"DÜNYAMIZ "QİÇS"-Ə QALİB GƏLƏCƏK"

 
"DÜNYAMIZ "QİÇS"-Ə QALİB GƏLƏCƏK"


Şahin İsmayılov: "Azərbaycanda bu sahədə vəziyyət gərgindir"

QayNar: Hazırda dünyada 33 milyondan artıq insan QİÇS-dən əziyyət çəkir. mübarizə günüdür. Həyat üçün çox təhlükəli olan bu virusla mübarizəyə bütün dünya səfərbər olub. Ölkəmizdə bu sahədə görülən işlər, xəstəliyin qarşısının alınması üçün atılan addımlar və bu prosesdə gənclərin rolunun nədən ibarət olması ilə bağlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov Qaynar.info-ya danışıb.

- Dünyanı sarsıdan QİÇS virusunun törətdikləri və nəticələri haqqında nə deyə bilərsiniz?

- Hazırda dünyada 33 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir. Rəqəmin belə böyük olması virusun nə qədər təhlükəli və qorxulu olmasından xəbər verir. Neçə illərdir ki, dekabrın 1-ini bəşəriyyətimizi cənginə almış QİÇS-lə mübarizə aparmağa həsr olunub. Təbii ki, bu mübarizə təkcə bir gün deyil, elə ilin bütün günlərində aparılmalıdır. Gələn il QİÇS epidemiyasının rəsmən başlanmasının 30 ili tamam olacaq. BMT baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciətində deyib ki, gələn ilki ildönümü beynəlxalq ictimaiyyəti düşünməyə və qətiyyəti artırmağa vadar edir. Onun sözlərinə görə, ötən üç onillik ərzində QİÇS görünməmiş məşəqqət və ölümlərə səbəb olub.

- Ölkəmizdəki vəziyyət də bir o qədər ürəkaçan deyil...

Bəli, Azərbayanda da vəziyyət gərgindir. 1200-dən çox insan bu virusun daşıyıcısıdır. Hər il isə bu xəstəlikdən 300 nəfər dünyasını dəyişir. Respublika QİÇS-lə Mübarizə Mərkəzidə 1987-2010-cu il dövrü ərzində (mayın 1-nə kimi) 2427 nəfər İİV-ə yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb. Onlardan 2 335 nəfəri Azərbaycan vətəndaşı, 92 nəfəri isə əcnəbidir. Həmin dövr ərzində 305 Azərbaycan vətəndaşı ��" 268 kişi və 37 qadın ��" QİÇS-dən dünyasını dəyişib. QİÇS-dən ölənlər Azərbaycanın 45 inzibati vahidinin sakinləri olub. Sözügedən xəstəlikdən ən çox ölüm halları Bakı və Abşeronda (95 nəfər), Lənkəranda (42 nəfər) və Sumqayıtda (32 nəfər) qeydə alınıb. QİÇS-dən dünyasını dəyişmiş insanların ailələrində 249 uşaq yetim qalıb, onlardan 20-i ata və anasını, 204-ü isə atasını itirib.

- Sizə elə gəlmir ki, xəstələrin düşdüyü ağır vəziyyədən çıxmasına cəmiyyət kömək etməlidir?

- Əlbəttə, insan insanın dostudur prinsipi rəhbər tutulmalıdır. Düzdür, bizim cəmiyyətimizdə QİÇS-ə yoluxanlara münasibət bir mənalı olmadığı üçün xəstələrin əksəriyyəti özünü ətraf mühitdən təcrid edir və sağalmaq üçün lazımı şəkildə mübarizə apara bilmir. İnsanların qınaq obyektinə çevrilməkdən qorxanlar ölümə bir addım da yaxınlaşmış olurlar. Əslində cəmiyyət özü bu virusun daşıyıcılarına dırnaq arası baxmamalı, onları düşdükləri təhlükəli vəziyyətdən xilas etməyə can atmalıdırlar.

- QİÇS-lə mübarizədə nə kimi işlər görülüb və görülməkdədir?

- Son illər ölkəmizdə QİÇS-lə mübarizə aparmaq üçün çox işlər görülüb. Orta və ali təhsil müəssisələrində bu virusla bağlı bir neçə günlük təlimlər keçirilib, seminarlarda əhalinin müxtəlif yaşlı təbəqələri arasında maarifləndirmə həyata keçirilib. Metro, avtobus kimi insanların sıx olduğu nəqliyyat vasitələrində təhlükəli virus və ona yoluxma yolları ilə bağlı plakatlar yapışdırılıb, kütləvi informasiya vasitələrində də bu məsələ daim diqqət mərkəzində saxlanılıb. Təmənnasız olaraq tanınmış müğənnilərin iştirakı ilə keçirilən konsert proqramlarından yığılan vəsait isə xəstələrin müalicəsinə xərclənib.

