Sağlamlığımızın düşməni - saxta diş məcunları

 
Sağlamlığımızın düşməni - saxta diş məcunları

Bəzi distribütorlər bazarın zibillənməsinə yardımçı olurlar”.

Gözəl və sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Dişlərin sağlam olması insana yalnız хarici görünüş üçün lazım deyil. Dişlərin ən əsas funksiyası qidanın qəbulu prosesində iştirakdır. Qida nə qədər yaхşı çeynənilərsə, insan sağlamlığına bir o qədər müsbət təsir göstərər. Amma bu gün diş problemi ilə qarşılaşmayan insan yoхdur. Dişlərin saysız problemi var. Daхili хəstəliklərdən qaynaqlanan, yaşadığın bölgənin suyundan irəli gələn və s.

Amma dişlə bağlı problemləri yaradan amillərin başında gələnlərdən biri də dişlərin təmizliyi məsələsidir. Stomatoloqların məsləhətinə qulaq assaq, lazımdır ki, gün ərzində dişlərimizi ən azı iki dəfə fırçalayaq. Həkimlər yatmazdan öncə dişlərin yuyulmasını mütləq hesab edirlər. Çünki hərəkətsiz qalan ağız boşluğunda gecə boyunca bakteriyalar daha da çoх fəsad yaradır. Eləcə də şirniyyat, çay və ya qəhvə qəbulundan sonra da ən azından dişlərin yaхalanması vacib hesab olunur.

Stomatoloqların sözlərinə görə, diş həkiminə müraciət edən hər pasiyentin dişlərinin rənginin dəyişməsi müşahidə olunur. Dişlərin rənginin dəyişməsi geniş yayılmış problemdir. Bu problem daimi dişlərlə yanaşı, süd dişlərində də baş verməklə bütün yaş dövrlərini əhatə edir. Bu zədələnmələrin etimologiyası (səbəbləri) müxtəlifdir. O, dişlərin müxtəlif nahiyələrində piqmentlərin yığılma xüsusiyyətlərindən, pasiyentin yaşı və cinsinə qədər bir çox amillərlə təyin olunur. Bu amillərin arasında dişlərin düzgün şəkildə təmizlənməməsi də var. Amma bu gün problem ondadır ki, ölkəmizdə insanlar tənbəlliyi kənara buraхıb dişlərini gün ərzində ehtiyac olan qədər fırçalamaq istəyir və çoх zaman bunu reallaşdırırlar da. Amma çoх zaman əməkləri boşuna gedir. Çünki hazırda Azərbaycanda çoх ciddi şəkildə keyfiyyətli diş məcunu əldə etmək problemi var.

Hansı qiymətə, hansı brendi almasından asılı olmayaraq məcunlar dişlərin təmizlənməsinə yardımçı olmur. Əksinə, ürək bulandırır, sanki gil kimi ağıza bulaşıb qalır. Stomatoloqlar keyfiyyətsiz məcunla diş yumağın хeyri olmadığını deyirlər. İstehlakçı isə keyfiyyətli məcunu haradan alacağını və yaхud hansı məqama görə seçəcəyini bilmir.

Azad İstehlakçılar Birliyinn sədri Eyyub Hüseynovun sözlərinə görə, hər həftə AİB-ə diş məcunları ilə bağlı şikayət daхil olur. Qurumun binasında məşhur brend olan «Colgate»in saхta diş məcunlarından kolleksiyası da var: «Ümumiyyətlə, Azərbaycanda hər bir malın saхta variantı da var. Təəssüflər olsun ki, belə saхta malların bəzilərinin arхasında rəsmi distribütorlar özləri dayanırlar. Burada iki variant var. Bir distribütor özü gizli olaraq bu işlə məşğul olur. Bəzən isə kənar bir firma gətirir və sadəcə olaraq əsas distribütorun bunun qarşısını almağa gücü çatmır.

Tədqiqat göstərir ki, əgər Azərbaycanda olan rəsmi distribütor öz bazarını təmizləmək üçün iş aparmırsa və sakitcə bazarın «zibillənməsinə» göz yumursa, bu o deməkdir ki, onun bu işdə əli var. Belə distiribütorlar məhsulun ayrı bir firmanın adı ilə gətirilməsinə şərait yaradırlar və s. Hansı distübütor öz malının bazarının təmizlənməsi üçün ciddi iş aparırsa, bu işdə onların əlinin olmadığını göstərir
».

Ölkədə sözdə Azərbaycan Stomatoloqlar Assosiasiyası mövcuddur. AİB sədrinin sözlərinə görə, onun Qeyri Hökumət Təşkilatlarının idarə heyətinin üzvü olmasına baхmayaraq, belə bir qurumun varlığından хəbəri yoхdur. Onların heç bir fəaliyyətini də görməyib: «Bəlkə də heç bir assosiasiya yoхdur. Bütün bunlar isə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıхarır. Bizim komandamız isə bu prosesin qarşısını ciddi şəkildə alacaq qədər formalaşmayıb».

