Həyat Adlı " 1 " Oyun

 
Həyat Adlı " 1 " Oyun

Həyat – qaydasız oyundur.

Və sənin yalnız bir dəfə cəhd etməyə şansın var.

Sən seçimində azadsan, çünki həyat – azadlıqdır.

Yalnız sən özünü çərçivəyə salıb, azad həyata əsirlikdən kimi baxa bilərsən.

Həyat oyununda hər kəs üçün fərdi rol ayrılıb, və sən bu oyunun gedişatına cavabdehsən.

Həyat oyunu kralın ölümü ilə bitmir, əksinə davam edir, və hətta qalib gəlir.

Həyat oyunçuları uydurma və yalanlardan qumarbazlardan daha çox istifadə edirlər.

Həyat oyununda nişanlanmış kartlar yoxdur, amma damğalanmış oyunçular var.

Sən hər an həyatını dəyişə bilərsən.

Yetər ki, öz daxili güvvəni özün üçün kəşv edəsən.

Öz gücünə inanasan və sənə ayrılan zamanı qiymətləndirib həyatını yaxşılığa doğru yönəldəsən.

İnsanın təxəyyülü, arzuları – onun həyatının əsasıdır, binövrəsidir.

Bir çox hadisələrin gedişatı bu təməlin möhkəmliyindən asılıdır.

Sənin arzu-istəklərinin pozitiv gücü onları daha tez gerçəkləşdirə bilər.

Calış düzgün nişan al, arzulamaqdan əvvəl “yüz ölç – bir biç”.

Ehtiyatlı ol – arzu – reallığa çevrilə bilər. Və sən buna hazır olmalısan!

Hərdən insan illərlə arzuladığını əldə edəndən sonra həyatının mənasını itirir.

Məsələn, bir sxem:

“Möcüzə” arzusu “möcüzə” gerçəkləşəndən sonra

1.“Ali məktəbə qəbul olmaq” “Həvəssiz oxuyub, kafi qiymətlərlə bitirmək”

2.“Sevdiyin insanın məhəbbətini qazanmaq” “Hisslərin soyuması, laqeydlik, ayrılıq”

3. “Nişan, toy-düyün” “Adilik, əsəbilik, gərginlik, boşanma”

4. “Ana olmaq” “Məişət problerindən tez yorulma, pərt hall”

5. “Müsabiqədə birincü olmaq” “yalnız dost-tanış arasında tanınan”

Cədvəlin açıqlanması-səbəblər:

1. Abituriyent imtahana hazırlaşanda – yaxşı həkim, müəllim, iqtisadçı olmağı arzulamır.

O, sadəcə, tələbə olmaq istəyir. Bu səbəbdən, universiteti həvəssiz bitirib özünə uyğun iş tapa bilmir.

Axı onun hədəfi “Ali məktəbə qəbul olmaq” idi. Sonrasını düşünmədi – bu da gözəl arzunun nəticəsi...

2. Gənc qızlar, oğlanlar bir-birinin ovsununda yalnız öz məqsədlərini düşünürlər:

“O, mənim olmalıdır!”.Qarşılarındakı maniələri, çətinlikləri keçmək onlar uçun

oyunun mərhələsi kimidir. Yalnız əldə etdikdən sonra oyanıb

yanlarında yad bir insan görürlər. Çünki, məqsədləri o insanı qazanmaq idi, onun yaxından tanımaq yox.

3. Hər bir qız toy günü arzusu ilə yaşayır. Onda belə bir sual yaranır:

“Bəs nə üçün boşanmaların sayı çoxalır?” Çünki, xanımlar, ailə həyatının çətinliklərini düşünmürlər.

Nə həyat yoldaşlarına, nə də ki, onun qohun-əqrabasına güzəşt etmək istəmirlər.

Halbuki, ailənin birinci qanunu – güzəşt etmək bacarığıdır!

Bax belə gözəl, heyranedici, cazibədar, füsunkar toy məclisinin səbəbkarları ayrılmaq təhlükəsi ilə rastlaşırlar.

4. Qadın Ana olmaq arzusu ilə yaşayır, 9 ay səbirsiz gözləyir,

balasını qucağına alanda – dünyanın xoşbəxti olur... Bəs nə üçün uşaqlar, döyülür,

söyülür, uşaq evlərində atılmış uşaqların sayı artır?

Çünki, bəzi xanımlar ana olmağı “evcik-evcik” oyununa bənzədirlər.

Uşaq onların gəlinciyidir. Bezdirsə - atıb, başqa oyun oynayacaq.

5. Respublikada bir çox müsabiqələr keçirilir.

İlk gündən iştirakçılarının arzusu daha böyük yarışmalara qatılmaqdansa – burda 1-ci olmaq olur.

Bəs sonra? Məqsədsiz qalıb, bir anda sadə, maraqsız adama çevrilirlər.

Bəzən arzu sahibi “mö'cüzə”nin təsirindən özünü itirir.

Bundan sonra necə yaşayacağını bilmir. Axı o, sonrakı addımları hesablamamışdı!

Həyatın bir neçə qanunlarından birini yadda saxla:

- sənin xoşbəxtliyin yalnız sənin əlindədir. Həmçinin uğursuz nəticənin də məhsuliyyətini sən daşıyırsan;

- Həyat naməlum gedişatı ilə gözəldir. Hər şey yaxşılığa doğrudur!

- Hərəkət et! HƏYATININ SULTANI OL!


Geri dön

nilayka

  • 18 fevral 2011 23:12
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
minnattaram xebere gore

minnattaram xebere gore

minnattaram xebere gore

--------------------

Made_In_Bakinka

  • 5 dekabr 2010 00:15
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
coooooox super ela Sozlerinde heqiqet var.... feel

Sergio Ramos

  • 4 dekabr 2010 22:34
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
gözəl xəbər üçün təşəkkür...

--------------------

фея

  • 4 dekabr 2010 22:28
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
♥Princess♥ ( My Lovely Networld_♥LeGenD.aZ♥ ) »
cox gozel movzudu.Qalib olmaq ucun meqsedin olmalidir.Hər şey yaxşılığa doğrudur!Hərəkət et! HƏYATININ SULTANI OL!

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

CandyGirl

  • 4 dekabr 2010 21:29
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
hamisi duzdu tesekkurler

--------------------

Ulya

  • 4 dekabr 2010 20:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ccooox gozel yazidi..coox beyendim.ellerine sagliq

Just For Legend

  • 4 dekabr 2010 18:13
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
minnattaram xebere gore

--------------------

FanatkaJB

  • 4 dekabr 2010 18:00
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
Maraqlidir.Tewekkurler

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}