Bayramda nə qədər xərcimiz çıxdı?

 
Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Bayramda nə qədər xərcimiz çıxdı?

Sabah müsəlmanlar Müqəddəs Qurban Bayramını qeyd edəcəklər. Bayramın mahiyyəti bütün il boyunca ət yeməyənlərin belə, ən azı bir gün bu nemətdən dadması, varlının öz malından kasıba da pay tutmasıdır. Amma təəssüf ki, artıq bayram mahiyyətindən uzaqlaşıb və satıcının alıcını daha çox aldatmasına, daha çox qazanmasına fürsət yaradan bir günə çevrilib. Hər il bayrama bir neçə gün qalmış və bayram günündə ətin qiyməti kəllə-çarxa qalxır. Bayramı adətə uyğun qeyd etmək istəyənlər isə, qiymətləri görüb, "əli ətəyindən uzun" geri qayıtmalı olurlar. Bir gecənin içində qiymətlər ən azı bir neçə manat qalxır. Satıcıların isə, bu artıma gətirdikləri səbəb, yol və yem xərcləri olur. Artıq bir neçə ildir ki, İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün monitorinqlər keçirir. Eyni zamanda, əhalinin nisbətən ucuz ətlə təmin edilməsi üçün xüsusi satışlar təşkil edir. Bu il də ənənəvi qayda ilə paytaxtın bəzi bazarları yaxınlığında ucuz ət satışı təşkil ediləcək. Amma satış yarmarkaları və monitorinqlərə baxmayaraq, hər il bayram ərəfəsində bazarlarda qiymətlər "əl yandırır". Əlbəttə, təkcə ətin yox, digər məhsulların da qiyməti qalxır.

Bayrama bir gün qalmış bəzi bazarlara baş çəkdik və bir ailənin bayram günü süfrəsini bəzəməsinin neçəyə başa gəldiyini öyrəndik?

Öncəliklə bayramın mahiyyətinə uyğun olaraq ətin qiyməti ilə maraqlandıq. Baş çəkdiyimiz bazarlarda mal əti 8-9, qoyun əti isə 9-10 manata təklif olunurdu. Satıcılar bu qiymətin normal olduğunu deyirlər. Onlar bayram günü də ətin qiymətinin bundan yüksək olmayacağına əmin edirlər.

Hafiz adlı satıcı qiymətin alıcıların büdcəsinə uyğun olduğunu deyir: “Bu qiymət normaldır, heyvanın saxlanması, yemi, gətirilməsi xərcləri də qiymətə təsir edir. Axı, bu heyvan hava ilə yaşamır ki, biz də ucuz verək. İldən-ilə hər şeyin qiyməti qalxır. Bu, ətin də qiymətinə təsir edir. Bayram günü də təxminən bu qiymətə satacayıq”.

Satıcı deyir ki, qoyunun qiyməti çəkisinə görədir: “Qurban Bayramında satılan qoyunları adətən, çəkmirik. Amma illərdir ki, bu işlə məşğuluq, baxan kimi bilirik ki, çəkisi nə qədər olar. 10-15 kiloqramlıq quzunu 150-180 manata veririk. 30 kiloqramlıq qoyunun qiyməti 250-300 manat arası dəyişir”.

Paytaxt bazarlarında nisbətən ucuz ət satanlar da var. “Keşlə” bazarının İntiqam adlı satıcısı qiymətlərin aşağı olmasını belə izah edir: “Qiymətlər qalxmayıb, sabah da bu qiymətə satacayıq. Bizdə heyvanların əksəriyyəti dişi olduğuna görə, ucuz veririk”.

Bəzi satıcılar isə, Qurban Bayramı günlərində qiymətlərin bir az da artacağını istisna etmirlər. Onlar bunun çox cüzi artım olacağını bildirirlər.

