Sənə qayıt deməyi unutdum!

 
Sənə qayıt deməyi unutdum!

Həyat adlı ömür yolunda hərəmizin qismətinə düşən bir tale var.

Elə buna görə də həyat hər birimizi eyni dərəcədə münasibət bəsləyə bilməz.

Bəziləri bəxtəvərliyindən şükür edə bilər, bəziləridə bu dünyanın faniliyindən,

vəfasızlığından şikayətlənə bilər. Bəli, mən də həyatda sənə rast gəldiyimə görə,

səni sevdiyimə görə bunu bəxtəvərlik sayıram və Allaha şükr edirəm.

Ancaq eyni zamanda bu dünyanın vefasızlığından şikayət edirəm.

Niyə? Ona görə ki, sənsiz yaşaya bilmirəm...

Sənə qayıt deməyi unutdum!

Səni ömür yollarıma, ömür qismətimə insafsız təsadüf gətirdi.

Mənə əzab, ömürlük kədər vermək üçün sakit təbiətimə, rahat həyatıma

narahatlıq toxumu səpdin. Təkliyə, tənhalığa, yuxusuzluğa bələnmiş günlərim,

anlarım, qəm-qüssəyə yükləndi. Tək idim, gizli məhəbbətimlə, fikirlərimlə, xəyallarımla.

Sirrim ancaq özümə bəyan idi. Səni sevdiyim üçün xoşbəxt idim.

Ancaq səndən ayrı yaşadığım üçün bunu tam xoşbəxtlik saymıram.

Eşidəndə ki, sən də öz səadətini, öz xoşbəxtliyini tapa bilməmisən,

səssiz göz yaşları sıçradı gözümdən. Ağlayırdımmı? Xeyr...

Sənə qayıt deməyi unutdum!

Gülürdümmü? Sevinirdimmi? Bilmirəm. Amma səni çox sevirəm.

Eşqin cəhənnəmində yandıqca yanıram. Göyə baxdıqca sənə yetişməyəcəyimi,

günəş batınca doymayacağımı, anlayıram. Yağış yağınca sənin üçün ağladığımı,

səni xatırlayınca unutmayacağımı anlayıram. Niyə beləyəm? Bilmirəm...

ancaq bircə onu bilirəm ki, mənim dincliyimdə, narahatlığım da sənsən...

Bağışla sevgilim,sənə qayıt deməyi unutdum!

Hər zaman səninlə olan, amma heç zaman sənin olmayan sevgilin...


Geri dön

_RONALDO_

  • 4 aprel 2011 17:51
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
gozelhazirlamisançminnettaram

--------------------

Irane

  • 7 yanvar 2011 00:11
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
tesekkur

--------------------

Grace_Angel

  • 6 dekabr 2010 00:08
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler gozel yazi ucun...

--------------------

HOST Girl

  • 5 dekabr 2010 18:43
  • Məqalə: 3
  • Şərh: 53
  • Bal:
{awards}
cox sagollllllll

Ulya

  • 4 dekabr 2010 19:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super yazidir.tesekkur edirem

CandyGirl

  • 4 dekabr 2010 14:59
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox yaxsidi wink

--------------------

Just For Legend

  • 4 dekabr 2010 14:12
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
gozelhazirlamisançminnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}