Getdin...

 
  • 22.04.2010, 13:25
  • Bölmə: Sevgi
  • Müəllif: OK
Getdin...


Səni beləsinə sevərkən yoxluğunu düşünmək dəli edirdi məni. Aramızdakı məsafə vecimə deyildi. Uzaqda da olsanda sən hər vaxt mənimlə idin. Yemək yeyərkən, musiqi dinlərkən, yatağıma uzandığımda yanımda idi xəyalin. Artıq səndən başqa bir şey düşünə bilməz olmuşdum. Vecinə almırdım keçən zamana nə də olsa hər dəqiqəsi,hər saniyəsi səninlə keçirdi.


Getdin...


Səhərlərə qədər səni xəyal edirdim. Nə çox darıxmışam sənsiz .Gecə yuxularimda gündüz xəYallarımda idin. Uzaqda belə olsanda mənimlə idin.. Hər gəlişində bir əvvəlkindən daha çox həyəcanlanırdım. Son dəqiqələr keçmək bilmirdi heç cür. Səni bir an əvvəl görməkdən
başqa bir şey düşünə bilmirdim. Səni sevərkən dünyanı da sevdim mən, insanları da... Özümə belə dar gəlirkən, içində hər kəsə yeyər olan bir həyatın sahibiydim artıq. Ən qızğın,
ən dözümsüz olduğum anlarda belə, səni düşünmək çatdı mənə. İçimdəki
sevinc üzümə əks olundu, güldüm. Məni elə güldürən sənin sevgin idi və
mən qayğısız, içdən gülüşün nə demək olduğunu, necə gözəl bir şey
olduğunu anladım səninlə... Sığmadın cümlələrə və heç bir cümlə səni
kifayət qədər tərif edəcək qədər dərin olmadı.


Getdin...


Yanımda olduğun zaman gözlərimin içi gülürdü. İçimdəki uşağı susdura bilmirdim. Mənə baxırdin sevgi dolu.Necə bir duyğudur bu bilərsənmi? Beləsinə sevərkən səni bir gün gəldi artıq gözlərindəki o parıltını görə bilməz oldum. O gözlər mənim dəyildimi artıq.Həyat mənə oyunmu oynayırdı yoxsa? Əvvəl səni çıxardı qarşıma, rolları verdi və sonra oyunu xəbər vermədən bitirdi. Səni məndən alıb götürməli idimi həyat? Beləsinə sevmişkən səni, daha çox uzada bilməzdimi bu oyunu?


Getdin...


Getməyini heç istəmirdim. Gedişinlə itəcəkdi ümidlərim, gedişinlə kəsiləcəkdi nəfəsim. Sənin yoxluğunu kim dolduracaqdı? Kim bəzəyəcəkdi xəyallarımı ? Kimi düşünəcəkdim o bitməz tükənməz gecələrdə ? Bir toxunuşun bir gülüşün çatacaq həyata dönməmə. Beləsinə sevərkən səni, bu qaranlıq gecələrə tərk etmə məni...


Geri dön

CandyGirl

  • 4 iyul 2011 23:45
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tewekkur edirem

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 23:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ela sekillerdi twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 8 mart 2011 18:53
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol yazi ucun

Irane

  • 7 yanvar 2011 15:11
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Getməyini heç istəmirdim. Gedişinlə itəcəkdi ümidlərim, gedişinlə kəsiləcəkdi nəfəsim. Sənin yoxluğunu kim dolduracaqdı? Kim bəzəyəcəkdi xəyallarımı ? Kimi düşünəcəkdim o bitməz tükənməz gecələrdə ? Bir toxunuşun bir gülüşün çatacaq həyata dönməmə. Beləsinə sevərkən səni, bu qaranlıq gecələrə tərk etmə məni...

--------------------

L_SimuS

  • 4 yanvar 2011 23:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

STORM MEN

  • 14 avqust 2010 19:22
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Maraqlı xəbərdi.Xəbərə görə çox sağol.

Ela sozlerdi tewekkurler

--------------------

OK

  • 5 may 2010 21:16
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Haminiza tesekkurler

--------------------

VESNA

  • 24 aprel 2010 14:36
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
TWK YERI VAAR AMMA..............

Ulya

  • 24 aprel 2010 14:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
good

nn_nn

  • 23 aprel 2010 21:35
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Maraqli xeberine gore tewekkur edirem

--------------------

danger_gs

  • 23 aprel 2010 13:52
  • Məqalə: 2
  • Şərh: 61
  • Bal:
{awards}
oooox maragliydi cox beyendim tesekkurler

--------------------
YOU`LL NEVER WALK ALONE

aydanka09

  • 22 aprel 2010 23:44
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
{awards}
vahh vahhh

LOVE IS DEAD

  • 22 aprel 2010 20:27
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
tesekkurler SLIPKNOTKA seninle raziyam

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

_SliPkNoTkA_

  • 22 aprel 2010 14:18
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
bu saytda haminin ureyi doludu deyesen... twkler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}