Kişilər gözləri ilə sevir

 
Kişilər gözləri ilə sevir

Kişilər gözləri ilə sevir. Bu, məşhur deyimi, yəqin ki, eşitmisiniz. Bəs bu, niyə baş verir?

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, qadınlar rənglərə, kişilər isə bədən və üz cizgilərinin quruluşuna fikir verirlər: “Lakin rənglər onların yadında qalmır. Nisbətən əlvan rəngləri yadda saxlaya bilərlər. Xanımların isə rəng ahəngi yaddaşlarına həkk olur. Nə qədər qəribə olsa da, əksər qadınlar ilk görüşdən sonra kişinin üz cizgilərini xatırlaya bilmirlər. Səs, danışıq tərzi, dediyi ifadələr, davranış isə yadda qalır”.

Kişi qəlblərinin sahibəsi

A.Qurbanova izah edir ki, kişilər gözəl qadınları sevir və onların nazı ilə oynayır: “Gözəlliyə isə gümrah, şən, sağlam, çalışqan qadınlar nail ola bilirlər. Tənbəl, bədbin qadınların gözəl görünməyə, özlərini səliqəyə salmağa həvəsləri olmur. Demək, belə qadınlar həyat yoldaşına, uşaqlara, qayınana və kişinin digər qohumlarına da pis baxacaq, evin səliqəsinə fikir verməyəcəklər. Ağıllı kişi anlayır ki, baxımlı qadınla yaşadıqda onun evi səliqəli, üst-başı təmiz, yeməyi dadlı, həyatı xoşbəxt olacaq. Tənbəl və pinti qadınla əksinə. Belə qadınlar evdə cırıq xalatla gəzir, süfrəni bəzəmir, yeməyi dadlı alınsa belə, görünüşü iştah gətirmir. Çox tənbəl olanları isə yağlı, pırtlaşıq saçlar, ləkəli, əzik paltar, soğan iyi verən əllərlə həyat yoldaşlarına qulluq edirlər. Bayram günlərində belə, süfrəni güclə bəzəyir, özlərini qaydaya salırlar”.

Psixoloqun dediyinə görə, gözəl qadınlar tərəfindən kişi arzuladığı kimi sevilir: “Belə ki, qadın məhz kişinin sevgisinə, diqqətinə nail olmaq üçün gözəl görsənməyə can atır. Gözəl qadın kişini sevməyə, onun qayğısına qalmağa, onun arzularını yerinə yetirməyə qadirdir. O, sevgiyə biganə yanaşmır”.

Alimlər müəyyən edib ki, qəzəb, kin, paxıllıq kimi hisslər qadını eybəcərləşdirir, tez yaşlanmasına səbəb olur. Şən, mehriban insanlar isə daha yaraşıqlı olurlar. Bu səbəbdən də gözəllərin xasiyyəti də yaxşıdır. Gözəllər həyat sevərliyi, şən olması ilə də kişiləri cəlb edirlər. Belə qadınlar kişilərə maraqlı gəlir. Adətən gözəl qadınlar hər bir işlərini gözəl və yaxşı yerinə yetirməyə çalışırlar. Nəyisə pis edə biləcəkləri, nəyinsə gözəl olmaması onlar üçün kompleksə çevrilir”.

Qadından qorxan kişilər

Psixoloq bildirir ki, əslində kişilər qadınlardan... qorxurlar: “Bu qorxu uşaqlıqdan yaranıb. Qadın obrazı kişilərin yaddaşında onları hansısa hərəkətlərinə görə danlayan və ya tərifləyən ana kimi qalıb. Bu səbəbdən də kişilər qadın onları tərifləyəndə xoşlarına gəlir. Gözəl qadınlar kişiləri cəlb etsə də, onlara qarşı qorxu hiss edir, gözəl qadına uyğun gəlməyəcəyini düşünür, öz güclərinə inanmırlar. Həm də qadınların cəzbedici geyinməsi onun temperamentli olmasına işarədir. Kişilər belə qadın tərəfindən rədd cavabını almaqdan, təhqir olunmaqdan, hətta onlara gülünc görsənməkdən ehtiyat edirlər. Ona görə də bir qrup kişilərin nəzərə çarpan makiyaj edən, dar geyinən, sərbəst tərzdə davranan xanımlardan xoşları gəlmir”.