Bu sahəyə olan dövlət qayğısını da xüsusilə vurğulamaq lazımdır. QİÇS daşıyıcıları müasir və geniş imkanlı avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrində, elə dövlət hesabına da müalicə olunurlar. Xəstələr üzərilərində bu qayğını hər zaman hiss edir və bunun üçün də rəhbər idarələrə onlar üçün yaradılmış bu şəraitdən çox razıdırlar.

Bu gün hər hansı bir məsələ ilə bağlı təbliğat aparmaq çox asandır. KİV-in bu sahədəki rolu isə əvəz edilməzdir. Ən azından lap ucqar rayon və ya kənddə yaşayan insanaların televizoru və radiosu var ki, bu da həmin şəxsin yetərincə məlumat almasına şərait yaradır. Hələ mən internetin- elektron qəzetlərin, televiziyaların, radioların, informasiya agentliklərinin bu sahədə ki rolundan danışmıram. Yəni, yetərincə gücümüz var ki, biz bu xəstəliklə bağlı vətəndaşlarımızı bilgiləndirək. Təbii ki, heç də hər şey maarifləndirmə prosesinin üzərinə düşmür. Virus və onun təhlükəsindən kifayət qədər bilmək olar. Əsas məsələ özünü və ətrafındakıları bu bəladan qorumaqdır.
Siz gənclərlə işləyirsiniz. Müasir gəncliyimiz və dövrün bəlası...

Çox təəssüflər olsun ki, virus daşıyıcılarının böyük bir qismi də gənclərdir. Hər bir dövlətin sağlam gəncliyi sabah onun sağlam dövlətinin davamçısı hesab olunur. Amma gənclərinin bəzisi narkotik istifadəçisi, bir qismi içki, tütün alüdəçisi, digərləri də QİÇS daşıyıcıları olarlarsa, onda həmin ölkənin gələcəyi olarmı? Əlbəttə ki, yox.

Gənclərin düzgün yolda olmasında, bir sıra pis vərdişlərdən uzaq durmasında dövlətlə yanaşı, bizim kimi QHT-lərin, təşkilatların, ittifaqların, birliklərin də üzərinə çox böyük məsuliyyət düşür. Biz ATGTİ olaraq, gənclərimizi bir sıra neqativ hallardan, eləcə də günümüzün aktual problemi olan QİÇS təhlükəsindən qorumaq üçün çox layihələr həyata keçirmişik. Hətta əvvəlki illərlə müqayisədə cari il bu virusa yoluxanların sayı xeyli azalıb. Bu çox sevindirici haldır. Xəstəliyə qarşı mübarizə aparan biz və bizim kimi QHT-lərin burada az da olsa əməyi varsa, bu bizi çox sevindirir və QİÇS-ə qarşı mübarizəyə var gücümüzü sərf etməyə stimul verir.Ümid edirik ki, yaxın gələcəkdə dünya QİÇS-ə qalib gələcək və həyatımız daha bir təhlükədən xilas olacaq.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:39
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
coxx saqolun yazan elleriviz var olsun

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

only-girl

  • 10 aprel 2011 22:27
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Maraqli xeberdi twk

--------------------

Just For Legend

  • 4 dekabr 2010 14:10
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
he ne qeder ki tupy oglanlar var qalib gelmeyec dubya

--------------------

Milawka

  • 4 dekabr 2010 11:50
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
DOSIIIIIIIIIII COX SAGOL MINNETDARAM ALLAHIM CEMI XESTELERE WEFA VERSIN INWALLAH REBBIMIN KOMEYLIYI ILE QALIB GELER

Ulya

  • 4 dekabr 2010 11:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

CandyGirl

  • 4 dekabr 2010 09:41
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
insallah dunya qalib geler

--------------------

Sergio Ramos

  • 3 dekabr 2010 23:40
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
sadəcə təşəkkür

--------------------

L_SimuS

  • 3 dekabr 2010 23:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Dunya qicse qalib gelmesi ucun insnanin ozune qalib gelmesi lazimdi


Tewekkur xebere gore

Angel-Xranitel-666

  • 3 dekabr 2010 23:35
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
twk

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}