Zəngilan rayonunun işğalından 19 il ötdü

 
Zəngilan rayonunun işğalından 19 il ötdü

Zəngilan rayonunun işğalından 19 il ötdü

Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonunun işğalından 19 il keçir. Rayon 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal olunmuşdur.

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malik olmaqla, təbii iqlim şəraitinə və münbit torpağına görə zəngin meşə və hər növ bitki örtüyü ilə xarakterikdir.

Rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılmışdır.

Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan və diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu. Həmçinin, ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, “xarı bülbül”, səhləbin bir necə növü, Qarabağ dağlaləsi və sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılmışdır.

Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var idi.

Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirmiş, nəticədə çay suyunda formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanmışdır.

Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırmışlar.

Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınmış və ərazi yandırılmışdır.


Geri dön

ZuZuM__

  • 19 noyabr 2012 23:29
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
_NeRmIn_,aminn

--------------------

::Jessica Alba::

  • 16 noyabr 2012 12:10
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
allah hamini oz vetenine ve oz torpagina qovusdursun..

GuNaY_83

  • 31 oktyabr 2012 17:09
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
twk..............

--------------------

solnuska

  • 30 oktyabr 2012 02:18
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
insallah qayidar oz torpaqlariminz

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 29 oktyabr 2012 23:47
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Sitat: _Susqun_
allah hamini oz vetenine ve oz torpagina qovusdursun..

AMIN!... no

--------------------
Помни, что ты - мое все ❤

hello kitty

  • 29 oktyabr 2012 22:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
GUN GELECEK GOZEL TORPAGLARIMIZA QOVUSACIQ INSALLAH fellow

CuPbUyUm

  • 29 oktyabr 2012 22:24
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Zəngilan rayonunun işğalından 19 il ötdü

--------------------

Prank girl

  • 29 oktyabr 2012 18:17
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
bilirdim twk

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

_Susqun_

  • 29 oktyabr 2012 17:21
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
allah hamini oz vetenine ve oz torpagina qovusdursun...

--------------------

_Mrs_GuNeL_

  • 29 oktyabr 2012 16:16
  • Məqalə: 0
  • Şərh: 394
  • Bal:
{awards}
gec tez o yerler yene AZERBAYCANLILARINDI ONSUZ..TAK WTO ERMENILER COOOX DA HEVESLENMESINLER..XEBERE GORE TWWWKKK....

come back

  • 29 oktyabr 2012 15:54
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
bawimiz sag olsun Insallah alacayiq ermenilerin elinden torpaqlarimizi sad recourse

vefasiz heyat

  • 29 oktyabr 2012 15:44
  • Məqalə: 0
  • Şərh: 554
  • Bal:
{awards}
Insallah tezlikle geri qayidacag torpaqlarimiz butun veten hesretiyle yawayanlar oz vetenlerine,yurd yuvalarina qovuwacaq.
TWK....

--------------------
Bir qəlbiki tike bilmirsən,niyə qırırsan???

Demi Love

  • 29 oktyabr 2012 15:24
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
təşəkkürlər xəbərə görə...

DILEKLER

  • 29 oktyabr 2012 14:37
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
Zəngilan rayonunun işğalından 19 il ötdü

..::MisS DioR::..

  • 29 oktyabr 2012 14:34
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
SabriNa B-va,

dostlar saqolsun))

--------------------

...BARSA FANATI....

  • 29 oktyabr 2012 14:33
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Rayon 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal olunmuşdur.

ღ★Diamond★ღ

  • 29 oktyabr 2012 14:28
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Rayon 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal olunmuşdur.

SabriNa B-va

  • 29 oktyabr 2012 14:22
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Twk-ler Basimiz sag olsun...

SmiLe_LiFe

  • 29 oktyabr 2012 14:21
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}