklindəki hücumu da süvari birliklərinin düşməni usta bir şəklidə bir küncə qısdırma taktikasına söykənir. Ordudakı qaydalara görə kral önündəki piyada birlikləri tərəfindən qorunaraq arxa sıradan ağır addımlarla irəliləməkdə idi."


Dünyada şahmatın inkişafı
Orta əsrlərin sonlarında zamanın mədəniyyət öndərləri olan Ərəblər, şahmatı Avropaya tanıtmışlar. Şahmat Avropada əvvəl İspaniya və Portuqaliyada mənimsəndi. Ərəb əl yazmalarından sonra ilk çap edilmiş şahmat kitabı İspan Lucena tərəfindən qələmə alındı. İntibah dövründə İtaliyadan Polerio və Greconun adları əhəmiyyət qazanmışdır. XVIII əsrdə Avropanın bir çox baxımdan qabaqcıl ölkəsi Fransa olmuş və şahmat da gedərək orada gücləndi. Napoleon da boş zamanlarını bu oyuna ayırmışdır. 1840-dan etibarən müasir şahmata başlanğıc olaraq kişilər fərdi şahmat çempionatları təşkil edilməyə başladılar; 1851 London, 1857 New York, 1883 London Çempionatları kimi. Anderssen, Rubinstein, Steinitz kimi müasir şahmatın ilk böyük ustaları bu çempionatlarda özlərini göstərdilər. 1924-də Şahmat Olimpiadaları olaraq da bilinən Beynəlxalq Komanda Turniri, 1927-də isə ilk qadınlar Çempionatı edildi.



Bütün dünyada 160-dan çox ölkənin Milli Şahmat Federasiyalarının üzv olduqları, Parisdə 20 İyul 1924-də Dünya Şahmat Federasiyası (FIDE) quruldu. Hələ də 161 ölkənin üzv olduğu FIDE, quruluşundan bu günə qədər 5000-dən çox turnir təşkil etdi. Şahmat, Avropada oynanmağa başlandıqdan sonra qaydalarında əhəmiyyətli dəyişikliklər olmuşdur. Bu dəyişikliklər sayəsində sürətlənən oyun bir aristokrat əyləncəsi olmaqdan çıxmış, geniş xalq kütlələri tərəfindən sevilib oynanan bir oyun halını almışdır. XIX əsrdə sənət və elmdəki köklü dəyişmələr, şahmat düşünmə tərzində də əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Steinitz-lə başlayan kiçik üstünlükləri qalibiyyətə çevirmə, müasirləri tərəfindən dərin və sistematik bir araşdırmaya çevrilmişdir. İkinci Dünya Müharibəsinin sonuna qədər parça-parça olan bu sistematik şahmat işləri Botvinnikin sistemli, elmi və analitik yanaşması sayəsində bir nizama düşmüşdür. Rus şahmatçıları da Botvinnikin yanaşmasını izləyincə ortaya bu gün də etibarlılığını hələ davam etdirən rus(Sovet) məktəbi çıxmışdır.

500 ildir oyunun qaydaları dəyişmədi

Köhnə şahmatı, Müasir Şahmatdan ayıran xüsusiyyətlər bunlardır: Vəzir çarpaz gedərkən ancaq 1 xana gedə bilərdi, Fil At kimi ancaq 1 xana atlayaraq gedə bilər, ən qüvvətli fiqur Top idi. Piyadanın başlanğıc vəziyyətindən iki xana irəli getmə qaydası yox idi. Köhnə şahmat oyunu yavaşlığı baxımından da olduqca fərqli idi. Uzağa təsir edən yalnız bir fiqur vardı - "Top". Şahı mat etmək fövqəladə çətin idi. Bu səbəbdən qalib gəlmənin iki yolu vardı: Pat və rəqibin bütün fiqurlarını aradan qaldırmaq (Çılpaq Şah Halı). 1400-cü illərin sonunda fil və vəzir fiqurlarının icadıyla şahmat bu günki şəklini aldı. Piyadaların iki xana atlama, piyadaların son sıraya çatdıqlarında başqa bir fiqura çevrilməsi kimi qaydalar şahmatın sürətləndirilməsi üçün edilmiş yeniliklərdir. Bu inkişafın ardından İspan Lucenanın 1497-də yazdığı ilk çap edilmiş şahmat kitabında oyunun yeni qaydaları açıqlandı. İspaniyada çap edilən bu ilk kitabdan sonra şahmatın qaydaları dəyişikliyə uğramadan günümüzə qədər gəldi. Şahmat, İspaniyadan sonra İtaliya, Almaniya, Fransa, ABŞ və Rusiyada yayılmağa başladı.
Oyunla əlaqədar strategiya, qaydalar və taktikaların yer aldığı məşhur kitablar XVII əsrdə İspan El Greco və XVIII əsrdə Fransız Philidor tərəfindən yazıldı. XIX əsrin sonlarında Anderssen, Morphy, Rubinstein və Steinitz şahmatda əhəmiyyətli oyunçular arasında önə çıxan adlar oldular.
"İlk beynəlxalq turnirlər 1850-dən etibarən keçirilməyə başlanarkən, 1886-da dövrün ən güclü oyunçuları Steinitz və Zukertort arasında ilk dünya şahmat çempionluq qarşılaşması oynandı. William Steinitz 10 qalibiyyət, 5 bərabərlik və 5 məğlubiyyət ilə nəticələnən 20 oyunluq silsiləni qalib gələrək dünyanın ilk şahmat çempionu oldu."

