Kreditlə də qurban kəsmək olar

 
Kreditlə də qurban kəsmək olar

Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bayram hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayaraq üç gün davam edir. Bu il Azərbaycanda oktyabrın 25-i bayram axşamı, oktyabrın 26-sı isə bayram hesab ediləcək. Dini qurban kəsmə İbrahim Peyğəmbərin adı ilə bağlıdır. Yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim Allahın əmrini yerinə yetirməyə hazır idi, lakin uca Allah bunu öz elçisinə rəva görmür. Bunun əvəzində qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Bu bayramda hansısa bir istəyin qəbul olunması üçün deyilən qurbanlar (deyilmə qurbanlar) kəsilmir.

Hansı heyvanlar qurban kəsilə bilər?

Qurban bayramı insanları halallığa, paklığa səsləyir. Bu bayramında hər bir imkanlı müsəlman qurban kəsib imkansızlara paylamalıdır. “Quran-Kərim”də buyurulub: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin ibadətiniz çatır". Qurban üçün kəsilən heyvanlarla bağlı bir sıra şərtlər var. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud dəvə olmalıdır. Heyvanın erkək olması daha üstün tutulur.

Qurbanla bağlı riayət edilməsi vacib olan şərtlər aşağıdakılardır:

a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır (xoruz, dovşan və s. olmamalıdır;)
v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır. Dəvə 5, öküz 2, keçi 1 illik, qoç və ya qoyun ən azı 6 aylıq olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət görülmür.

Qurban əti” adı altında ət satışı haramdır

Son illər bayram günlərində bazarda “qurban əti” adı altında ət satışı hallarına təsadüf edilir. Bu qətiyyən yolverilməzdir. Qurban əti satıla bilməz. Bir neçə adamın bir heyvan alıb onu öz aralarında bölüşməsi, yaxud bazardan ət alıb gətirməsi qurbanlıq hesab olunmur. Bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər. Ancaq bu halda hər bir payçıya düşən ət payı ən azı üç hissəyə bölmək mümkün olmalıdır. Qurbanlıq heyvanın günorta namazınadək kəsilməsi məsləhətdir. Ancaq günün bu vaxtından sonra da Qurban kəsməkdə heç bir qəbahət yoxdur.
Qurban ətinin paylanmasına gəlincə isə, ət 3 hissəyə ayrılır. Bu hissələrdən birini qurban kəsən ailə özünə götürür. Ətin üçdə biri yoxsullara, qalan üçdə biri isə mömin insanlara paylanmalıdır

Qurban kəsmək yalnız buna imkanı olan şəxslərin boynunda haqdır. İmkanı olmayan şəxsə qurban kəsmək vacib deyil. Borc pula heyvan almaq islamda təqdir olunmur. Əgər kiminsə borcu varsa və bu borcu qaytarmağa imkanı yoxdursa, həmin şəxslər qurban kəsməməyə də bilərlər. Əgər hər hansı şəxs hər ay kredit ödəyirsə və bunu ödəməkdə çətinlik çəkmirsə bu şəxslər qurban kəsməlidirlər.

Qurban həddi-buluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir. Qurbanı kəsmək üçün niyyət olmalıdır. Qurban yalnız Allah üçün kəsilməlidir. Qurban kəsdikdə Allahın adı çəkilməli, yəni «bismilləh» deyilməlidir. Qurban kəsici, iti alətlə kəsilməli, şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır. Bu şərtlərdən birinə riayət olunmazsa, qurban qəbul olunmur.

Qurban kəsildikdə təsadüf olunan məkruh (bəyənilməyən) əməllər aşağıdakılardır:

- bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
- bir heyvanın gözünün qabağında o birisini kəsmək;
- kəsilmiş heyvanın canı çıxmamış hər hansı bir əzasını sındırmaqla heyvana əziyyət vermək.

Allah Qurbanınızı qəbul etsin!


Geri dön

CuPbUyUm

  • 2 noyabr 2012 14:02
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
urbanla bağlı riayət edilməsi vacib olan şərtlər aşağıdakılardır:

a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır (xoruz, dovşan və s. olmamalıdır;)
v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır. Dəvə 5, öküz 2, keçi 1 illik, qoç və ya qoyun ən azı 6 aylıq olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət görülmür.

--------------------

my angel__

  • 31 oktyabr 2012 01:43
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
classic_guiter_girl,
deymez)

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

classic_guiter_girl

  • 27 oktyabr 2012 13:03
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurler

my angel__

  • 27 oktyabr 2012 01:10
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Deyerli werhlerinize gore cox sagolun...Allah butun kesilen qurbanlari qebul etsin..AMIN!.

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

solnuska

  • 26 oktyabr 2012 22:17
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Allah Qurbanınızı qəbul etsin!!!!! AMIN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

CuPbUyUm

  • 26 oktyabr 2012 21:55
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bayram hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayaraq üç gün davam edir. Bu il Azərbaycanda oktyabrın 25-i bayram axşamı, oktyabrın 26-sı isə bayram hesab ediləcək. Dini qurban kəsmə İbrahim Peyğəmbərin adı ilə bağlıdır. Yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim Allahın əmrini yerinə yetirməyə hazır idi, lakin uca Allah bunu öz elçisinə rəva görmür. Bunun əvəzində qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Bu bayramda hansısa bir istəyin qəbul olunması üçün deyilən qurbanlar (deyilmə qurbanlar) kəsilmir.

--------------------

Samir98

  • 26 oktyabr 2012 21:37
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
AMIN!ALLAH QURBANINIZI QEBUL ETSIN!

DILEKLER

  • 26 oktyabr 2012 21:27
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
xebere gore twk

_Susqun_

  • 26 oktyabr 2012 20:56
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
MELUMAT UCUN SAG OLUN......

--------------------

✰GoLd GirL✰

  • 26 oktyabr 2012 20:15
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Təşəkkür edirəm

GuNaY_83

  • 26 oktyabr 2012 20:08
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
xebere gore twk.

--------------------

sevgi yalandir

  • 26 oktyabr 2012 19:59
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Allah Qurbanınızı qəbul etsin! xebere gore cox sagol.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

★Mermaid★

  • 26 oktyabr 2012 19:12
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
xebere gore tesekkurler....

--------------------

_Mrs_GuNeL_

  • 26 oktyabr 2012 19:05
  • Məqalə: 0
  • Şərh: 394
  • Bal:
{awards}
Xebere gore sagol smile

Kamran.E

  • 26 oktyabr 2012 18:59
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
tewekurler

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

...BARSA FANATI....

  • 26 oktyabr 2012 18:45
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Allah Qurbanınızı qəbul etsin!


Amin!

..::MisS DioR::..

  • 26 oktyabr 2012 18:25
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Kesilen qurbanlariniz qebul olsun...

--------------------

Prank girl

  • 26 oktyabr 2012 18:13
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah Qurbanınızı qəbul etsin!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ღ★Diamond★ღ

  • 26 oktyabr 2012 18:08
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Qurban əti” adı altında ət satışı haramdır

come back

  • 26 oktyabr 2012 18:02
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore cox sagol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 64
Cəmi: 89

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}