Xalqımızın minillik toy adət-ənənəsi

 
Xalqımızın minillik toy adət-ənənəsi

Nə yazmaqla, nə bəyanatlarla, nə də inzibati yolla toy israfçılığından xilas olmaq mümkün deyil...
Xalqımızın minillik adət-ənənəsini özündə yaşadan toylarımız insanlarda yaratdığı narahatlığa görə müzakirə mövzusuna çevrilib. Xüsusən son zamanlar cəmiyyətdə əsas qınaq obyektinə çevrilən el şənlikləri indi də bir qrup yazarın tənqidinə tuş gəlib. Belə ki, onlar bəyanatla çıxış edərək bundan sonra heç bir toyda iştirak etməyəcəklərini bildiriblər. Xahiş ediblər ki, onları “məlum” ənənələrlə müşayiət olunan məclislərə dəvət etməsinlər. Yazarlar toy məclislərinin indiki xarakteriylə toy sahibləri və qonaqlar üçün yalnız problemlər yaratdığını vurğulayıblar. Bununla da əslində heç kəs üçün sirli olmayan sandığı açıblar:

«”. Bəyanata imza atanlar həmçinin gəlirlərinin dəvət aldıqları bütün toylara çatmadığını da qeyd ediblər. Üstəlik şablon və bəsit toy proqramı, keyfiyyətsiz akustika, repertuar bayağılığı, səs-küyün bu məclislərdə şadlıq həzzini yaşamağa yox, mənfi enerji almağa xidmət etdiyini vurğulayıblar. Yazarlar həmçinin, sözügedən məsələdə bu müraciətin ictimai faydasının olacağına ümidlərini də gizlətməyiblər.

Xilas yolu?

Müraciətə imza atan şair Salam Sarvan bizimlə söhbətində qeyd etdi ki, yalnız o zaman toylara gedəcək ki, şənlik 20-50 nəfərdən ibarət dar dairədə keçirilsin və nəmər yığılmasın. “Toy sahibi dəvət olunanlardan nəmər ummamalıdır. Bu, çox hallarda məhz toplumun özü üçün problemlər yaradır”. S.Sarvanın fikrincə, bizdə də Türkiyə modeli tətbiq olunmalıdır: “Orada toylara getmək məcburi deyil. Toya gələnlər də hədiyyə alıb gətirirlər. Amma bizim toylar heç kəsin zövq almadığı saxtakarlıqdan ibarətdir. İndiyə qədər bizim toylardan zövq alan, toydan razı gedən kimsəni görmədim. Biz özümüzü bu saxtakarlıqdan xilas etdik”.

Əslində, yazarların sözlərində həqiqət yox deyil. Ancaq təəssüf ki, bu həqiqət toylarla bağlı mövcud durumu dəyişdirmək gücündə deyil. O mənada ki, ölkəmizdə toyları nə inzibati yolla, nə də cəmiyyətin qınağı ilə tənzimləmək mümkün deyil. Necə deyərlər, insanlar nə qədər qınaq etsələr belə toylara getməyə məhkumdurlar. Heç kəs qohum-əqrəbanın, dost-tanışın, qonum-qonşunun dəvətinə arxa çevirə bilmir. Ona görə də, bir qrup yazarın məcbur qalıb etdiyi müraciət vəziyyətdən çıxış yolu sayıla bilməz. Olsa-olsa, Salam Sarvanın dediyi ki, yalnız özlərini xilas yoludur. O mənada ki, onların müraciətinə əks gedib kimsə onları toya dəvət etməyə bilər, bütövlükdə isə toylarla bağlı real mənzərəni dəyişdirə bilməz.

Baxmayaraq ki, mərasimlərin keçirilməsi ilə bağlı narahatlıqlar hətta parlament səviyyəsində müzakirə mövzusu olub, “Mərasimlər haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb, amma bunun heç bir nəticəsi olmayıb. Belə ki, parlamentarilər özləri də etiraf ediblər ki, belə bir qanun qəbul olunarsa, onun həyatda tətbiqi çox çətin olacaq. Bu üzdən də qanun layihəsi gündəmdən çıxarılıb.

MM-in Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli də bildirib ki, ümumiyyətlə, Azərbaycanda mərasimləri qanunla tənzimləmək mümkün deyil: “Elə qanun layihələri var ki, həmin layihələr bizim cəmiyyətdə qəbul olunmazdır. Toy mərasimlərini qanuna salmaq qəti şəkildə mümkün deyil. Belə bir qanun qəbul olunsa belə, o işlək olmayacaq. Toyu tənzimləmək olmaz. Bunun çıxış yolunu yalnız addımlar, örnəklər, pilot təşkilatlar vasitəsilə tapmaq olar”.

Millət vəkili hesab edir ki, məsələn, Mədəniyyət Nazirliyi nümunə üçün bir toy keçirib insanlara göstərə bilər ki, toy necə olmalıdır: “Bu gün efirlərdə qız və oğlanları eybəcər şəkildə evləndirirlər. Biz örnək toylar göstərməliyik”. O cümlədən, “Bir halda ki, toyları qanunla tənzimləmək mümkün deyil, onda çıxış yolunu cəmiyyət axtarmalıdır” fikirləri də səslənməkdədir. Yəni, problemin tənzimlənməsində dövlət hansısa tədbir görə bilməz. Gərək cəmiyyətimiz özü bu məsələni müzakirə etsin, toy mərasiminin həm estetik, həm də maddi tərəfini qaydaya salsın.