Bazarları gəzərkən artıq yol kənarlarında hasarlanmış yerlərdə “bazar açan”larla da rastlaşdıq. Bu obyektlərdə də qiymətlər bazarlardan fərqli deyildi. Ayaz adlı satıcı deyir ki, "heyvanlar rayondan gətirilib və yoxlamadan keçib". Ancaq nədənsə, o, Baytarlıq Xidmətinin heyvanları yoxlamasını sübut edən sənədi bizə göstərmədi. “Səyyar bazar” satıcısı deyir ki, qiymətlər 150 manatdan 400-450 manata qədərdir: “Qoyun ətinin qiyməti bazarda neçəyədirsə, biz də o qiymətə veririk. Bizdəki qoyunların ən balacası 15 kiloqramdır. Amma elə qoyunda var ki, 300-350 manat verdilər, razılaşmadıq. Çünki həmin heyvanın çəkisi 25-30 kiloqramdan az deyil”.

Qeyd edim ki, səyyar satıcıların qiymətləri fərqli olmasa da, kəsim şəraiti standartlara uyğun gəlmir. Bu da, sabah yenə də yolların qan gölünə dönəcəyindən xəbər verir. Bundan başqa, həmin obyektlərdə satılan heyvanların nə dərəcədə sağlam olması da şübhəlidir.

Araşdırmamızı İİN-nin təşkil etdiyi ucuz ət bazarlarının birində davam etdiririk. Adi bazarlardan fərqli olaraq, burada, ətin standartlara uyğun olması ilə bağlı sertifikatlar açıq şəkildə asılıb. Bundan başqa, təmizlik də digərlərinə nisbətən, daha yaxşıdır. Ətin kəsilməsi üçün də əlavə yer müəyyən olunub. Müsbət hallarla yanaşı, bu bazarlarda vəd olunan ucuzluğu müşahidə edə bilmədik. Burada qoyun ətinin qiyməti 10-11manata, bəzi hallarda, 12 manata qədər, mal əti isə, 8.50-9 manata qədərdir. Satıcılar deyir ki, sabah da eyni qiymətə satacaqlar.

Elçin adlı satıcı bu qiymətləri normal hesab edir: “Ətin qiyməti yüksək deyil, həmişə belə satırıq. Sabah da eyni qiymətə satacayıq”.

Ancaq alıcılar qiymətlərin yüksək olmasından narazıdır. Nazilə adlı xanım sabah gəlini üçün qurbanlıq aparmaq istəyir. Amma büdcəsi və istəyinə uyğun qoyun tapa bilmədiyindən şikayətlənir: “El adətidir, qız evinə aparmaq üçün gərək yaxşı qoyun alam. Amma bir az gözə gəlimli heyvanları 250-300 manata verirlər. Deyirlər ki, guya 25-30 kilodur, amma inandırıcı görünmür”.

Arif Mahmudov adlı başqa bir alıcı isə, qiymətlərə görə bu il qurban kəsə bilməyəcəyini deyir: “Qiymətlərə baxırıq, hər il bir az da artır. Əksinə, gərək, bayram ərəfəsi qiyməti bir az endirələr ki, hər kəs ala bilsin. Amma elə vəziyyət yaranıb ki, deyəsən, bu il ala bilməyəcəyik. Çünki qoyuna baxırsan, deyilən çəkidə görünmür, kəsdirəndən sonra da çəkisi azdır, deyib, geri qaytarmaq olmur”.

Alıcıların da dediyi kimi, qoyunlar heç də satıcıların vəd etdiyi çəkidə görünmürdülər. Bundan başqa, bazarlarda satılan qoyunların əksəriyyətinin yunu çəkisindən daha çox görünürdü. Yunun çox olması, heyvanı olduğundan daha yüksək çəkidə göstərirdi. Satıcılar bu üsulla alıcıları aldada bilirdilər.

Bayramda alacağımız ətin qiymətindən xəbərdar olduq, bəs, süfrəmizi bəzəmək üçün lazım olan digər məhsulların qiyməti necə, artıbmı?

