Ağıla və qəlbə işıq saçan sevgi sözləri

 
Ağıla və qəlbə işıq saçan sevgi sözləri

İnsana məhəbbət” sözü var məzhəbimizdə,

Həp suteyi-insan oxunur məktəbimizdə. (Məhəmməd Hadi)

Sevginin döyərək açmadığı qapı, gedərək çatmadığı hədəf,

baxaraq oxşamadığı qəlb yoxdur. (“Füyuzat” jurnalından)

Sevgi könül dərmanı, insan ruhunun qidasıdır. (“Füyuzat” jurnalından)

Şüarınız “Sevgi, yardım və mərhəmət” olsun! (“Füyuzat” jurnalından)

Sevgi ürəkdə bir atəşdir: könüldə başqa bir şey saxlamaz, yandırar. (Ərzurumlu İbrahim Haqqı)

Sevmək bir-birinə deyil, birlikdə eyni nöqtəyə baxmaqdır. (Antuan de Sent-Ekzüperi)

İnsan bir şeyi sevməkdən anlaya bilməz. (İohann Volfqanq Höte)

Dünyanın heç bir neməti insanı sevgi qədər doydura bilməz. (Aristotel)

Kimyaçı – qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmançılıq və əfv etmək kimi

elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atoma çevirə bilər. (Xəlil Cübran)

Sevmək və sevilmək günəşi iki tərəfdən də hiss etməyə bənzər. (David Viskot)

Sevgi iki olarkən bir olmaq dməkdir. (Viktor Mari Hüqo)

Sevgi gözlə deyil, ruhla görünür. (Uilyam Şekspir)

Məhəbbət keçmişi və gələcəyi tanımayan bir ehtirasdır. (Onare de Balzak)

Məhəbbət! Ömrü sevdasız yaşatmaq bir cinayətdir.

Gözəllik! Canlı bir sənət, əzəldən ömrə zinətdir. (Səməd Vurğun)

Sevginin dili yoxdur, onu lal-karlar da başa düşür. (Eduard Corc Bulver-Litton)

Sevgi çox vaxt ağılı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir. (Deni Didro)

İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. (Alfons Dode)

Sevgi o qədər güclüdür ki, bizi yenidən yaradır. (Fyodor Mixayloviç Dostoyevski)

Alimin ömrü boyu öyrəndiyini sevgi bircə gündə öyrənir. (Ralf Emerson)

Həqiqi məhəbbət nə qədər böyük və güclü olsa da,

qızılgül ləçəyi kimi zərifdir. (İlyas Əfəndiyev)

Seginin gücü dağları yarar. (Vardis Falçer)

Ayrılıq böyük məhəbbətləri daha da qüvvətləndirir,

yarımçıq olanları isə məhv edir. (Rəşad Nuri Güntəkin)

İlk rəssamın qələmini məhəbbət yonmuşdur.(Klod Adrian Helvetsi & MS.Ressam)

Ölümün dəhşəti və zülməti məhəbbət qarşısında gücsüzdür. (Henrik İbsen)

Məhəbbət ağac kimidir : öz-özünə bitərək varlığımızın ən dərin qatlarına kök atir və

bəzən ürəyimizin xarablığında da çiçəkləyib yaşamaqda davam edir. (Viktor Mari Hüqo)

İnsanları sevsən, sevilərsən. (Deyl Karnegi)

Sevmək yaşamaq isəyidir. (Maksim Qorki)

Sevgisiz insan baxib görməyən kor kimidir. (Moris Meterlink)

Həyatın mənayi-əslisi şəfqətdir, məhəbbətdir,

Cahana gəlmədən mətlub xəlqüllahə xidmətdir. (Məhəmməd Hadi)

Sevməyin nə olduğunu bilməyən insan hesab et ki heç yaşamayıb. (Jan Batist Molyer)

Sevmək başqalarıın görə bilmədiyi möcüzəni görməkdir. (Jan Morias)

Məhəbbət bütün ürəkləri açan bir açar kimidir. (Aleksandr Pop)

Sevgisiz həyatı yaşamağa dəyməz. (Xose Rodo)

Dərindən sevmək özünü unutmaq deməkdir. (Jan Jak Russo)

Məhəbbətə müqavimət göstərmək onu yeni

silahla təchiz etmək deməkdir. (Jorj Sand)

Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi,

od zərrələri qızıl və mirvari kimi görünür. (Migel de Servantes)

Ən gözəl xatirələr üçün biz sevgiyə borcluyuq. (Anna Luiza Stal)

Sevgi ölüm qorxusundan güclüdür. (Uilyam Şekspir)

Özünü çox sevən az sevilər. (Cənab Şəhabəttin)

Məhəbbət əbədi bir ehtiyacdır. (Səməd Vurğun)

Sevgi od deyil, amma oddan yamandır. (Azərbaycan Atalar sözü)

Sevgisiz insan cilallanmış almaz kimidir. (Çin atalar sözü)

Sevgin yoxdursa, dost axtarma. (Sədi Şirazi)

İnsanları bir-birinə bağlayan məntiq deyil,

qarçılıqlı hörmət və məhəbbətdir. (Qustav Lebon)

Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik!(Cəlaləddin Rumi)

Sevgi və şəfqət insanlığın məhək daşıdır. (Cəlaləddin Rumi)

Sevməyə başladıqda əvvəlkindən fərqli bir insan olduğumuzu anlayırıq. (Blez Pskal)

Sevmədən evlənmək-inanmadan ibadət etmək qədər alçaqlıqdır. (Anton Pavloviç Çexov)

Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölüncək sevgi tapmaqdır. (Uilyam Şekspir)

Başqaların sayı qədər düşüncə növü olduğu kimi, qəlblərin s

ayı qədər də sevgi növü vardır. (Lev Nikolayeviç Tolstoy)

Sevgi bir inanc davranışıdır. İnancı az olanın sevgisi də azdır. (Erik From)

Həqiqi sevgi yaxşılıq gördükdə artmayan,

pislik gördükdə isə azalmayandır. (Yəhya ibn Muaz)

Sevdiyini əldə edə bilməsən də, əldə etdiyini sevməyə çalış. (Toma Kornell)

Sevgi, bilik və çalışmağın nə vətəni olur,

nə gömrük divarları, nə də uniforması. (Ziqmund Freyd)

Qəlblər silahla deyil, sevgi ilə fəth edilir. (Benedikt Spinoza)

Sevmək əzab çəkməkdir, sevməmək isə ölmək. (Aristotel)

Sevgi nə qədər olsa, kədəri də o qədər böyük olacaq. (Benedikt Spinoza)


Geri dön

Grace_Angel

  • 6 dekabr 2010 00:05
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
Tewekkurler gozel sozlerdir hamisi...

--------------------

фея

  • 4 dekabr 2010 22:13
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi,

od zərrələri qızıl və mirvari kimi görünür. (Migel de Servantes)
cox saqol ela sozlerdi

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 4 dekabr 2010 19:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
superdi twk

_M_E_H_I_

  • 4 dekabr 2010 16:16
  • Məqalə: 161
  • Şərh: 114
  • Bal:
{awards}
Beyendiyinize sevindim twkler wink

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

CandyGirl

  • 4 dekabr 2010 15:00
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
ela sozlerdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}