Gerçək mənzərə

Qeyd edim ki, yazarların müraciəti bizi yenidən toylarımızla bağlı gerçək mənzərəyə boylanmağa vadar etdi.

Real mənzərə isə həqiqətən narahatlıq doğurur. Təkcə insanların cibinə dəyən ziyan, mərasimlərin israfçılıq meydanına çevrilməsi baxımından yox, həm də adət-ənənələrimizin pozulması, toylarda standartlaşmanın “ənənəyə” çevrilməsi, özünəməxsusluğun sıradan çıxması baxımından. Reallığı heç cür inkar etmək olmaz ki, bugünkü toylar qonaqlara və toy sahiblərinə əlavə problemlər yaşadır. Toylarda mənzərə eynidir – varlı və ya kasıb toyunu ayırmaq çətindir. Mümkün qədər çox adam yığmaq, ömründə bircə dəfə “salameleykum” etdiyi adamların cibinə belə dəvətnamə dürtməklə mərasimdə iştirak edənlərin sayını çoxaltmağa çalışırlar. İş o yerə çatıb ki, insanlar artıq toya çağırılmağı az qala özlərinə dərd edirlər. Bizdə insanlar toyu məhdud dairədə və sadə, maraqlı formada keçirmək mədəniyyətindən uzaqdırlar. Elə bu üzdən də toyların ssenarisi eynidir. Üstəlik “qonşudan qalma dala ” prinsipi əsas iddiaya çevrilərək “ayağını yorğanına görə uzat” məsəlini çoxdan üstələyib.

Toylarımız əksər halda konsertə, yarış meydanına çevrilir. Bir-biri ilə müqayisə, bir-birindən daha dəbdəbəli olmaq təsəvvürü yaratmaq əsas məqsəd daşıyır. Hamı istəyir ki, gəlini “Limuzin”də gətirsin, süfrədə çeşidli yeməklər, içkilər olsun, məclisə aş rəqqasların müşayiəti ilə gətirilsin, mümkün qədər siması efirdən tanış olan müğənnilər oxusun və s. Eyni ssenari üzrə bayağı musiqi sədaları altında toplum şəklində rəqslər, fonoqramın qulaq batıran səs-küyü də öz yerində... Şadlıq evlərinin, restoranların müğənnilərini bəyənməmək də artıq dəbə çevrilib. Bəzi valideynlər “əhd eləmişəm ki, övladımın toyunda filan müğənni oxusun” deyə əhdinə əməl edərək borc-xərcə düşüb əlavə və lazımsız pullar xərcləməkdən də çəkinmirlər. Bayağı müğənnilərin fonoqramla oxumaları üçün min əziyyətlə qazanılan pullar heyifslənmədən səpələnir. İnsanlar fikirləşmədən bir günlük çal-çağır xətrinə özlərini illərlə yükünü çəkə bilməyəcəkləri borca salırlar. Hətta deyilənlərə görə, şadlıq evlərinə və ya restoranlara borclu qaldıqlarına görə bəy-gəlinlərin girov saxlandığı məqamlar da var. Bəhsləşmənin toy sahiblərinə gətirdiyi ziyanı - müflis olmanı, restoran sahibinə və ya kredit götürdükləri banklara, qohum-əqrəbaya və s. ödəniləcək borcları - necə deyərlər, toyun onlara tutduqları “toyu” düşünəndə isə gec olur. Əvəzində isə restoran sahibləri, müğənnilər qaz vurub-qazan doldururlar.

Qeyd edim ki, təkcə Bakıda istifadədə olan şadlıq evlərinin, restoranların sayı bəlli deyil. Demək olar ki, paytaxt küçələrində hər addımbaşı bu cür tikililərə rast gəlinir. Bakıda onlarla şadlıq evi və restoran fəaliyyət göstərir ki, onların əksəriyyətinin 3-4 zalı var və hər gün də orada toy şənliyi, ad günü, yubiley və s. keçirilir. Artıq restoran biznesi ölkə iqtisadiyyatının gəlirli bir qolunu təşkil edir. Nəzərə alsaq ki, bu gün Bakıda ən ucuz restoranın menyüsü 25 manatdan başlayıb, ən bahalı otellərin restoranlarında 250-300 manat civarında dəyişir, onda bu biznesin yüksək gəlirliyinə heç kəs şübhə etməz. Bir də ki, görünən dağa nə bələdçi? Real mənzərə göz qabağındadır. Nə yazmaqla, nə bəyanatlarla, nə də inzibati yolla bundan xilas olmaq mümkün deyil. Hələlik nə örnək toyun reseptini bilən var, nə də başına gələcək ziyandan qorxub ayağını geri çəkən. Bizlər isə onlarla bəyanat, müraciətlər olsa belə, toyların girovlarıyıq. Əbədi girovları...


