Ən çox radiasiya yayan telefon modelləri

 
Ən çox radiasiya yayan telefon modelləri


Artıq telefon alanda danışma keyfiyyətinə belə baxmırıq. Həmişə texniki xüsusiyyətlər, ekran böyüklüyü kimi meyarlar bizim üçün əhəmiyyət qazanmış vəziyyətdədir. Bir də işin sağlamlıq ölçüsünü unuduruq.

Bütün günü yanımızdan ayırmadığımız ağıllı telefonlar görəsən nə qədər radiasiya yayır?

Oxuyucularımız üçün yeni və doğru texnologiya xəbərlərini paylaşmağa çalışırıq. Ən yeni çıxan telefonları sizlər üçün incələyirik. Lakin, ən əhəmiyyətli ünsürlərdən biri olan SAR dəyərlərini hər dəfə ötüb-keçirik.
Azərbaycanda hələ də bir çox istifadəçi telefonunu yatarkən yastığının altına ya da başının yanına qoyur. Bütün gecə yanınızda radiasiya yayan bir cihaz saxlayırsınız. Həm də ən əhəmiyyətli yer olan beyninizin yanında. Texnopress.com olaraq bu tərz mövzularda xəbərlər paylaşmışdıq. Wi-Fi cihazlarının radiasiya yayması və nə dərəcədə təhlükəli olub-olmaması haqqında bu yazıda tanış ola bilərsiniz.

Ən çox radiasiya yayan telefon modelləri

Aktual olaraq bazarda olan ağıllı telefonlardakı radiasiya vəziyyətləri necədir? Aşağıda SAR dəyəri və radiasiya ilə əlaqəli ön məlumatlarla yazımıza başlayırıq. Daha sonra firmaların modellərinə baxacağıq.
SAR (Specific Absorption Rate – Xüsusi Udulma Dəyəri) Nədir?

SAR insan bədəni tərəfindən udulan elektromaqnit radiasiya nisbəti mənasını verir. Yəni bədən istiliyini yüksəltmə təsirinə sahibdir. Müəyyən bir nöqtədən sonra bədən bundan zərər görməyə başlayır. SAR ümumiyyətlə, 100 kHz və 10 Ghz aralığında olan sahələrə məruz qalma səviyyəsini ölçmək üçün istifadə edilir. Bu da telefonlardan yayılan siqnal aralığına işarə edir.

SAR dəyəri 1 qramlıq toxuma başına düşən dəyərlərlə ölçülür. Ölçü vahidi olaraq W/Kg istifadə edilir. Ölçülər ABŞ və Avropada dəyişiklik göstərir.
Elm adamları insana zərər verdiyi sərhəd olaraq fərqli şərhlər verirlər. Amerika Federal Əlaqə Komissiyası tərəfindən, mobil telefonlarda icazə verilən SAR səviyyəsi, 1.6 W/Kg olaraq təyin olunmuşdur. ABŞ-da ölçmələr 1 qramlıq toxuma başına düşən dəyərlər əsas alınaraq edilir. Avropada isə dəyərlər fərqlidir. Avropa 10 qram toxuma üzərindən ölçmə edir. Ölçülən toxumadakı artımla birlikdə icazə verilən SAR dəyəri də artır. Avropada 2 W/Kg səviyyəsinə qədər SAR dəyərindəki ağıllı telefonların satışına icazə verilir.

Buna görə ABŞ-da satılan telefonlarla Avropada satılan telefonlar arasında SAR dəyəri fərqləri var. Avropada satılan telefonların SAR dəyərləri daha yüksək olur. Bəzən ölkəmizdə daha da yüksək dəyərdə telefonlar satıla bilinir. Bizim ölkədə bu mövzuda elə bir məhdudiyyətlərimiz yoxdur. Lakin, ümumiyyətlə bizə Avropa ölkələrindəki telefonlar göndərilir. Ona görə Avropadakı dəyərlərə baxacağıq.

