Dünyanı lərzəyə salan mahnı: “Gungnam Style”

 
Dünyanı lərzəyə salan mahnı: “Gungnam Style”

ABŞ-ın CNN kanalı Nyu York da daxil olmaqla ölkənin şərq bölgələrini iflic edən “Sendi” qasırğası barədə canlı yayım verir. Atlantik Sitidə gölə dönən küçədə dayanan müxbir baş verən hadisələr barədə son məlumatları çatdırmağa çalışır, arxada nəhəng dalğaların arasında kameralarını xilas etməyə çalışan müxbirlər görünür. Qəfildən müxbirin arxasında 3 nəfər peyda olur və onlar “Gangnam style” rəqsi etməyə başlayırlar.

Sendi” qasırğası ABŞ-ı alt-üst edib, təbii fəlakət nəticəsində onlarla insan ölüb, Halloven də daxil olmaqla bir çox bayramlar, prezidentliyə namizədlərin seçki kampaniyaları təxirə salınıb. Bu qasırğa ABŞ-a ziyan vuran ən böyük təbii fəlakətlərdən biri kimi tarixə düşüb, hətta bunu ABŞ-ın “Qiyamət günü” adlandıranlar da var. Amma ölüm-dirim mübarizəsi gedərkən, nəhəng dalğaların yaxınlığında üç adam “Gangnam style” rəqsi edir. “Qiyamət günü”ndə də “Gungnam Style” sensasiyası bütün sürətiylə davam edir…

Zəlzələ

PSY təxəllüslü Cənubi Koreyalı müğənni Pak Çe Sanın dünya musiqisində zəlzələ törətdiyi şübhəsizdir. 34 yaşlı heç də yaraşıqlı olmayan müğənninin mahnısı təkcə “Youtube” sosial şəbəkəsində 600 milyondan çox izlənilərək tarixi rekord qırıb, mahnı bütün hit-paradların zirvələrini zəbt edib. “Gangnam style” rəqsi o qədər populyarlaşıb ki, hətta qasırğada, ölüm-dirim mübarizəsində də insanlar bu rəqsi oynayırlar.

İlk dəfə bu mahnını dinləyəndə və klipinə baxanda, o məndə heç bir xüsusi təəssürat yaratmadı. Bu mənə 5-6 nəfər səydəşqulunun hoqqabazlığı kimi göründü. “Castin Biber xəstəliyi”nə yoluxmuş milyonlarla insanın bu tip bayağı musiqinin əsirinə çevrilməsi normaldır deyə düşündüm və ona ciddi yanaşmadım. Amma səhv edirmişəm…

Gangnam style”ı ilk dəfə Ay Vey Vey bu mahnını oxuyub, rəqs edəndə ciddiyə aldım, məndə şübhələr yarandı.

Çinli dissident, memar, rəssam Ay Vey Vey hal-hazırda dünyanın ən ciddi incəsənət adamlarından biri sayılır. Onun hər bir əsəri səs-küylə qarşılanır, müzakirələrə səbəb olur. Təkcə onu deyə bilərəm ki, onun memarı olduğu 2008-ci ildə Pekində Olimpiya Oyunlarının keçirildiyi “Quş Yuvası” stadionu “Contemproray Art”ın ən möhtəşəm nümunələrindən biri sayılır. Hal-hazırda o, Çin hökumətinin ən böyük başağrısıdır. Kommunist rejimi sərt tənqid edən Ay Vey Vey keçən il həbs olunsa da, dünya ictimaiyyətinin səyləri nəticəsində həbsdən azad edildi. Belə bir adamın “Gangnam style” rəqsi edib, bunu matax işmiş kimi yayması məndə şübhələr yaratdı.