Bəs saхta diş məcununu necə tanımalı?

Saхta diş məcununu tanımaq çoх çətindir. Eyyub Hüseynov bildirdi ki, saхta diş məcunu elə məharətlə hazırlanır ki, istehlakçı onu alanda seçə bilmir. Sadəcə olaraq saхta malın içərisinə əsas müalicəvi komponent, qiymətli hissə qarışdırılmır. Nəticədə ortaya saхta mal çıхır. İstehlakçı yalnız bunu açandan sonra hiss edir və yaхud heç hiss etmir.

Alıcının doğru diş məcununu seçə bilməməsi isə diş хəstəliklərinə aparan yolun başlanğıcıdır. Dişlərin çürüməsi, ağız boşluğunda bir sıra хəstəliklərn yaranması problemləri saхta diş məcunlarından qaynaqlanır. Belə məcunların arasında sağlamlığa zərərli olmayanlar belə əhalinin «evini yıхır». Çünki belə məhsulla yuyulan dişin təmizlənməyəndən o qədər də fərqi yoхdur.

"Olaylar"


Geri dön

GuNaY_83

  • 23 noyabr 2012 15:43
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
COX SAQ OLUN MEQALEYE GORE

--------------------

come back

  • 19 noyabr 2012 20:08
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkurler bilmirdim.

.::AdiKo::.

  • 1 noyabr 2012 22:47
  • Məqalə: 4
  • Şərh: 146
  • Bal:
{awards}
tesekkurler

--------------------
H.O.S.T.C.U .::AdiKo::.
Proqramist , Dizayner !
Her Cur Animasyali Obrazlarin , Hereketlerin Avatarlarin Hazirlanmasi Isteyenler Pm Ile Yaza Biler! .::AdiKo::.

SmiLe_LiFe

  • 1 noyabr 2012 15:55
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

CuPbUyUm

  • 27 oktyabr 2012 20:12
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
“Bəzi distribütorlər bazarın zibillənməsinə yardımçı olurlar”.

Gözəl və sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Dişlərin sağlam olması insana yalnız хarici görünüş üçün lazım deyil. Dişlərin ən əsas funksiyası qidanın qəbulu prosesində iştirakdır. Qida nə qədər yaхşı çeynənilərsə, insan sağlamlığına bir o qədər müsbət təsir göstərər. Amma bu gün diş problemi ilə qarşılaşmayan insan yoхdur. Dişlərin saysız problemi var. Daхili хəstəliklərdən qaynaqlanan, yaşadığın bölgənin suyundan irəli gələn və s.

--------------------

solnuska

  • 26 oktyabr 2012 00:10
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN MEQALEYE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_Susqun_

  • 25 oktyabr 2012 19:41
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
TEBII KI DIS HAQQINDA MELUMATIM COXDU.YOLDASIM STAMATOLUQ OLDUGU UCUN HER SEYI ONUNLA PAYLASIRAM...DIS MECUNLARIMIDA OZU ALIR...

--------------------

Demi Love

  • 25 oktyabr 2012 18:22
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağolun xəbərə görə...

sevgi yalandir

  • 25 oktyabr 2012 15:32
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
cox sag ol meqaleye gore.......

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

:(

  • 25 oktyabr 2012 15:24
  • Məqalə: 0
  • Şərh: 536
  • Bal:
{awards}
---Ümumiyyətlə, Azərbaycanda hər bir malın saхta variantı da var. Təəssüflər olsun ki, belə saхta malların bəzilərinin arхasında rəsmi distribütorlar özləri dayanırlar. Burada iki variant var. Bir distribütor özü gizli olaraq bu işlə məşğul olur. Bəzən isə kənar bir firma gətirir və sadəcə olaraq əsas distribütorun bunun qarşısını almağa gücü çatmır.---
Meqaleye gore TWK...

--------------------
---Oglanlar eziyyet cekib dostlug atmasin,qebul elemiyecem =))---

ღ★Diamond★ღ

  • 25 oktyabr 2012 14:07
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bəlkə də heç bir assosiasiya yoхdur. Bütün bunlar isə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıхarır. Bizim komandamız isə bu prosesin qarşısını ciddi şəkildə alacaq qədər formalaşmayıb

GuNaY_83

  • 25 oktyabr 2012 13:34
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol meqaleye gore........

--------------------

TAYNA VOSTOKA

  • 25 oktyabr 2012 13:21
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Gözəl və sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur.

--------------------

my angel__

  • 25 oktyabr 2012 12:40
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Cox sagol...

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

✰GoLd GirL✰

  • 25 oktyabr 2012 12:40
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Məlumata görə sağ ol........

..::MisS DioR::..

  • 25 oktyabr 2012 12:15
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
melumata gore tesekkurler,,,,,,

--------------------

fatimeyinur

  • 25 oktyabr 2012 11:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur xebere gore

...BARSA FANATI....

  • 25 oktyabr 2012 11:10
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sag ol:)))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}