Yüksək SAR dəyərinə sahib cihazların insanlara etdiyi təsir (24 saat):

– Görüş sahəsində daralma
– Ürək narahatlıqları
– Ürəyin pozulma riski
– Yaddaş zəifləməsi və beyin şişi riski
– Sıx stress və yorğunluq hissi
– Qalıcı eşitmə pozuntuları
– Konsentrasiya və diqqət pozulması.
– Embrion inkişafının zərər görməsi
– Qulaq zingildəməsi və qulaqlarda istiləşmə
– Qadınlarda düşmə riskinin artması
– Eşitmədə müvəqqəti axsaqlıqların meydana gəlməsi
– Qan hüceyrələrinin pozulması
– Baş ağrıları
– İmmunitet sisteminin pozulması

15 dəqiqə telefonla danışan bir şəxsdəki istilik mübadiləsi. Telefonla danışarkən qulaqlıq taxmağa çalışın.

Yüksək SAR dəyərlərinə sahib Cihazların Uzun Müddətli Zərərləri (10 il):

– Yüksək təzyiq
– Genetik quruluşun pozulması
– Sperma sayının azalması
– Ağ qan hüceyrəsi (lenfoma) xərçəngi
– Dəri xərçəngi
– Qan beyin baryerinin zədələnməsi


Diqqət: Xüsusilə cüt SIM kartlı telefonlarda SAR üstünlük təşkil etməkdədir. Cüt SIM kartlı telefonlar alarkən düşünməyinizi təklif edirik. İki dənə telefon yanınızda daşıyarkən eyni anda ikisini də başınızın yanına gətirməyin. Lakin, cüt SIM kartlı modellərdən olan telefonla danışdıqda iki əlaqənin radiasiyası sizin beyninizə getməkdədir.


Nokia cəbhəsindəki Radiasiya Dəyərləri:

İlk olaraq Nokia-nın ağıllı telefonlarına baxaq. Nə qədər radiasiya nisbətinə sahibdirlər. Görək Nokia-da vəziyyət necədir?
Model Adı – SAR Dəyəri (Sar Dəyəri Tünd Yazılan)

Nokia 700 1.43
– Nokia E71 1.40
– Nokia N79 1.40
– Nokia C5 RM-687 1.36
– Nokia N86 1.35
– Nokia N82 1.35
– Nokia E72 1.31
– Nokia Lumia 710 1.30
– Nokia N77 1.28
– Nokia 808 PureView 1.23
– Nokia C6 RM 624 1.21
– Nokia C3 RM 640 1.18
– Nokia E6 1.14
– Nokia 701 1.08
– Nokia N8 1.02
– Nokia Lumia 800 0.94


Nokia-nın ümumi olaraq SAR dəyərlərinin çox yüksək olduğunu görürük. Xüsusiyyətlər 1.3 dəyərinin üzərində olan Nokia 700 və C5 modelləri aralığındadır.
Nokia’dakı vəziyyət belədir. İndi də Samsung-a baxaq.


Samsung cəbhəsindəki Radiasiya Dəyərləri:

Samsung, aşağı SAR dəyərləri ilə diqqət çəkən bir firmadır. İllərdir inkişaf etdirdiyi modellərdə SAR digər firmalara görə çox aşağı çıxır. Antenna yerləşməsinin və istifadə edilən quruluşunun da təsirli olduğu SAR dəyəri üçün bir də Samsung modellərinə baxaq.Model Adı – SAR Dəyəri (Sar Dəyəri Tünd Yazılan)

– Samsung GT-S5570 Galaxy Mini 0.961
– Samsung GT-S7500 Galaxy Ace Plus 0.84
– Samsung GT-S5670 Galaxy Fit 0.718
– Samsung GT-S5360 Galaxy Y 0.655
– Samsung GT-i8150 Galaxy W 0.517
– Samsung GT-i8160 Galaxy Ace 2 0.50
– Samsung GT-i9020T Nexus S 0.395
– Samsung GT-N7000 Galaxy Note 0.39
– Samsung GT-i9001 Galaxy S Plus 0.346
– Samsung GT-i9100 Galaxy S 2 0.338
– Samsung GT-i9003 Galaxy S 0.31
– Samsung GT-i9250 Galaxy Nexus 0.30
– Samsung GT-i9300 Galaxy S 3 0.21