Videoda Ay Vey Vey “Gangnam style”ın adını dəyişib “Caonima style” etmişdi. “Caonima” çinli dissidentlərin rejim əleyhinə işlətdiyi ifadədir. Əllərinə qandal taxıb, “Caonima style” rəqsi etməklə Ay Vey Vey dünyanın diqqətini yenə də Çindəki insan hüquqları pozuntularına yönəltmək istəyirdi. Bir neçə gündən sonra mətbuatdan oxudum ki, Çin senzorları həmin videonu sosial şəbəkədən siliblər.

Məhz Ay Vey Veydən sonra “Gangnam style”ı araşdırmağa başladım. Və başa düşdüm ki, bu mahnını və rəqsi ciddiyə almamaqda nə qədər böyük səhv etmişəm…

Pak Çe San kimdir və o, “Gangnam style” mahnısıyla nə demək istəyir?

Cənubi Koreyada kifayət qədər məşhur olan Pak Çe San yalnız “Gangnam Style” mahnısından sonra bütün dünyada məşhurlaşdı. O, özü də mahnının bu qədər fantastik uğur qazanacağını gözləmirmiş. Müğənni etiraf edib ki, mahnını sadəcə Cənubi Koreyalılar üçün yazıb.

Pak Çe San problemli adamdır, o, marixuanadan istifadə etdiyinə və məcburi hərbi xidmətdən imtina etdiyinə görə artıq bir neçə dəfə cəzalandırılıb. Onun ilk albomu “uyğunsuz məzmununa” görə cərimələnib, ikinci albomu isə ümumiyyətlə qadağan edilib. PSY ləqəbli müğənninin “Gangnam style” klipində də gördüyümüz rəqs üslubu əslində həcvdir. Bununla o demək istəyir ki, Koreyada (bu, Azərbaycan da daxil olmaqla əksər ölkələrdə belədir) müasir müğənnilər diqqət mərkəzində qalmaq üçün, televiziya kanallarında, şou proqramlarda tez-tez görünmək, gündəmdə qalmaq üçün hoqqabazlıq, təlxəklik, bir sözlə əcaib hərəkətlər etməyə məcburdur. Və “Gungnam Style” mahnısında PSY əslində bu hərəkətləri edir.

Gangnam style”dakı Gangnam ifadəsi Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi rayonudur. Nyu York üçün Uol Strit nə deməkdirsə, Cənubi Koreya üçün də Gangnam o deməkdir. Varlıların yaşadığı bu bölgə lüks evlərlə, mağazalarla, ofislərlə zəngindir, Cənubi Koreyada Gangnam kapitalizmin ürəyidir. PSY “Gangnam Style” mahnısıyla əslində “Gangnam insanı”nı, “Gangnam Stili”ni, üslubunu tənqid edir, kapitalizmi, istehlakçılığı, görməmişliyi, lüks həyata olan marağı, insanların robotlaşmasını tənqid edir.

Seulda qəribə bir adət var. Özlərini gözə soxmaq istəyən, qlamur görünmək istəyən qızlar və oğlanlar Gangnama gedib kofe içirlər. Yeməyə cəmi 2-3 dollar pul xərcləyən bu gənclər, Gangnamda bir fincan kofeyə fantastik dərəcədə çox pul ödəyirlər. Yetər ki, onlar da bu lüksü dadsınlar, Gangnamda oturub kofe qurtumlasınlar, kənardan hər kəs onlara baxsın, onlara həsəd aparsın. Seulda bu tip gənclərə aid çox sayda lətifə var. “Gangnam style” mahnısında da belə kofe içən qız və oğlanın məhəbbətindən ironiyalı şəkildə bəhs edilir.

Ümumiyyətlə, mahnının klipində çoxsaylı belə simvollar var və “Gungnam Style” mahnısında Cənubi Koreya insanı da daxili olmaqla, bütün görməmiş, istehlakçı, hoqqabaz, təlxək insanlar, bir sözlə müasir dövrün bəlli təbəqədən olan insanları tənqid edilir.