Əslində, bayramlarda qiymət artımına adət etmişik. Hər il bayrama bir neçə gün qalmış, qiymətlər elə kəllə-çarxa qalxır ki, sanki meyvə-tərəvəz yox, qızıl alırıq. Bir ailənin bayram öz süfrəsini ən azı bir növ yemək, bir az mer-meyvə ilə bəzəməsi üçün nə qədər pul lazımdır? Bunun üçün bazarlardakı qiymətlərlə tanış olaq. Öncə meyvələr: alma 2-3 manat, nar 2-5 manat, üzüm 3 manat, heyva 2-3 manat, feyxoa 2.50 manat, armud 3 manat, mandarin 2-3 manat. Pomidor, xiyar 2-3 manat, göyərti 20-30 qəpik, kök 1.50 manat, kartof 1 manat, soğan 80 qəpikdən 1.50 qəpiyə qədər, qoz 10-12 manat, fındıq 8-10 manat, badam 9-11 manat, ərik qurusu 8 manat, şabalıq 6-8 manat, alça qurusu 7 manat, kişmiş 5 manat, xurma 7-9 manatdır. Bu ərzaqların hər birindən sadəcə, 1 kq almaq üçün ən azı 100 manat pul lazımdır. Satıcılar da qiymətlərin qalxdığını etiraf edirlər. Bunun sabah bir az da arta biləcəyini istisna etmədilər.

Qərib adlı satıcı deyir ki, bayram vaxtı qiymət artımı normaldır: “Bayram vaxtı 50 qəpik, bir manat artım olur, bu da çox deyil. Onsuz da alıcı alır, bir manat aşağı-yuxarı fərqi yoxdur”.

Bəzi satıcılar isə, bayramqabağı olsa da, alıcıların azlığından şikayətlənir.

Meyvə-tərəvəz üçün hesabladığımız qiymətin üzərinə, ətin qiymətini də əlavə etsək, deməli, bir günlük bayram keçirmək üçün bir aylıq maaşı bazarda qoymaq lazımdır. Bu qədər xərcdən sonra keçirəcəyimiz günün bayram olacağı inandırıcı deyil.


Geri dön

_Susqun_

  • 30 oktyabr 2012 17:56
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
maraqli xeber idi sag olun....

--------------------

_Mrs_GuNeL_

  • 28 oktyabr 2012 13:15
  • Məqalə: 0
  • Şərh: 394
  • Bal:
{awards}
melumata gore tesekkur)

GuNaY_83

  • 28 oktyabr 2012 11:41
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
twk.........

--------------------

..::MisS DioR::..

  • 28 oktyabr 2012 10:47
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

Demi Love

  • 28 oktyabr 2012 08:44
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
təşəkkürlər xəbərə görə...

my angel__

  • 28 oktyabr 2012 02:37
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
cox sagol allah razi olsun..Amma qurban kesenler coox baha kesirdiler no

--------------------
Помни, что ты - мое все ❤

come back

  • 28 oktyabr 2012 02:28
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
xebere gore tewekkur edirem.

..::MuSLiMaNKa::..

  • 28 oktyabr 2012 02:06
  • Məqalə: 129
  • Şərh: 385
  • Bal:
{awards}
melumata gore teshekkurler

--------------------

Cana Iz Azerbaycana

  • 27 oktyabr 2012 23:34
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
Twk Twk Yenede Twk love

--------------------
Cana - Iz - Azerbaycana ( Aygun )

classic_guiter_girl

  • 27 oktyabr 2012 21:56
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
xebere qore twk

solnuska

  • 27 oktyabr 2012 21:52
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
MELUMATA GORE TWK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 27 oktyabr 2012 21:35
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bayrama bir gün qalmış bəzi bazarlara baş çəkdik və bir ailənin bayram günü süfrəsini bəzəməsinin neçəyə başa gəldiyini öyrəndik?

✰GoLd GirL✰

  • 27 oktyabr 2012 21:02
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Məlumata görə sağ ol

Prank girl

  • 27 oktyabr 2012 20:50
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

fatimeyinur

  • 27 oktyabr 2012 20:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler meqaleye gore

CuPbUyUm

  • 27 oktyabr 2012 20:43
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Meyvə-tərəvəz üçün hesabladığımız qiymətin üzərinə, ətin qiymətini də əlavə etsək, deməli, bir günlük bayram keçirmək üçün bir aylıq maaşı bazarda qoymaq lazımdır. Bu qədər xərcdən sonra keçirəcəyimiz günün bayram olacağı inandırıcı deyil.

--------------------

...BARSA FANATI....

  • 27 oktyabr 2012 20:40
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Xebere gore sag ol....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}