İnternetdə gizli qalmaq olarmı?

 
İnternetdə gizli qalmaq olarmı?

Bəzi situasiyalarda gizli qalmaq istəyi insanlarda hələ uşaqlıqdan var.

Buna səbəb kimlərəsə sürpriz etmək, ətrafdakıları həyəcanda, intizarda saxlamaq

və ya təqibdən, yaxud məsuliyyətdən qaçmaq həvəsi ola bilər.

Anonim məktub yazmaq və ya zəng vurmaq, jurnalistikada və ya

ədəbiyyatda təxəllüslə yazmaq və s. bu kimi addımlar,

demək olar ki, elə məxfi qalmaq arzusundan irəli gəlir.

Gizli qalmaq istəyinin səbəbləri isə müxtəlifdir.

Məsələn, götürək virtual məkanı. Müxtəlif internet saytlarında, onlayn çatlarda,

tanışlıq saytlarında oturan, yazışmalar aparan, şəkillər, videolar

yükləyən insanlar çox zaman kimliklərinin bilinməsini istəmirlər:

üstü açılarsa, evli kişilər üçün bu, böyük ailə skandalına çevrilə bilər,

müəyyən vəzifələrdə, dövlət və hökümət qurumlarında işləyənlər

buna görə işlərini itirə bilərlər, tanınmış, nüfuzlu insanlar buna görə

ictimai qınağa çevrilə, hörmətdən düşə bilərlər və s.

Göründüyü kimi, hər kəsin özünəməxsus səbəbləri var.

Bütün bu "xoşagəlməz" nəticələrin baş verməməsi üçün ən yaxşı

yol - əsl kimliyini gizlədərək məxfi ad və şəkillə, "nik"lə internetdə təmsil olunmaqdır.

Müasir dövrümüzdə insanlara məxfi qalmaq üçün ən böyük şansı qlobal internet şəbəkəsi verir.

Bu gün istənilən bir uydurma ad altında virtual aləmi

sərbəst formada gəzib-dolaşmaq, həyatda öz adı ilə deyə

bilmədiklərini çox asanlıqla söyləmək olar. Bunun üçünsə,

sadəcə hər hansı bir forum, çat, virtual tanışlıqlar təşkil edən

və ya bloq yazılar yazmağı təklif edən saytlarda qeydiyyata düşmək kifayətdir.

Məhz qeydiyyat zamanı özünə bir nikneym

(“nickname” ingilis dilində ləqəb, ayama, təxəllüs deməkdir)

qısa desək, nik götürməklə virtual məkanın gizli sakininə çevrilmək olar.

Yuzerlər nik seçimini necə edirlər?


Psixoloqların fikrincə, virtual məkanda yuzerlər (user),

yəni internet istifadəçiləri nik seçimlərini heç də təsadüfdən etmirlər.

Niklər, demək olar ki, sahibinin özünü necə görməsi və ya

görmək istəməsi amilindən yaranır. Bu ləqəblər, adətən,

insanın öz şəxsi həyatı, peşəsi, mənşəyi, vətəni, eli, obası,

nəsli, baxdığı kinolar, tele-seriallar, oxuduğu kitablar və s. ilə əlaqədar olur.

Biz bir anlığa internetdə məşhur çatlara və ya forumlara baş çəksək buradakı

niklərin forma və məna baxımından necə də rəngarəng olduğunu görərik.

“Obama”, “Putin”, “Monro”, “Milaşka”, “Ginekoloq”, “Seksepatoloq”, “Puzik”,

“Tuzik”, “Fanni”, “Banni” daha nə bilim nələr... İnternet ləqəblərinin

içərisində gülməli, kədərli, mənalı və ya ilk baxışdan mənasız görünən,

indiyədək kimi heç kimin ağlına gəlməyən və ya eşitmədiyi isimlər kifayət qədərdir.

Hansı virtual adlar daha cəlbedicidir?

Bir çox yuzerlər situasiyaya görə və ya forumdakı mövzulara uyğun

müxtəlif ayamalar götürürlər. Məsələn, məhəbbət mövzusunda

“Masulya”, “BədGöl” və ya “BədBoy”, mistik mövzularda

“Cəhənnəm_Sakini”, “Vedma”, “Təpəgöz”, serial söhbətlərində

“Pedro”, “İzaura”, “Antoni” və s. Bütün bunlar onu göstərir ki,

internetdə ləqəb seçmək özü bir incəsənətdir.

Niklər çox zaman insanın kimə, hansı obraza oxşamaq arzusunu ifadə edir.

İstifadəçi özünü bu obraza proyeksiya etməklə, bir müddət bu

obrazda qalıb sonra yenidən əvvəlki əslinə qayıda bilər.

Məsələn “Supermen”, “Spaydermən”, “Betmən” ən çox uşaqların

seçdikləri niklərdir. Onlar virtual məkanda özlərini bir növ,

həmin qəhrəmanlar kimi hiss edir və onlara oxşamaq istəyirlər.

Lakin olur ki, bəzi yuzerlər internetdə qeydiyyat zamanı ilk ağıllarına

nə gəldi onu özləri üçün nik seçirlər. Onlar barmaqlarına dəyən

klaviaturanın istənilən hərf və ya rəqəmlərindən özləri üçün ayama

düzəldirlər. Adətən, belə adamların məqsədi virtual məkanda söhbət etmək

və ya forumlarda iştirak etmək yox, təcili hansısa bir məlumatı götürmək

və ya nəyisə öyrənmək olur, Bəzi istifadəçilər isə çox vaxt qlobal şəbəkədə

rast gəldikləri, başqasına məxsus cəlbedici bir niki

götürərək başqa bir saytda həmin ləqəblə çıxış edirlər.

