Ayrılıqdan sonra

 
Ayrılıqdan sonra

Hər şeydə, hətta sevdiyin insanla ayrılıqda da hansısa

müsbbət nüansları tapmaq mümkündür. Zaman keçəcək

və sən başa düşəcəksən ki, bu, həqiqətən də belədir.

Ayrıldınız - sən göz yaşları axıdırsan.

Öz şikayətlərinlə rəfiqələrini bezdirirsən, köhnə dostlarını dəng edirsən.

Bəs sakitləşməyin üçün sənə nə deyək?

Özünüzü necə də xoşbəxt hiss edirdiniz.

Təəssüf ki, hər şey birdən-birə məhv oldu.

Həyatda belə hallar da olur. Amma mən sizə başqa bir variant təklif edirəm.

Əgər düzgün aydınlaşdırsanız, ayrılığın özündə də müəyyən

müsbət cəhətlərin olduğunu görərsiniz. Gəlin onları birlikdə tapmağa çalışaq.

ONDAN ÖZ QİYMƏTİNİ AL

Başa düşməyə çalış hər şeydən möhkəm qəlbini sıxan

sənin indiki vəziyyətindir. Səni kəskin günah hissi bürüyüb.

"Ayrılığımızda yalnız mən günahkaram.

Deməli onun sevgisinə layiq deyiləm.

Kifayət qədər incə, ağıllı, gözəl olmadığıma görə o, məndən üz döndərib".

Sənin bu cür kiçik çatışmazlıqların siyahısı kifayət qədər uzana bilər.

Özünü belə qamçılamağın səbəbi ondadır ki, qadınların böyük

əksəriyyətinin özünə qiymət verməsində əsas meyar onların

həyatında istənilən bir kimsənin olmasındadır, qoy hətta ən fərsiz bir kişi olsun.

Onun olmaması isə qadının özünü layiqincə qiymətləndirə

bilməməsinə gətirib çıxarır. Çünki kişi qadını tərk edib

gedərkən təkcə avtomobilinin hissələrini, kompüter disklərini

və uşaqlıq şəkillərini aparmır, həm də onun özünə olan qiymətini aparır.

Ancaq başa düş, həyat yoldaşının getməsi heç nəyi dəyişmədi,

sadəcə, sənin əhval-ruhiyyəni korladı.

Sən özün isə əvvəlki kimi qaldın - eləcə ağıllı, gözəl və cazibədar.

BƏLKƏ, SƏN TƏNHALIQDAN QORXURSAN?

Həm 17, həm 20, həm 30 yaşlarında qadınlar tənhalıqdan çox qorxurlar.

Xüsusən də o vaxt ki, bütün rəfiqələrin öz dostlarının,

bütün dostların isə sevgililərinin yanındadırlar...

Bəs görəsən, tanışlarının birgə həyatları doğrudanmı belə buludsuzdur?

Bəlkə, rəfiqən gecələr səhərə kimi qısqanclıqdan yata bilmir və

əbəs yerə gözləyir ki, nə vaxt sevgilisi rəhmə gəlib ona zəng edəcək?

Bəlkə digər rəfiqən hər addımına görə sevgilisinə izahat vermək məcburiyyətində qalır?

İndi isə fikirləş: sənin özünün birgə həyatında hər şey yaxşı idimi?

Yadına sal, hələ az müddət bundan əvvəl sevgilin sənin telefonla

danışmağına da sərbəstlik vermirdi, futbol başlayan kimi səni

televizorun qarşısından kənara itələyirdi, rəfiqələrinlə görüşə buraxmırdı..

Azmı belə hallar baş vermişdi? Əlbəttə ki, az olmamışdı.

Deməli, boş yerə ayrılmamısınız. Beləliklə, başa düş.

İndi sən azadsan və hər şeyi öz istədiyin kimi edə bilərsən.

Amma heç nə istəmirsən?

Yuxarıdakı səbəbdən əhval-ruhiyyən tamamilə pozulub?

Onda təqvimə baxaraq özünü sakitləşdirməyə çalış - ayrılığın

kəskin ağrısı 40 gündən artıq etmir.

Deməli, lap tezliklə sənin həyatında hər şey qaydasına düşəcək.

ÖZÜNÜ QURBAN VERMƏYƏ DƏYMƏZ

Statistika göstərir ki, qadınların 70 faizinin əsəb xəstəliyinə tutulmasının

səbəbi onların sevgi cəbhəsində uğursuzluğa düçar olmalarındadır.

Əgər özünün ruhdan düşməyinlə, qəmginliyinlə sərbəst bacara

bilmədiyini hiss edirsənsə, heç olmasa onu yadına sal ki,

sən bu həyatda tək deyilsən. Bu birincisidir.

İkincisi isə özünə qapılıb oturma, mütləq psixoterapevtə müraciət et.

Onun məsləhətlərindən sonra hiss edəcəysən ki, sənin həyatının

qiyməti yoxdur və onu heç kimə görə məhv etməyə dəyməz.

Ayrılıq əzabını yaşayan bütün qadınlar gec-tez bu nəticəyə gəlirlər.

Həsrət nə qədər ağrılı olsa da, onu gələcək ümüdsizliklərə

qarşı bir dərmana çevirməyi bacarmaq vacibdir.

Bütün yuxarıda sadalananların hesabına sənin birgə yaşamaq

təcrübən yarandı, vacib məişət qayğılarından xəbər tutdun,

başa düşdün ki, sevgi heç də həmişə gözəl ətirlər

qoxumur - məgər bunlar sənin xeyrinə deyil.

Eləcə də sən artıq yeni tanış olacağın tərəf müqabilinin hansı

çatışmazlıqlarını bağışlamağın mümkünlüyünü,

hansını isə heç cür əfv etmək olmadığını bilirsən.

Bir daha əmin olursan ki, "sevməyə tələsin!" deyimi heç də

düzgün deyil, amma "yüz ölç, bir biç!" deyiminə həyatı boyu

əməl etmək lazımdır. Və nəhayət, sən ayrılmaq və bu

ayrılığa dözmək bacarığını qazanmısan. Amma, hər halda,

ümüd edirəm ki, bu daha heç vaxt sənə lazım olmayacaq...


Geri dön

lider

  • 14 mart 2011 19:43
  • Məqalə: 23
  • Şərh: 3041
  • Bal:
TEWEKKURLER

nilayka

  • 6 fevral 2011 20:51
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
ela xeberdir tewekkur

--------------------

Grace_Angel

  • 5 dekabr 2010 23:57
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xeber ucun...

--------------------

Sergio Ramos

  • 4 dekabr 2010 22:12
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür

--------------------

Ulya

  • 4 dekabr 2010 19:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
deyesen oxumusame bunu. wink

Just For Legend

  • 4 dekabr 2010 17:33
  • Məqalə: 409
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore minnattaram

--------------------

CrazyGirl

  • 4 dekabr 2010 17:18
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Cox sagol canimmm

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 4 dekabr 2010 17:01
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 22
Qonaqlar: 95
Cəmi: 142

 

Top 10 Müəllif

YagmuRumuN MeLeYi
Xəbərləri: 34
Cəmi: 950