Xatirə İslam, Vasif Məhərrəmli və rəqqasə Fatimə məhkəməyə verildi

 
Xatirə İslam, Vasif Məhərrəmli və rəqqasə Fatimə məhkəməyə verildi


Onlar dövlət sosial sığorta haqqını ödəməməkdə ittiham olunur

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nərimanov rayon şöbəsi Azərbaycan şou-biznesinin üç tanınmış simasını dövlət sosial sığorta haqqını ödəmədiyinə görə məhkəməyə verib. Məhkəməyə verilənlər müğənnilər Xatirə İslam, Vasif Məhərrəmli və rəqqasə Fatimə Abdullayevadır. Xəbərə görə, onların məhkəməyə verilməsinə səbəb sözügedən quruma hər birinin 1500 manata yaxın (1431 manat) sosial sığorta borclarının olmasıdır. Hazırda Xatirə İslam və rəqqasə Fatimənin ilə bağlı şikayətə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində ayrı-ayrılıqda baxılır. Vasif Məhərrəmliyə qarşı olan iddia əsasında isə məhkəmə prosesi başa çatıb və məhkəmə müğənninin iddiada göstərilən borcu ödəməsi barədə qərar qəbul edib.

Məsələ ilə bağlı Xatirə İslam açıqlamasında məhkəmədən xəbərsiz olduğunu deyib. O, hər rübün sonu əldə etdiyi gəlirin dövlət vergisini ödədiyini deyib. Hazırda xaricdə səfərdə olan sənətçi ölkəyə qayıdan kimi bu məsələ ilə maraqlanacağını vurğulayıb. O, borcla bağlı xəbərdarlıq almadığını da deyib: “Əgər bu borcu ödəməliyəmsə, ödəyəcəyəm. Ancaq bununla bağlı xəbərdarlıq belə almamışam. Mən vaxtı-vaxtında dövlətə vergi ödəyirəm. Ancaq sosial sığorta haqqının nə olduğunu bilmirəm”.

Vasif Məhərrəmli isə bu məsələ ilə bağlı sualına “Bu mənim şəxsi həyatımdır, qarışmasanız yaxşıdır” cavabı verməklə kifayətlənib.

Rəqqasə Fatimə məhkəmə işindən xəbərdar olduğunu deyib. Lakin o bu proseslə maraqlanmadığını açıqlayıb: “Dövlət Muğam Teatrının işçisi kimi hər ay əmək haqqımdan pul çıxılır. Mən bugünkü gün işləyib qazanıram və tək başına uşağımı saxlayıram. Heç “aliment” almıram. Birdən-birə mənə gəlib dedilər ki, sənin bu qədər borcun var. Mən bu pulu niyə ödəməliyəm ki?.. Ona görə də heç arxasınca belə getmirəm. Bu işin dalınca düşməyəcəyəm”.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:44
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
coxx saqolun yazan elleriviz var olsun

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Just For Legend

  • 4 dekabr 2010 14:02
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
zehlem gedir de vergidençeh menim de basimi agradir bu sosial sigorta

--------------------

Angel-Xranitel-666

  • 3 dekabr 2010 23:00
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
twk

--------------------
AnGeL-xRaNItEl ti super

Ulya

  • 3 dekabr 2010 22:31
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
hec birinden xosum gelmir:)

CandyGirl

  • 3 dekabr 2010 21:15
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tesekkur oxudum

--------------------

Sergio Ramos

  • 3 dekabr 2010 21:11
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
ilk şərh məndən tŞk...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 78

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 639
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}