Mədəniyyətimiz

 
Mədəniyyətimiz

Medeniyyetlisiniz yoxsa Medeniyyetsizsiniz?

Televiziya cəmiyyətin inkişafında misilsiz rol oynayır?

Bəs bizim televiziya kanalları mədəniyyətmi aşılayır

yoxsa olan qalan mədəniyyətidə sovurub aparır?


Daima əxlaqdan danışır, uşaqların, gənclərin korlanmasından söhbət edirik.

Lakin burda tək uşaqları və gəncləri günahlandırmaq düzgün deyil.

Uşaqda hardansa görüb götürür. Uşaqların tərbiyəsində əsas

rol əlbəttə ailənin üzərinə düşür. Amma ətraf mühitin,

cəmiyyətin təsirini danmaq lazım deyil. Məsələn götürək televiziya verilişlərini.

Bu dəfə söhbət məhz Azərbaycan televiziyasında gedən verilişlərdən olacaq.

Televiziyanın mədəniyyət üzərində təsirini hamıya bəllidir.

Hətta mədəniyyətin dirçəliş və tənəzülündə televiziyanın güclü silah

olduğunu qeyd edən dahi şəxslərdə var. Mən də Azərbaycan telekanallarının

proqramlarına bir göz atdım. Dedim görüm bizdə televiziya

verilişlərində olan mədəniyyətimiz necədir?!

Televiziya bizim mədəniyyətə necə təsir edir?!

Əksəriyyəti, demək olar ki, əyləncəli və mənasız proqramlardır.

Düzü, mən Azərbaycan kanallarında ancaq xəbərləri izləyirəm.

Bununla belə, mənə cəmiyyətimizin səviyyəsi, dünyagörüşü maraqlıdır.

Buna görədə arada bir yeni çıxan verilişlərə də baxıram görüm,

bizim millət əsas nəyə baxır. Demək verilişlərdən bəzilərini qeyd edim:

Kök-altı, “Toy-Olsun”, “Onun-Yarısı”, “Qızıl –Pillə”, “El-gizli axşamlar”,

“Kim? Nə? Harda?”, “Yeni Ulduz”, “Xalq Ulduzu” və sair.

Digərləri də seriallardır. Çox axtardım ki, intellektual bir veriliş

tapım amma alınmalıdı. Bir iki dənə AzTV kanalında var.

Digər kanallar isə sırf əyləncəyə yönəlib.

Bütün qeyd etdiyim bu verilişlərin məqsədi isə heç bəlli deyil.

Bir dəfə çox dedilər, “Kök-altı” verilişi elə belə, dedim baxım görüm

axı bu nə verilişdir ki, uşaqlar buna baxır.

Baxdım, 10 dəqiqə, 20 dəqiqə amma verilişin məğzini heş başa düşmədim.

Boş və mənasız bir veriliş.

Efirdə 30 dəqiqəni tutmaq üçün təşkil edilmiş bir veriliş.

Uşaqlar bu verilişdən nə götürə bilər? Bu verilişdən nə öyrənə bilər

və ya Toy-Olsun, Onun yarısı kimi verilişlərdən gənclər nə öyrənə bilər?

Məncə səviyyəsizlikdən başqa heçnə. Əvvəllər senzura var idi,

efirə hərkəs buraxılmırdı, verilişlərdə etikaya diqqət edilirdi.

Bəs indi? İndi televiziyaya çıxanların əksəriyyətinin nə savadı

nə də mədəniyyəti var. Bəzi insanlarda baxır onlara,

elə hər şey belə olacaqmış deyib onlara bənzəməyə başlayır.

Bəs görəsən bu Nuşirəvan Məhərrəmli nəyə baxır? Onun məqsədi nədir?

Niyə bu səviyyəsizliyin, əxlaqsızlığın qarşısını almır?

Bu sualın cavabı isə tək o bilir.

Bəs siz, əziz istifadəçilərimiz, televizoru açıb hansı verilişlərə baxırsız?

Hansı verişlər bizim cəmiyyətimiz üçün lazımdır deyə düşünürsünüz?


Geri dön

Metenet

  • 25 yanvar 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
natavan hebibinin verilisin baqlasalar yaxsi olar o birinci ana dilimizi oyrensin wallah biz ukraynadan izleyirik her defe baxanda eseblerimiz qerilir mecburuq kanali cewirek xezer kanali yaxsi kanaldi ancaq nata cox zay aparir qoy o qetsin oxumaqiyla mesqul olsun

фея

  • 5 dekabr 2010 22:59
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Bəs siz, əziz istifadəçilərimiz, televizoru açıb hansı verilişlərə baxırsız?
vallah bu verlise tekce gulmek ucun baxiram basqa hecne.cox saqol yazi ucun

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 5 dekabr 2010 13:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol

Grace_Angel

  • 5 dekabr 2010 00:51
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xeber ucun...maraqli movzudur...

--------------------

Sergio Ramos

  • 4 dekabr 2010 23:21
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür...

--------------------

CandyGirl

  • 4 dekabr 2010 23:17
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
medeniyyet zengindir

--------------------

Just For Legend

  • 4 dekabr 2010 22:41
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore cox sag ol

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}