Şahmat tarixindəki qəribəliklər
İlk Şahmat Robotu: İlk şahmat robotunun adı Türkdür və bir Avstriya mühəndisi tərəfindən XVII əsrdə Osmanlı padşahının şahmata olan sıx marağı səbəbiylə Osmanlı xanədanına hədiyyə olaraq göndərilmişdir. Bu şahmat robotu əslində bir yalandır. Şahmat taxtasının altına qoyulan mexanizm sayəsində fiqurlar masada əyləşən "şahmatçı robot" tərəfindən oynadılırmış kimi görünür. Əslində olan şey isə masanın altına yaxşıca gizlənmiş birinin qollarını robotun qollarından keçirib hücumları etməsidir.

Şahmat tarixində mühüm inkişaflar


Şahmatda iki oyunçuda hərəsi bir hücum etməklə oynana biləcək 400 fərqli hücum var. İkinci hücumlardan sonra bu ədəd 71 852, üçüncü hücumlardan sonra 9.000.000-dan çox olur. Corc Steiner-ə görə, kainatda bilinən elektronların sayından çox, fərqli və təkrarlanmayan 40 hücumluq oyunlar oynana bilər. Adı Türk olan robot şahmatçı Napoleon Bonapartı 19 hücumda məğlub etmişdi. Edgar Alan Poe bu şahmat masasının altında saxlanmış bir cücənin hücumları etdiyini yazmışdır. İlk şahmat oynayan kompüter 1915-ci ildə Torries tərəfindən hazırlanıb. Maşın bir top və şahla, qarşı tərəfin şahını mat edən təməl oyun sonlarını edə bilirdi. Doğru və məntiqli bir şəkildə şahmat oynayan ilk kompüter proqramı 1958-1959 arasında MIT-dən Alex Bernstein tərəfindən hazırlandı.

Şahmat taxtası xanalarının qara və ağ rənglərə rənglənilməsi XI əsrdə Avropada reallaşıb. Garry Kasparov 19 yaşındaykən dünyanın ən güclü ikinci oyunçusu qəbul edilirdi. 1985-də Karpovu məğlub edərək 22 yaşında Dünya Şahmat Çempionu oldu. Amma ən gənc Dünya Çempionu 1978-də Qadınlar Dünya Çempionluğunu 17 yaşında qazanan Maya Chiburdanidze-dir. Bir qəzetdəki ilk şahmat xəbəri 1813-də "Liverpul Mercury" adlı İngilis qəzetində görüldü. 1974də ilk Dünya Kompüter Şahmat Turniri Stockholmda keçirildi. Çempionatı Kaisse adlı Rus proqramı qazandı. Teleqrafla oynanan ilk matç 1844-də Vaşinqton DC və Baltimore şəhərləri arasında edildi. Telefonla oynanan ilk şahmat oyunu isə bu dəfə İngiltərənin Derbyshire şəhərində 1878-də reallaşdı. 1922-də Jose Capablanca Cleveland-də 103 rəqiblə oynadı. Bir oyunda bərabərə qalan böyük usta geri qalan oyunların hamısını qazandı. Surrealist Salvador Dali bir şahmat komandası hazırlamışdı. Dalinin hazırladığı komanda daşları ənənəvi fiqurlardan uzaq, gümüş barmaqlardan meydana gəlirmiş.

Napoleon, öldüyü zaman, ürəyinin çıxarılıb bir şahmat masasının içinə qoyulmasını vəsiyyət etmişdi. Ən qısa oyunlardan biri, Bobby Fischerinn Dünya Çempionu olmadan əvvəlki oyunlarından bir dənəsidir. Fischer böyük usta Pennoaya qarşı 1.c4 açınca Penno o dəqiqə oyunu tərk etmişdi. Qeydlərdə bilinən ən köhnə şahmat turniri 1575-də Madriddə edilib. Kral II. Phillip tərəfindən təşkil edilən matçlarda Ruy Lopez və Alfonso Caron, Giovanni Leonardo və Givlio Polerio tərəfindən ayrı-ayrı məğlub edilmişlər.

Ən uzun oyun 17 Fevral 1989-da Belgradda oynandı. İvan Nikolic və Goran Arsovic arasındakı oyun 20 saatdan çox davam etdi və 260 hücum edildi. Oyun bərabərə nəticələndi. Hücum etmək üçün ən uzun düşünmə müddəti 2 saat 20 dəqiqəylə Francisco R. Torres-indir. Luis M. C. P. Santosa qarşı İspaniyada 1980-də oynadığı bu hücum tarixdəki ən uzun düşünülən hücum olaraq qeydlərdə var. İşin qəribə tərəfi o anda Troisin edə biləcəyi iki hücumu varmış.

