Qurban Bayramı

 
Qurban Bayramı

O qadir Allahın icazəsiylə
İstərəm inamlı dostlarım bilə.
Vermək istəyirəm qısa məlumat,
Əzəldən sınaqla qurulub həyat.
İndi sevinc ilə keçirir hami
Necə yaranıbdır Qurban bayramı
Bir zaman var idi uzaq keçmişdə
Pozğunluq,çaşqınlıq vardı hər işdə
Cəhalət dünyanı alıb gedirdi
Adamlar bütlərə səcdə edirdi
İbrahim peyğənbər ulu babamız
O idi Allaha inanan yalnız
Tanrıya bəllidir hər işin sonu
Böyük sınaqlara çəkirdi onu
İbrahim yatmışdı, gördü bir yuxu
Bu yuxu müsibət, fəlakət, qorxu,
Tanrı buyurur ki, tələsməlisən,
Oğlun İsmayılı sən kəsməlisən.
İbrahim bildi ki, bu bir sınaqdır,
Allahın əmrindən çıxmaq nahaqdır.
Elə bir dərddir bu, dağ çəkə bilməz,
Haqq qəza yazmasa başada gəlməz.
Böyük müsibətlər, böyük bəlalar
Dözümlü adamın başında olar.
İbrahim fikirli yola düzəldi,
O, əziz oğlunun yanına gəldi.
Özüdə bilmirdi necə eyləsin,
Bu qorxunc xəbəri necə söyləsin
Dedi: <<Əziz oğlum, ey ciyərparam,
Yenidən qan verir o köhnə yaram.
Bir zaman qəlbimdə övlad niyyəti,
Dəlirdi bağrımı oğul həsrəti.
Səni Ulu Tanrı yetirdi mənə,
Böyüyüb çatmısan artıq bu günə.
İndisə bir yuxu gördüm xeyli nəs.
<<O Tanrı buyurur, İsmayılı kəs>>.
Sənin fikrin nədir bu haqta oğul?
O, Böyük Yaradan biz nökər və qul.
İsmayıl ədəblə irəli gəldi,
Ata qarşısında yerə əyildi.
Dedi: <<Əziz Ata, mehriban ata,
İlahi bəxş edib bizi həyata.
Tanrının əmrini qəbul etməyə,
Allahın yolunda qurban getməyə,
Mən də sidq ürəkdən indi hazıram,
İlahi əmrinə müntəzir duram.
Allahın əmrini yerinə yetir
Atacan, gecikmə, bu işi bitir...
Ata ilə oğul düzəldi yola,
Hər kömək adama tanrıdan ola.
Biçarə bəndələr nece etdilər?
Ərafat dağına tərəf getdilər
Yolda İsmayıla göründü şeytan,
Dedi... Kəsilməyə tələsmə dayan!
Yaşaya bilmirsən bu gen dünyada?
Bu cavan ömrünü verirsən bada.
Bu şərtə, bu əmrə tabe olma sən,
Atanın əliylə kəsiləcəksən...
Şeytan görünürdü insan donunda
Yoldan azdırmaqdır, işi onun da.
İsmayıl olmadı şeytanın əsri,
Dedi atasına bu gizli sirri.
İbrahim dediki o şeytandır bil,
Onda həm hiylə var, həmdə şirin dil.
Onu nə eşitsin, nə qulaq assın.
Qovub rədd etsin, həm daşa bassın.
Yenə çəkinmirdipis əməlindən,
Şeytan balasıni aldı dilindən.
Gəlib yaxınlaşdı onlara qarşı,
İsmayıl götürdü bir neçə daşı.
Tuşlayıb o daşı şeytana atdı,
Şeytanın gözünü vurub çixartdı.
Gəlib yetişdilər o qurbəngaha,
Bir ümid qalmışdı Qadir Allaha.
İbrahim oğlunu yerə uzaltdı,
Titrəyən əlini bicaqa atdı.
İsmayil dilləndi... Ey əziz Ata,
Qorxuram paltarın qanıma bata.
Bağla əllərimi, ayaqlarımı,
Halal eyliyirəm sənə qanımı.
Əl- ayaq atmayım ölüm zamanı,
Axı çox ağırdır can vermək anı.
Çıxar köynəyimi batmasın qana,
Atacan, üzümü cevir o yana.
Birdə salamımı anama çatdır.
Yolumu gözləyir çox narahatdır.
Bu cavan həyatım yetişdi sona,
Məni unutmasın deyərsən ona.
Mənim köynəyimi anama yetir,
Yetişib əcəlim, ömrümü bitir.
Özündə saxlasın, nişanə qalsın,
Oğlunun iyini köynəkdən alsın.
İbrahim bu sözü eşidən zaman,
Gözü yaşla doldu kövrəldi yaman.
Sarılıb oğluna, xeyli ağladı,
Nəhayət oğlunu güclə saxladı.
Götürdü əlinə iti bicaqi,
Heç kimsə görməsin övladdan dağı.
Çəkdi boğazına var gücü ilə,
İsmayıl əzabsız asan kəsilə.
Ancaq nə etdisə kəsmədi bıçaq,
Tanrı nə əmr etsə, oda olacaq.
Başını qaldırdı, ayağa durdu,
Bıçaqı qəzəblə bir daşa vurdu.
İki parca oldu daş bu zərbədən,
Nə üçün kəsilmir, o nazik bədən?
İbrahim bicaqa tutdu üzünü,
Dedi: bu nə sirdir söylə düzünü
Allahın əmrindən niyə qaçırsan,
Bəlalı başıva oyun açırsan?
Bıçaq dilə gəldi dedi: << Tələsmə.
Tanrıdan bir nida gəldi ki, Kəsmə.
Bu zaman yetişdi Cənab Cəbrayıl,
Dedi: Xilas olmuş indi İsmayıl.
Haqqa şkür eylə, tələsmə, dayan.
O Tanrı göndərdi bu qoçu qurban...
İbrahim əlini qaldırdı göyə,
Şükürlər eylədi Böyük Xudayə.
Allahın əmrinə yenə tələsdi,
İsmayıldan əvəz, o qoçu kəsdi.
O, tarixdən bəri qaldı bu adət,
Qismətimiz olsun xeyir, səadət.
İş nəsh gətirəndə, düşəndə darə,
İstəyin o, Qadir Allahdan çarə.
Kamranam dostlara deyirəm mən də,
Naümid olmasın Allahdan bəndə...