Firmanın bir çox modeli var, lakin aktual və SAR baxımından diqqət çəkən modellər bunlardır. Xüsusilə Samsung-un üst səviyyə ən müasir modellərindəki aşağı SAR dəyərləri çox heyrətləndiricidir. Galaxy S3 modeli SAR dəyərinin azlığı ilə bir daha diqqəti özünə çəkə bilir.

Bəzi qaynaqlardakı SAR fərqlilik göstərə bilir. Head və Body olaraq ikiyə ayrılır. Biz Head qismini istifadə edirik. İndi isə sıra Apple telefonlarındadır. Apple cəbhəsinə baxaq.


Apple cəbhəsindəki Radiasiya Dəyərləri:

iPhone ilə telefonu yenidən yaratdığını iddia edən Apple, ilk nəsil iPhone-dan sonra iPhone 3G, 3GS, 4, 4S və 5 modellərini bazara çıxardı. Bunların SAR dəyərlərinə baxaq.
Model Adı – SAR Dəyəri (Sar Dəyəri Tünd Yazılan)

– iPhone 5 0.951
– iPhone 4S 0.99
– iPhone 4 0.93
– iPhone 3G 0.56
– iPhone 3GS 0.45


Eyni dizayna sahib deyilə biləcək iPhone ilə iPhone 3GS arasındakı SAR fərqi çaşdırıcıdır. Daha sonra çıxan iPhone 4 və 4S SAR dəyərləri baxımından yüksək amma çox həyati dərəcələrdə deyildir. Xüsusilə bəzi Nokia modellərinə görə daha müvəffəqiyyətlidir deyə bilərik. Galaxy S3 ilə baş-başa rəqabət aparan iPhone 5 isə SAR dəyərlərinə görə Samsung-un liderindən çox geri qalır.
Nokia, Samsung və Apple-dən sonra HTC-yə baxaq.
RIM BlackBerry cəbhəsindəki Radiasiya Dəyərləri:

BlackBerry xüsusilə təşkilati xidmət istiqaməti və mesajlaşmağı sevənlər tərəfindən bir xeyli tutan modellərə imza atır. İş üçün mail və mesajlaşma təcrübəsi ön planda olan telefonlar davamlı yanımızda daşınır. Baxaq görək BlackBerry-nin SAR dəyərləri nə durumdadır?
Model Adı – SAR Dəyəri (Sar Dəyəri Tünd Yazılan)

– BlackBerry Bold 9790 1.56
– BlackBerry Curve 3G 9300 1.42
– BlackBerry Bold 9700 1.36
– BlackBerry Curve 9320 1.24
– BlackBerry Curve 9360 1.22
– BlackBerry Bold 9780 1.15
– BlackBerry Curve 8520 1.02
– BlackBerry Torch 9810 0.97
– BlackBerry Torch 9800 0.86
– BlackBerry Bold 9000 0.84
– BlackBerry Torch 9860 0.82
– BlackBerry Bold Touch 9900 0.76
– BlackBerry Porsche Design P’9981 0.60


BlackBerry 9790, 9700, 9780 və 9300 kimi məşhur istifadə edilən modellərin SAR dəyərləri yüksəkdir. Çox yüksək deyil, amma 1 w/kg dəyərini aşmamaq faydalıdır.
Sony – Sony Ericsson cəbhəsindəki Radiasiya Dəyərləri:

Sony, əvvəlki nəsil Xperia modelləri ilə özünə yeni bir istifadəçi kütləsi yaratmağı bacarmışdı. Yeni nəsil Xperia modelləri də olduqca iddialı xüsusiyyətlərə sahibdir. Əvvəlcə Sony Xperia U bizi olduqca çaşdırdı. SAR dəyərləri olduqca yüksəkdir. Sony Xperia U almağı düşünənləri xəbərdar edirik.Model Adı – SAR Dəyəri (Sar Dəyəri Tünd Yazan Alan)