İlk şahmat jurnalı 1836-da La Bourdonnais tərəfindən Le Palmede adıyla nəşr olunmuşdur. Jurnal adını şahmatın yaradıcılarından olduğu düşünülən Yunanlı Palamedesdən alır. Dünya və kosmos arasındakı ilk şahmat qarşılaşması 1970-də edildi. Союз-9 astronavtları özləri üçün hazırlanan cazibə olmayan mühitdəki şahmatı istifadə edərək; yer sakinləriylə oynadı. Oyun bərabərə bitdi. Şahmat haqqında ilk film "Chess Fover-Şahmat sevgisi" 1925-də Moskvada edildi. Baş rolda şahmat dünyasının ən yaraşıqlısı Kubalı Jose Capablanca vardı. "Auto de Fe", 1935-də Elias Canetti tərəfindən yazılan Nobel Mükafatı almış bir romandır. Qəhrəmanı isə dünya şahmat çempionu olmaq istəyən Fischer adlı bir adamdır.

Kompüterə məğlub olan beynəlxalq usta David Straussdur. 1986 Amerika Açıq Turnirində Fidelity adlı maşın "gəlirik" demişdi. Chinook adlı proqram hər nə qədər dama proqramı olsa da 1994-də o zamanın dama çempionu Marion Tinsley ilə arxa arxaya altı matç oynadı, hamısı da bərabərə bitdi. Riyaziyyat professoru olan Tinsley 1955-dən bəri yalnız doqquz oyunu uduzmuşdu


Geri dön

come back

  • 19 noyabr 2012 19:42
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
tewekkurler hayif ki bacarmiram.

CuPbUyUm

  • 27 oktyabr 2012 20:37
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
500 ildir qaydaları dəyişməyən oyun Maraqlı və məsləhətli
Əvvəla onu deyim ki, uzun olduğu üçün yazını oxumasanız da, hansı abzası oxusanız maraqlı məlumat əldə edə bilərsiniz. Ona görə, çalışın 1 abzası da olsa oxuyun

--------------------

GuNaY_83

  • 25 oktyabr 2012 13:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol.......

--------------------

..::MisS DioR::..

  • 25 oktyabr 2012 12:27
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler....

--------------------

aysel.99

  • 25 oktyabr 2012 12:12
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
Sahmat oyununu sevirem xebere gore twk

--------------------
men

lale....

  • 25 oktyabr 2012 11:54
  • Məqalə: 10
  • Şərh: 40
  • Bal:
{awards}
wer yazanlara twk

:(

  • 25 oktyabr 2012 11:27
  • Məqalə: 0
  • Şərh: 536
  • Bal:
{awards}
Bu oyunu cooox sevirem...
Melumata gore TWK...

--------------------
---Oglanlar eziyyet cekib dostlug atmasin,qebul elemiyecem =))---

Demi Love

  • 24 oktyabr 2012 23:50
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
chox saqolun xebere gore...

_Susqun_

  • 24 oktyabr 2012 23:50
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
NE UZUN IDI SEBRIM CATMADI......

--------------------

Gunel

  • 24 oktyabr 2012 23:38
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
cox gozel oyundu oynuyaniyam tsk muellif

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

ღ★Diamond★ღ

  • 24 oktyabr 2012 21:30
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
İlk beynəlxalq turnirlər 1850-dən etibarən keçirilməyə başlanarkən, 1886-da dövrün ən güclü oyunçuları Steinitz və Zukertort arasında ilk dünya şahmat çempionluq qarşılaşması oynandı. William Steinitz 10 qalibiyyət, 5 bərabərlik və 5 məğlubiyyət ilə nəticələnən 20 oyunluq silsiləni qalib gələrək dünyanın ilk şahmat çempionu oldu."

...BARSA FANATI....

  • 24 oktyabr 2012 21:26
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Cox sag ol meqale ucun..........

Prank girl

  • 24 oktyabr 2012 21:05
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 24 oktyabr 2012 21:01
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
maraqli meqaledii...cox sagol

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

ღ★ Firuzə ★ღ

  • 24 oktyabr 2012 20:50
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkur edirem xebere gore menim sevdiyimm oyundu

--------------------

solnuska

  • 24 oktyabr 2012 20:46
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
cox saq olun xebere gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

lale....

  • 24 oktyabr 2012 20:40
  • Məqalə: 10
  • Şərh: 40
  • Bal:
{awards}
werhlere gore twk

✰GoLd GirL✰

  • 24 oktyabr 2012 20:36
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
az-cox oynamagi bacariram..sag olun......

TAYNA VOSTOKA

  • 24 oktyabr 2012 20:30
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Şahmat sözü Hindcə "Sandregn" sözündən gəlir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 61
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}