***Kamran Tənha***


Geri dön

CuPbUyUm

  • 27 oktyabr 2012 13:30
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
O qadir Allahın icazəsiylə
İstərəm inamlı dostlarım bilə.
Vermək istəyirəm qısa məlumat,
Əzəldən sınaqla qurulub həyat.
İndi sevinc ilə keçirir hami
Necə yaranıbdır Qurban bayramı
Bir zaman var idi uzaq keçmişdə
Pozğunluq,çaşqınlıq vardı hər işdə
Cəhalət dünyanı alıb gedirdi
Adamlar bütlərə səcdə edirdi
İbrahim peyğənbər ulu babamız
O idi Allaha inanan yalnız

--------------------

Cana Iz Azerbaycana

  • 26 oktyabr 2012 23:39
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
Tebrik edirem twkler

--------------------
Cana - Iz - Azerbaycana ( Aygun )

GuNaY_83

  • 26 oktyabr 2012 11:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

LeLLi

  • 26 oktyabr 2012 02:19
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Elinize sagliq. Tewekkûrler

--------------------

my angel__

  • 26 oktyabr 2012 02:02
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Oyyy...Ellerine sagliq...cox super wriedir...Nece saata yazmisan ??.

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Gözlüklü

  • 25 oktyabr 2012 23:31
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Gozels seiirdi Allah razi olsun tesekkurler

ღ★ Firuzə ★ღ

  • 25 oktyabr 2012 22:51
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Allah Razi Olsun Tewekkurlerrr)) Cox Xowma Geldi Superdi)

--------------------

aksana1993

  • 25 oktyabr 2012 22:09
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
BELE GOZEL MEQALE UCUN ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

solnuska

  • 25 oktyabr 2012 22:01
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN AY DOSIM SENINDE BAYRAMIN MUBAREK....

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Prank girl

  • 25 oktyabr 2012 21:59
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
İş nəsh gətirəndə, düşəndə darə,
İstəyin o, Qadir Allahdan çarə.
Kamranam dostlara deyirəm mən də,
Naümid olmasın Allahdan bəndə...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Dinara.

  • 25 oktyabr 2012 21:39
  • Məqalə: 0
  • Şərh: 185
  • Bal:
{awards}
tewekkurler her kesin bayrami mubarek

..::MisS DioR::..

  • 25 oktyabr 2012 21:07
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler gozel weirdi

--------------------

ღ★Diamond★ღ

  • 25 oktyabr 2012 20:53
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Ərafat dağına tərəf getdilər
Yolda İsmayıla göründü şeytan,
Dedi... Kəsilməyə tələsmə dayan!
Yaşaya bilmirsən bu gen dünyada?

...BARSA FANATI....

  • 25 oktyabr 2012 20:47
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN............

.♣.Chrysalis.♣.

  • 25 oktyabr 2012 20:42
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
bilmiremki ne deyim sen bu seiri 1 saatin icinde yazdin vAllah cox gozel yazmisan dostum hemiseki kimi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}