Müsahibim deyir ki, kişinin qadından çox xoşu gəldiyi üçün onunla münasibət qurmağa çətinlik çəkir: “Bəzən kişilər bunun mümkün olmadığını düşünürlər. Çox vaxt rədd cavabı almaqdan, tərk edilməkdən qorxaraq kişilər sadə qadınlara üstünlük verirlər. Bu səbəbdən də gözəl, sərbəst, güclü, həyatda özünü təsdiq edən xanımlar arasında tənha qalanlar az deyil”.

Gözəl, yoxsa ağıllı?


Elə çirkin və ya sadəcə özünə baxmayan sadə qadınlar var ki, yoldaşları yaraşıqlı və yaxşı qazanandır. Xüsusilə də belə hallar tənha, işində də istədiyi uğura nail olmayan gözəlləri düşündürür. Axı o gözəldir və istənilən kişini dəli edə bilər. O, təpədən dırnağa qədər səliqəli, zövqlü geyinib, gözəlliyinə Ancelina Coli də paxıllıq edər. Amma onun Bred Pitti və milyonları yoxdur. Artıq yaşı da keçir. Niyə axı belə olur?

Psixoloq A.Qurbanova hesab edir ki, gözəl olmaq təsirsiz ötüşmür: “Bəziləri öz gözəlliyinə o qədər aludə olur ki, ağlını itirir. Onlar əmindirlər ki, istənilən kişi onlar ilə ailə quracaq, nazı ilə oynayacaq. Tanışları ilə kobud da rəftar edə bilər, işə gecikə, tapşırıqları yerinə yetirməyə də bilər. Axı o, gözəldir. Hamı onun ayağının altına düşməli, hamı ona yalvarmalıdır. Belələri düşünür ki, çox varlı, məşhur və cazibədar adamla ailə həyatı quracaq. Onun nişan üzüyünün qaşı digərlərinkindən böyük olmalıdır. Sirkonium və ya başqa şüşələrdən söz belə gedə bilməz. O, tələblərinə cavab verməyənlərə amansızcasına rədd cavabı verir. Nəticədə yaş keçir. Gözəllik və təravət də. Artıq əks cinsin nümayəndələri onunla maraqlanmır, nə ailəsi, nə də normal işi var. Plastik əməliyyat etmək arzusunda olsa da, bunun üçün maddi imkanı da olmur”.

Həmsöhbətim deyir ki, müəyyən kişilər gözləri ilə sevsələr də, həyat yoldaşını ağlı ilə seçirlər. “Onlar düşünürlər ki, gözəl xanımları nəsə qane etmədikdə asanlıqla ailəni dağıda bilərlər. Onlar özləri ilə maraqlanır, həyat yodaşlarına, uşaqlarına vaxt ayırmırlar. Gözəllər müvəqqəti münasibətə daha uyğundurlar. Yaxşı həyat yoldaşı onlardan alınmaz”, - deyən psixoloq gözəllərin çox nazlı olduğunu bildirir: “Onlar gözəl olduqları üçün daha yaxşı həyata layiq olduqlarını düşünürlər. Bu hiss də onları bədbəxt edir. Kişiyə qarşı çox tələbkar olurlar. Gözəl qadınlarla başqa kişilər daha çox maraqlanır. Bu da həyat yoldaşını qısqandırır”.

Psixoloq diqqətə çatdırır ki, gözəllər daha çox pul xərcləyirlər. “Gözəllik müvəqqəti xoşbəxtlikdir. Onu qorumaq üçün xanımlar bahalı salonlara gedir, kosmetik vasitələr, selikon, kollagen inyeksiyaları, bəzi hallarda plastik əməliyyatlara da üz tuturlar”.

Gözəl olmaq çətin deyil

Vizajist Samirə Ələkbərlinin sözlərinə görə, gözəl olmaq üçün düzgün həyat tərzi sürmək lazımdır. “Təmiz havada olmaq, düzgün qidalanmaq, vaxtında və 8 saata yaxın yatmaq, idmanla məşğul olmaq, çoxlu maye qəbul etmək gözəl görsənmək üçün əsas amillərdəndir. Bundan başqa, üz, bədən və saçlara qulluq üçün kosmetik vasitələr satılır. Onlar da köməyinizə gələ bilər. Eləcə də baxımlı və gözəl görsənmək üçün makiyajdan da istifadə etmək olar”, - deyən vizajist əlavə edir ki, makiyaja başlamazdan əvvəl üzün dərisi təmizlənməlidir: “Tonal krem dərinizi hamarlaşdıracaq. Dəridəki qüsurları isə korrektor qələmlə gizlədə bilərsiz. Parıltılı dodaq boyası dodaqları həcmli, kipriklər üçün tuş baxışı mənalı, ənlik üzü təravətli göstərəcək. Lakin makiyajdan ifrat dərəcədə istifadə etməyin”.