– Sony Xperia U 1.65
– Sony Xperia Sola 1.25
– Sony Ericsson Xperia X10 1.25
– Sony Ericsson Xperia X10 Mini 1.17
– Sony Ericsson WT19i Live with Walkman 1.00
– Sony Ericsson Xperia Ray 0.96
– Sony Xperia S 0.78
– Sony Xperia P 0.78
– Sony Ericsson Xperia Arc S 0.66
– Sony Ericsson Xperia Arc 0.66
– Sony Ericsson Xperia Play 0.36
Nəticə:

Hal-hazırda yediyimiz, içdiyimiz, istifadə etdiyimiz bir çox şey xərçəng xəstəliyi yaratmağa meyllidir. Dünyadakı radiasiya nisbəti artmaqdadır. Yəni qısacası insan sağlamlığını təhlükəyə atan hər şey artır. Onsuz da xərçəng xəstəliyindəki artımın ən böyük səbəbi də bunlardır.

Artıq bir çox mütəxəssis fərqli şərhlər edə bilir. Xüsusilə telefonlardakı radiasiya hadisələri, yayda çıxan qarpız diyeti kimi söhbətlər alışılmış bir mövzu oldu. Bu mövzuda radiasiya yaymır deyənləri çox da diqqətə almamaq lazımdır. Nəticədə istehsalçılar bu dəyərləri verir.

Nəticədə mobil telefonlar az da olsa radiasiya yayır. İnsan sağlamlığı üçün dəyişən meyarlar var. Lakin, 0.6 W/Kg’dan sonrası riski daha da artıracaq. 1.5 W/Kg dəyərindəki telefonları seçərkən 1 – 2 dəfə düşünün. Sağlamlığınız da söhbət mövzusudur.Bu mövzumuzda araşdırdığımız dəyərlər Avropa ölçü vahidləri ilədir. 10 qramlıq toxuma başına 2 W/Kg şəklində ölçülmüşdür. Dəyərlər başda ibarət olan sıxlığa görə yazılmışdır. Bəzi saytlarda bəzi modellərin fərqli yazan dəyərləri ola bilər. Onlar ümumi bədənimizdəki SAR dəyərlərini əsas götürərək yazmış ya da ABŞ-ın 1.6 W/kg dəyərini əsas almış ola bilərlər.

Bu tip ölçmələr, telefonların bütün alıcıları və vericiləri aktiv olaraq istifadə edilir. GPS, Bluetooth, WiFi, mobil data, Radio kimi nə qədər kabelsiz alıcı və verici varsa aktiv edilir. Əsasən də yanınızda yalnız WiFi açıq olaraq dayanan bir telefon, bu qədər SAR dəyərlərinə çatmayacaqdır. Amma bu sözümüz süstlüyə qapılmağınıza səbəb olmasın.

İşin bir də operator qismi də var. Ölkəmizdə bu nöqtə çox aydın deyil. Avropada və Amerikada bəzi nöqtələrdə əsas stansiyaları radiasiya daha az olsun deyə verə biləcəyi sürətin altında işləyə bilirlər.
Daha tez və daha az sıxlıqda işləyən əsas stansiyalar bəzi bölgələrdə mövcuddur. Lakin ölkəmizdə əsas stansiya sayında ciddi bir çətinlik var. Buna görə necə bir sıxlıqla çalışdıqları naməlumdur.
Son bir əlavə daha edəcəyik.

Zəif şəbəkəli bir mobil operatorun xidmətlərindən istifadə edirsinizsə, telefonun SAR dəyərləri daha da yüksələcək.

Çünki telefona şəbəkəni çəkmək üçün antennalar daha çox siqnal göndərəcək və alacaq. Bu batareya istehlakını da artıracaq. Qısacası hər şey zəncirvari əlaqəli olan bir quruluşdadır. Ümumi olaraq şüurlu və diqqətli olmaq lazımdır.

