Çiçəyə nifrət edənlər

 
Çiçəyə nifrət edənlər


Onlar belə düşünür: "Qan, bağırtı, ağlaşma məsum səhnələrdi"

Bu da nəhəng saydığımız dünya. Yeriyəndə yer silkələnən, yeriməyəndə göyü silkələyən prezidentlər bağça uşaqlarından daha aciz vəziyyətə düşüblər. Culian Asancın «Wikileaks»i pərən-pərən salıb hamını.

Bir informasiyalıq canı varmış dünyanın. Bütün prezidentlər bəyanat verdi. Culianın şeytan kimi təqdim etdikləri onlar deyilmiş. Yazıq xanım Klinton zırzır ağlayırmış. Obama dodağının tikişini söküb. Ərdoğan istefaya gedirmiş, yalvarıb güclə saxlayıblar.
Bağça uşaqları, indi müəlliməniz sizə appa gətirəcək. Hamınız yerinizdə oturun. Ala bu sənin, bu da sənin… yeyin bir boşqab informasiyanı. Necə, Medvedyev, sənsən yenə?.. Ürəyin bulanır? Mənə nə var, yeməsən gəlib məcburi yedizdirəcəm. Putin, çörəyi qırıb stolun üstünə tökmə. Qaxıl otur yerində. Gül hanı? Sən orda neynirsən? Ay balam, gəl çörəyini ye.

Uşaqlar xorla qışqırırlar: “Müəllimə, biz Culian əmidən qorxuruq”. Müəəllimə: Putinə yaxınlaşıb deyir: “Səndə qorxan sifət var?.. Günorta onun çarpayısını dağıdırsan, bunun çarpayısını dağıdırsan”. Sonra üzünü o biri uşaqlara tutur: “Ay bala, Gül dünən güzgünü sındırmısan. Sən güzgü ilə niyə oynayırsan?.. İndi biz özümüzü harda görək?.. Hələ sən bu qıza bax, Klintona… Ay qızım, sənin oğlanlarla nə işin var, hərəyə bir ləqəb qoyursan. Görəsən siz evdə də beləsiz?”

Putin: Evdə bundan da betərik.
- Bəs sən Medvedyev?
Medvedyev: Biz elə Putingildə yaşayırıq.
- Niyə balam, eviniz yoxdu?
Putin: Müəllimə varlarıdı. Culian əmidən qorxduqları üçün bizə gəliblər. Culian əmi bizim evimizi tanımır.
Klinton: Mən tanıyıram. Bizə gəlsə deyəcəm yerinizi.
Gül: Nə olar, Klinton, bizim evimizi demərsən də
Klinton: Sizin eviniz var ki?..
Gül: Poh, niyə yoxdu ki… De, Türkiyədə.
Klinton: O sizin eviniz deyil, dayınız verib. Bir gün gəlib atacaq bayıra hamınızı. Müəllimənin səsi eşidilir: “Yaxşı, söhbəti qutarın. Əllərinizi yuyub yerinizə keçin”.

Uşaqlar vanna otağından çıxıb yerlərinə getmək istəyirlər ki, baxça silkələnir. Şüşələr getdikcə daha bərk cingildəməyə başlayır. Çarpayılar sağa-sola yellənir. Boşqablar stolun üstündən bir-bir yerə düşür. Əlində çömçə mətbəxdən çıxan aşbaz qışqırır: “Zəlzələ”. Hamı pərən-pərən düşür. Bağçanın divarları çat verməyə başlayır. Adamlar küçə boyu ora-bura qaçışırlar. Valideynlər qorxu içində övladlarını axtarırlar. “Klinton”, “Gül”, “Putin”… hay verən yoxdu. Ağlaşama səslərindən adamın tükü ürpəşir. Binalar yerlə yeksan olur. Okean əjdahaya dönüb adamları yüz-yüz udur. Bütün uşaqlar qırılır. Klinton, Gül, Putin, Medvedyev və həmişə onların ətrafında olan bir neçə uşaqdan başqa. Meyitlər qalaq-qalaqdı. Onların valideynləri də qırılıb. Bütöv bir dünyada ancaq bu uşaqlar qalıb. Bütöv bir dünya ancaq bu uşaqlara qalıb. Adamlar yenə doğulurlar. Hamısı da bu uşaqlardan soara. Əvvəldə bu uşaqlardı. Qorxu onların yaddaşlarını da pozub. Elə bilirlər yerdən çıxıblar, kimsələri yoxdu. Elə bilirlər zəlzələdən doğulublar. Qan, bağırtı, ağlaşma onların ilk gördüyü ən məsum səhnələrdi. Yeni dünyada doğulan bütün uşaqları da inandırırlar ki, qan, bağırtı, ağlaşmadan daha məsum heç nə yoxdu.

Başqalarının çarpayısını dağıdanlar, güzgü sındıranlar, dostlarının evini nişan verənlər ətrafa səpələnən meyitləri tapdaya-tapdaya yol gedirlər. Başqa uşaqlarsa nə qədər çalışırlar meyitləri yığışdırmağa gücləri çatmır. Üfunət iyi bürüyüb dünyanı.

O kimdi bir küncdə oturub?..
- Sənin adın nədi?
- Culian.
- Niyə bizə kömək etmirsən?
- Gücüm çatmır.
- Bəlkə deyəsən, neyləyək?
- Hər yerə çiçək əkin. Ətirli çiçəklər. Onlar çiçək qoxusuna nifrət edir, üfunət iyinə öyrəşiblər. Sizsə əlinizə gül götürüb səpilin küçələrə. Yalnız çiçəklər danışsın sizn əvəzinizə. O qəddar uşaqlar sizdən nəsə soruşsa çiçək uzadın. Anlamayacaqlar onun dilini. Əzib atdılarmı, birini də uzadın. “Qan”, “Üfunət” deyə qışqıracaqlar. Sizsə dayanmayın, boğazlarna, gözlərinə soxun çiçəkləri. Başlarına vurun. Və unutmayın şeytanlar üçün çiçək yağışı daş yağışından daha dəhşətlidi.

Baxın, mən bir dəstə çiçək atacam onların qarşısına pərən-pərən düşəcəklər. Culian dediyi kimi də eləyir. Daşın dibində gizlətdiyi çiçəkləri atır o beş-on uşağın qabağına. Hələ çiçəklər göydəykən pərən-pərən düşürlər. Putin özünü kola soxur, Klinton uçulmuş binaların içində gizlənir, Medvedyev arxasına baxmadan qaçır…
…Çiçəkdən qorxanlar! Çiçəyə nifrət edənlər!


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:42
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
coxx saqolun yazan elleriviz var olsun

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Just For Legend

  • 4 dekabr 2010 13:59
  • Məqalə: 407
  • Şərh: 3195
  • Bal:
{awards}
Onlar belə düşünür: "Qan, bağırtı, ağlaşma məsum səhnələrdi"
qeddarliqdir da bunlar

--------------------

romantikim

  • 4 dekabr 2010 10:45
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Məsələnin çiçəyə nə dəxli vardıki

R_O_M_A

  • 3 dekabr 2010 23:00
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
maraqli movzuydu tew

--------------------

Ulya

  • 3 dekabr 2010 22:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqli yazidi.ellerine sagliq

CandyGirl

  • 3 dekabr 2010 22:34
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
nece maraqlil yazidi,tewekkurler

--------------------

Sidisa

  • 3 dekabr 2010 22:24
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Maraqli xeberdi.cox sag ol

Sergio Ramos

  • 3 dekabr 2010 22:02
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ilk şəşrh məNdəN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}