Virtual məkanda təhlükəli niklər

Qeyd etmək lazımdır ki, virtual ünsiyyətlərdə əlaqələndirici rolu kompüter

oynadığı üçün yuzerlər bir-birlərinin sifətlərini görmür, ona görə də həmsöhbətlərin cinsi,

yaşı, görkəmi keçirdiyi hisslər bir-biriləri üçün qaranlıq qalır, özü də ola ki,

istifadəçi uydurma altında çıxış edə. Çox vaxt çatlarda oğlanlar qız, qızlar isə

oğlan adı ilə çıxış edirlər. Bu əyləncələr çox maraqlı olsa da, bəzən belə

üsullardan bədniyyətli adamlar da “uğurla” istifadə edirlər.

Ona görə də, gerçək aləmdə olduğu kimi virtual məkanda da tam

ehtiyatlı olmaq məsləhətdir. Kiberməkanda hər cür insan olduğu üçün,

onların arasında kriminal aləmin nümayəndələri, pedofillər

(azyaşlılara qarşı əxlaqsızlıq edənlər) də vardır.

Kibercinayətkarlıqla məşğul olan belə adamlar virtual söhbətlərdə

cəlbedici niklərlə iştirak edərək növbəti qurbanlarını axtarırlar.

Anonim istifadəçilər insanları necə tora salır?


Təcrübə göstərir ki, yaxşı səslənən niklər internet istifadəçilərinin

diqqətini tez cəlb edir. Əgər ləqəb cazibəlidirsə, demək mütləq onunla

maraqlananlar olacaq. Bu faktdan istifadə edərək cinsi oriyentasiyası

düz olmayan ünsürlər maraqlı ləqəblər götürməklə virtual məkanda əsasən,

uşaqları təqib edirlər. Uşaq psixologiyasını, istəklərini, musiqi,

şou aləmini gözəl bilən pedofillər Ümumdünya Hörümçək Torunda,

sözün əsl mənasında balacaları tora salmağa çalışırlar.

Bu barədə söhbətlər çox olsa da, dəhşətli filmlər çəkilsə də

statistika göstərir ki, hər il minlərlə insan kibercinayətkarlığın qurbanı olur.

Ona görə də valideynlər övladlarına başa salmalıdırlar ki,

internetdən istifadə edərkən çox ehtiyatlı olsunlar,

şübhəli yuzerlərlə söhbətə girişməsinlər,

xüsusən tanımadıqları adamlarla görüş təyin etməsinlər.

Nik sahiblərinin şəxsiyyətini necə müəyyən etmək olar?

Peşəkar və təcrübəli internetçilər internet ləqəblərindən onların

sahiblərinin cinsini, peşəsini, yaşını, xasiyyətini, hətta əsl adını da

müəyyənləşdirməyin mümkün olduğunu qeyd edirlər.

Məsələn, niklərin tərkibində olan rəqəmlər insanın adına, yaşına,

doğulduğu ilə, məktəbi qurtardığı və ya instituta girdiyi tarixə,

yaxud digər şəxsi məlumatlarına işarə edə bilər. Məsələn, "Sa1" – Sabir,

"2ral" – Tural, "Ay10" – Aytən, "L-mir" - Elmir və s...

Yaxud, "firon-1986", "Bakinec2001", "Neizvestnıy1980" və s.

Ləqəblərdəki baş hərflərin kombinasiyası istifadəçinin ismini,

familiyasını, atasının adını və yaxud təvəllüd tarixini, oxuduğu institutun,

işlədiyi təşkilatın adının baş həriflərini göstərə bilər.

Təcrübəli yuzerlər nik sahiblərinin forumlardakı və ya çatlardakı

çıxışlarını analiz etməklə onların kimliyini də asanlıqla müəyyənləşdirə bilərlər.

Ona görə də niklər vasitəsilə özlərini virtual məkanda məxfi və ya

"agent 007" hesab edənlər, düşünməsinlər ki, onların şəxsiyyətini

müəyyənləşdirmək mümkün deyil. Yuzerlər bilməlidirlər ki,

internet ləqəbləri tək anonimliyi yox, həm də sahiblərinin,

müəyyən mənada daxili “Mənlərinin” əsas xüsusiyyətlərindən birini göstərir.

Gələcəkdə virtual aləmdə gizli qalmaq istəyənlər

nik seçimində bu amilləri nəzərə alsalar, daha məqsədəuyğun olar.


Geri dön

ZAC EFRON

  • 11 sentyabr 2011 01:01
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
dogurdanda cox maraqli did twk

Ulya

  • 5 dekabr 2010 13:22
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox maraqlidi.twk

Made_In_Bakinka

  • 5 dekabr 2010 01:08
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Axira kimi oxudum Indi her sey mumkundu...Twler

Grace_Angel

  • 5 dekabr 2010 00:32
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler maraqli melumat ucun...oxudum hamisini...

--------------------

Just For Legend

  • 5 dekabr 2010 00:02
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

Sergio Ramos

  • 4 dekabr 2010 23:24
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
uzundu amma biraz oxudum

təşəkkür

--------------------

CandyGirl

  • 4 dekabr 2010 23:16
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
cux yaxsidi tesekkurler

--------------------

OK

  • 4 dekabr 2010 23:07
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
Bes menim niki haqqinda ne demek olar?????

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 72

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}