Həm də Samsung-un bəzi modelləri çox aşağı SAR alaraq bizi çox təccüləndirdi. Galaxy S3 isə xüsusilə 0.21 W/Kg ilə bizə deyəcək çox söz saxlamadı. \texnopress


Geri dön

GuNaY_83

  • 7 noyabr 2012 18:28
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
cox sag ol............

--------------------

_Susqun_

  • 28 oktyabr 2012 01:13
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
melumat ucun sag olun....

--------------------

CuPbUyUm

  • 27 oktyabr 2012 13:32
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Artıq telefon alanda danışma keyfiyyətinə belə baxmırıq. Həmişə texniki xüsusiyyətlər, ekran böyüklüyü kimi meyarlar bizim üçün əhəmiyyət qazanmış vəziyyətdədir. Bir də işin sağlamlıq ölçüsünü unuduruq.

Bütün günü yanımızdan ayırmadığımız ağıllı telefonlar görəsən nə qədər radiasiya yayır?

--------------------

:(

  • 26 oktyabr 2012 16:52
  • Məqalə: 0
  • Şərh: 536
  • Bal:
{awards}
Menim telim bu siyahilarda yoxdu deye lap sevindim... winked
Melumata gore twk...

--------------------
---Oglanlar eziyyet cekib dostlug atmasin,qebul elemiyecem =))---

✰GoLd GirL✰

  • 26 oktyabr 2012 11:58
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Məlumata görə sağ olun

GuNaY_83

  • 26 oktyabr 2012 11:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol........

--------------------

my angel__

  • 26 oktyabr 2012 02:04
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
– BlackBerry Bold 9790 1.56

--------------------
Помни, что ты - мое все ❤

Nu_R_um

  • 25 oktyabr 2012 23:43
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
nokia e6 telde elimden dusmur(

--------------------
''Get xoşbəxt ol!'' deyəcək qədər az sevmədim səni

Gözlüklü

  • 25 oktyabr 2012 23:37
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Men hec telim hardadi onu bilmirem cox isletmirem.Hec zeng de gelmir tesekkurler

R.M Fanatı...

  • 25 oktyabr 2012 22:20
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
– iPhone 4S 0.99

--------------------

aksana1993

  • 25 oktyabr 2012 22:14
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
tesekkurler

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

solnuska

  • 25 oktyabr 2012 22:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Nokia 700 1.43
– Nokia E71 1.40
– Nokia N79 1.40
– Nokia C5 RM-687 1.36
– Nokia N86 1.35
– Nokia N82 1.35
– Nokia E72 1.31
– Nokia Lumia 710 1.30
– Nokia N77 1.28
– Nokia 808 PureView 1.23
– Nokia C6 RM 624 1.21
– Nokia C3 RM 640 1.18
– Nokia E6 1.14
– Nokia 701 1.08
– Nokia N8 1.02
– Nokia Lumia 800 0.94

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Dinara.

  • 25 oktyabr 2012 21:43
  • Məqalə: 0
  • Şərh: 185
  • Bal:
{awards}
TEWEKKURLER

ღ★ Firuzə ★ღ

  • 25 oktyabr 2012 21:23
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurler...en yaxwi telefonlar en cox zerer veren telefonlardi((

--------------------

..::MisS DioR::..

  • 25 oktyabr 2012 21:12
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler

--------------------

Banned1

  • 25 oktyabr 2012 21:12
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
tesekurler

ღ★Diamond★ღ

  • 25 oktyabr 2012 20:55
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
dəqiqə telefonla danışan bir şəxsdəki istilik mübadiləsi. Telefonla danışarkən qulaqlıq taxmağa çalışın.

...BARSA FANATI....

  • 25 oktyabr 2012 20:45
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
sag ol..........

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 25 oktyabr 2012 20:39
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
menim telimden yoxdu.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Prank girl

  • 25 oktyabr 2012 20:35
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk edirem ama menim telimin modeli yoxdu burda

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}