Psixoloq A.Qurbanova isə məsləhət görür ki, müsbət fikirlərlə yaşayın: “Gözəl olmaq çətin deyil. Bunun üçün xırda gözəlliklərdən belə zövq almağa çalışın. Misal üçün, quşların oxumasına sevinin, gecə ulduzları seyr edin. Ətrafdakılara mehriban yanaşın. Sizin müsbət auranız, enerjiniz zahirən gözəl olmasanız belə, başqalarını özünə çəkəcək. Həm də xarici gözəllik heç vaxt daxili, həqiqi gözəlliyi əvəz edə bilməz. Bunu dəyərləndirməyən adam üçün heç gözəl görsənməyə də dəyməz”.



Geri dön

love emo

  • 27 noyabr 2012 13:37
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
her kes eyni cur seve bilmez buda bele deyil...

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

GuNaY_83

  • 31 oktyabr 2012 18:47
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
her kiwiye aid deyil ama

--------------------

MELEK5

  • 31 oktyabr 2012 12:36
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
kisiler gozleri ve agillari ile sevir,ve yanina yarasan yox dunysini gozellesdiren qadinla heyat qurur

sevgi yalandir

  • 31 oktyabr 2012 11:45
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
chox saqolun melumata gore...

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

_Mrs_GuNeL_

  • 30 oktyabr 2012 12:49
  • Məqalə: 0
  • Şərh: 394
  • Bal:
{awards}
Qadından qorxan kişilər
..XEXEXEXEXXXEXEXEXEXXEEXX))

nuraska

  • 30 oktyabr 2012 09:26
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
maragli meqale idi tessekurler emeye gore

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

solnuska

  • 30 oktyabr 2012 01:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk maraqli idi

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

come back

  • 29 oktyabr 2012 23:38
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler maraqlidir.

my angel__

  • 29 oktyabr 2012 23:29
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
“Belə ki, qadın məhz kişinin sevgisinə, diqqətinə nail olmaq üçün gözəl görsənməyə can atır. Gözəl qadın kişini sevməyə, onun qayğısına qalmağa, onun arzularını yerinə yetirməyə qadirdir. O, sevgiyə biganə yanaşmır”.

--------------------
Помни, что ты - мое все ❤

CuPbUyUm

  • 29 oktyabr 2012 22:09
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Kişi qəlblərinin sahibəsi

--------------------

unfaithful

  • 29 oktyabr 2012 20:13
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Psixoloqun dediyinə görə, gözəl qadınlar tərəfindən kişi arzuladığı kimi sevilir: “Belə ki, qadın məhz kişinin sevgisinə, diqqətinə nail olmaq üçün gözəl görsənməyə can atır. Gözəl qadın kişini sevməyə, onun qayğısına qalmağa, onun arzularını yerinə yetirməyə qadirdir. O, sevgiyə biganə yanaşmır”.

--------------------

aksana1993

  • 29 oktyabr 2012 20:05
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
MARAQLI MEQALEDIR EMEYE GORE TWK EDIREM ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

Demi Love

  • 29 oktyabr 2012 19:27
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
chox saqolun melumata gore...

ღ★ Firuzə ★ღ

  • 29 oktyabr 2012 18:43
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
maraqli idi twklarrr))bes korlar nece sevvir?? belay

--------------------

fatimeyinur

  • 29 oktyabr 2012 18:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur...

...BARSA FANATI....

  • 29 oktyabr 2012 18:00
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox sag ol meqale ucun...

..::MisS DioR::..

  • 29 oktyabr 2012 17:59
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
maraqlidiiii..))tesekkurler......

--------------------

ღ★Diamond★ღ

  • 29 oktyabr 2012 17:53
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
hmm bunu bilirdim smile

_Susqun_

  • 29 oktyabr 2012 17:48
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
TESSEKKURLER......

--------------------

SEVIMLI_2012

  • 29 oktyabr 2012 17:37
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
Beli kiwiler gozleri ile sever....Qadinlar da qulaqlariyla

--------------------
Hərşey səbəbsiz yaranır, davam edir və təsadüfən tükənir. Mənasız olan odur ki, biz dünyaya gəlirik və dünyadan köçürük:
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 21

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}