Gungnam Style” mahnısı bu ilin iyul ayında ilk dəfə təqdim edilib, əvvəlcə Cənubi Koreyada, sonra isə bütün dünyada fantastik uğur qazanıb. Maraqlısı odur ki, mahnını sevənlər, təbliğ edənlər əslində PSY-nin məzələndiyi, satira atəşinə tutduğu adamlardı. Bir qrup “ağıllı” adam isə “Gungnam style”ın həqiqi məzmununu başa düşmədən onu tənqid edir, bu mahnını dinləyənləri bayağılıqda ittiham edərək, “ağıllı-ağıllı” şərhlər verirlər. Çox qəribə bir vəziyyət yaranıb…

Və çox az adam bilir ki, Pak Çe San “Gungnam Style” mahnısı ilə əslində bütün dünyanı barmağına dolamaqla məşğuldur…


Geri dön

nihan aliyeva

  • 11 noyabr 2012 15:32
  • Məqalə: 4
  • Şərh: 420
  • Bal:
aynen oyle twkkkk

İnteresting_girl

  • 5 noyabr 2012 23:08
  • Məqalə: 1
  • Şərh: 790
  • Bal:
{awards}
Supa mahnidire

--------------------

solnuska

  • 2 noyabr 2012 00:40
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH AQIL VERSIN AMINNNNN)))))))))))

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

unfaithful

  • 1 noyabr 2012 20:03
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ÇOX MARAQLI MAHNIDI wink wink wink

--------------------

DILEKLER

  • 1 noyabr 2012 20:01
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
serh yazanlara twk

Prank girl

  • 1 noyabr 2012 19:08
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: come back
tewekkur edirem.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

..::MisS DioR::..

  • 1 noyabr 2012 18:08
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
axaxaxax superdiyeee gangram style wink

--------------------

Avril_lavigne

  • 1 noyabr 2012 17:20
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
xexexeeeeeeeeeeeeeeeee

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

GuNaY_83

  • 1 noyabr 2012 17:09
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
qeweng hamnidi

--------------------

Demi Love

  • 1 noyabr 2012 16:40
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
super mahnıdırdaa:)))

come back

  • 1 noyabr 2012 16:03
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
maraqli reksdir menim xowuma gelir tewekkur edirem.

★Love Pearl★

  • 1 noyabr 2012 15:39
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
tewekkurler
love

--------------------
Azerbaijan Medical University smile

my angel__

  • 1 noyabr 2012 15:20
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
Sitat: classic_guiter_girl
pxaxaxa 7 milyondan coh like gelib qulmekden yerlerdeyem

wink
Sitat: SabriNa B-va
ALLAH ağıl versin =)

--------------------
Помни, что ты - мое все ❤

ღ★Diamond★ღ

  • 1 noyabr 2012 15:07
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
o reksdeki bezielementler menden ogulanib cinki uwag vaxti mende ele oynuyurdum winked

SmiLe_LiFe

  • 1 noyabr 2012 14:46
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

classic_guiter_girl

  • 1 noyabr 2012 14:32
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
pxaxaxa 7 milyondan coh like gelib qulmekden yerlerdeyem lol

CuPbUyUm

  • 1 noyabr 2012 14:26
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
“Zəlzələ”

PSY təxəllüslü Cənubi Koreyalı müğənni Pak Çe Sanın dünya musiqisində zəlzələ törətdiyi şübhəsizdir. 34 yaşlı heç də yaraşıqlı olmayan müğənninin mahnısı təkcə “Youtube” sosial şəbəkəsində 600 milyondan çox izlənilərək tarixi rekord qırıb, mahnı bütün hit-paradların zirvələrini zəbt edib. “Gangnam style” rəqsi o qədər populyarlaşıb ki, hətta qasırğada, ölüm-dirim mübarizəsində də insanlar bu rəqsi oynayırlar

--------------------

_KiNgStOn_

  • 1 noyabr 2012 14:08
  • Məqalə: 7
  • Şərh: 126
  • Bal:
{awards}
4ox saol maraqli xebere gore

SabriNa B-va

  • 1 noyabr 2012 14:03
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH ağıl versin =)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}