Geri dön

Samir98

  • 6 noyabr 2012 21:49
  • Məqalə: 35
  • Şərh: 907
  • Bal:
tesekkurler.

GuNaY_83

  • 2 noyabr 2012 12:45
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
ne var ele bizde var........

--------------------

come back

  • 1 noyabr 2012 14:05
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkur edirem maraqlidir.

solnuska

  • 1 noyabr 2012 02:31
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
eziyyete gore thank..........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_Mrs_GuNeL_

  • 31 oktyabr 2012 22:48
  • Məqalə: 0
  • Şərh: 371
  • Bal:
{awards}
maragli xebere gore twk)

fatimeyinur

  • 31 oktyabr 2012 18:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
COX SAG OLUN MUELLIF

.♣.Chrysalis.♣.

  • 31 oktyabr 2012 16:54
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
men bizim toylarimizi hec sevmiremdee.qonsudan qalma dala.o qeder yemek olurki sufrede. butun toylarimizin hamisida wablon veziyyetdedi.toya gedende ancaq stolun ustundeki yemeklerden, birdeki onun bunun geyiminden oynamagindan danisilir.yenede hamini Allah xosbext elesin )

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

my angel__

  • 31 oktyabr 2012 16:44
  • Məqalə: 291
  • Şərh: 10807
  • Bal:
{awards}
əhd eləmişəm ki, övladımın toyunda filan müğənni oxusun” deyə əhdinə əməl edərək borc-xərcə düşüb əlavə və lazımsız pullar xərcləməkdən də çəkinmirlər. Bayağı müğənnilərin fonoqramla oxumaları üçün min əziyyətlə qazanılan pullar heyifslənmədən səpələn

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

aaaaaaaa

  • 31 oktyabr 2012 16:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah hamiya toy qismet elesin.

..::MisS DioR::..

  • 31 oktyabr 2012 16:14
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
Maraqlidir...Cox sag ol

--------------------

mrn - 1106

  • 31 oktyabr 2012 16:11
  • Məqalə: 5
  • Şərh: 97
  • Bal:
{awards}
Ne qeder caliwsaq da indiki zamanda cox qeribe ve ses kuylu toylari legv edib yerinde gozel ve samballi kecen toylari gore..., mumkun deyil. Cunki hami fikirlewir ki toy omurde 1 defe olur, ona gore de muveqqeti akustikaya da, seviyyesiz tamada ve mugennilere de dozmek olar.

--------------------
Lakı qurumadığı halda, qız sənin mesajına cavab yazırsa, evlən onunla :-)

Music Star

  • 31 oktyabr 2012 16:11
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
maraqli idi tshk

--------------------

ღ★Diamond★ღ

  • 31 oktyabr 2012 15:52
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
“Mərasimlər haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb, amma bunun heç bir nəticəsi olmayıb.

Demi Love

  • 31 oktyabr 2012 15:37
  • Məqalə: 16
  • Şərh: 1854
  • Bal:
{awards}
çox sağolun xəbərə görə...

_Susqun_

  • 31 oktyabr 2012 15:31
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
xebere gore tessekkurler,,,

--------------------

unfaithful

  • 31 oktyabr 2012 15:02
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
tewekkurler..

--------------------

nuraska

  • 31 oktyabr 2012 15:01
  • Məqalə: 0
  • Şərh: 1222
  • Bal:
{awards}
tessekurler

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

CuPbUyUm

  • 31 oktyabr 2012 14:58
  • Məqalə: 0
  • Şərh: 2267
  • Bal:
{awards}
Müraciətə imza atan şair Salam Sarvan bizimlə söhbətində qeyd etdi ki, yalnız o zaman toylara gedəcək ki, şənlik 20-50 nəfərdən ibarət dar dairədə keçirilsin və nəmər yığılmasın. “Toy sahibi dəvət olunanlardan nəmər ummamalıdır. Bu, çox hallarda məhz toplumun özü üçün problemlər yaradır”. S.Sarvanın fikrincə, bizdə də Türkiyə modeli tətbiq olunmalıdır: “Orada toylara getmək məcburi deyil. Toya gələnlər də hədiyyə alıb gətirirlər. Amma bizim toylar heç kəsin zövq almadığı saxtakarlıqdan ibarətdir. İndiyə qədər bizim toylardan zövq alan, toydan razı gedən kimsəni görmədim. Biz özümüzü bu saxtakarlıqdan xilas etdik”.

--------------------

Young girl...

  • 31 oktyabr 2012 14:52
  • Məqalə: 9
  • Şərh: 1222
  • Bal:
{awards}
allah hemiwe toy qismet elesin maraqli xebere gore twkler canim love love love

--------------------

DILEKLER

  • 31 oktyabr 2012 14:40
  • Məqalə: 128
  • Şərh: 5164
  • Bal:
{awards}
tewekkurler

...BARSA FANATI....

  • 31 oktyabr 2012 14:24
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Maraqlidir...Cox sag ol canim...

sevgi yalandir

  • 31 oktyabr 2012 14:21
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 48
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}