Sirat körpüsündən keçmək üçün hansı əməlləri yerinə yetirməliyik?

 
Sirat körpüsündən keçmək üçün hansı əməlləri yerinə yetirməliyik?

Sirat körpüsündən keçmək üçün hansı əməlləri yerinə yetirməliyik?

Hər bir insan Qiyamət günü Sirat körpüsündən keçəcəkdir.

Ancaq bu körpünü başa vurub-vurmamaq bizim bu dünyadakı əməllərimizdən asılıdır. Ona görə də hələ ki, fürsətimiz var, bu əməlləri tanıyaq və onları yerinə yetirməyə çalışaq.

1. O kəs ki, İmam Əlini (ə) sevər - həmin şəxs Sirat körpüsünü işıq sürəti ilə keçər. Hədislərin birində oxuyuruq ki: “Hər kəs istəyir ki, Sirat körpüsünü payız küləyi kimi keçsin, hesab vermədən özünü cavidan behiştə çatdırsın, mənim vəlimin, xəlifəmin vilayətini - Əli ibni Əbutalibi (ə) qəbul etsin və qəlbinə tapşırsın. Hər kim cəhənnəm atəşinə süqut etmək istəyirsə, Əli ibni Əbitalibin (ə) vilayətini boş buraxsın”.

2. Hər bir halda və məkanda camaat namazına xüsusi yer vermək. “Hər kim hər bir halda və vəziyyətdə namazını camaat namazı ilə qılmağa çalışarsa, Sirat körpüsündən işıq sürəti ilə keçənlərin ilki olar və siması 14-cü günün ayı kimi aydın olar. İştirak etdiyi hər bir camaat namazına görə ona bir şəhidin savabı yazılar”.

Namazı əvvəli vaxtda qılmaq da bu cürdür. Həzrət Peyğəmbərin (s) səhabələrindən biri belə deyir: “Hər kim beş namazını davamlı olaraq əvvəli vaxtda qılarsa, Allah ona 9 inayət verər: Allahın məhbubu olar, bədəni sağlam qalar, mələklər onu qoruyarlar, evində bərəkət yaranar, salehlərin simasına malik olar, qəlbi yumşalar, Sirat körpüsündən sıçrayan işıq kimi keçər, atəşdən nicat tapar və Allahın dərgahında elə insanlarla ünsiyyət bağlayar ki, nə qorxusu var, nə də qəmi”.

3. Həzrət Peyğəmbər (s) buyurub: “Hər kim əlinin zəhmətini yeyərsə, Sirat körpüsündən işıq kimi keçər”. Bu hədisdən belə başa düşmək olur ki, insanlar o zaman Siratdan rahat keçərlər ki, zülm etməsinlər. Pis insan olmasaq, kifayətdir. Əks halda niyə halal ruzisini yeyən bir insan bu qədər böyük mükafata layiq görülsün?

4. Xəstəlikdə səbir etmək. “Hər kim bir gecə və gündüz xəstələnər və ağırısına görə ona baş çəkməyə gələnlərə şikayət etməzsə, Allah Qiyamət günü onu İbrahimlə (ə) məbus edər ki, Sirat körpüsündən sıçrayan işıq kimi keçsin”.

5. Borc verdiyi insana qarşı səbirli olmaq. “Hər kəs din qardaşına borc verər, Allah hər dirhəmin qarşılığında Ühüd, Rəzəvi və Sima dağlarının çəkisi qədər həsənə nəzərdə tutar. Borcu verməyin vaxtı gəlib çatanda onunla mehriban rəftar edərsə, hesab günü hesab vermədən və əzab görmədən rahatlıqla Sirat körpüsündən keçər”.

6. Rəcəb ayının orucu. “Hər kim Rəcəb ayının on gününü oruc tutarsa, Allah ona yaqut və mirvari ilə bəzədilmiş iki qanad verər ki, Sirat körpüsündən nur kimi behiştə tərəf uçar”.

7. Gecə oyaq qalmaq. “Hər kim gecənin dörddən birini namaz qılarsa, Sirat körpüsündən güclü külək kimi keçən xilasolmuşların ilk sırasında olar və hesab vermədən behiştə girər”.

8. Sədəqə vermək. Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki: “Sədəqə haqqında şeytandan soruşdum ki, niyə mane olursan?” Dedi: “Ey Muhəmməd! Görəndə ki, kimsə sədəqə verir, sanki məni çubuq kimi kəsirlər”. Soruşdum: “Niyə?” Dedi: “Sədəqənin beş xüsusiyyəti vardır: malı artırar, xəstəyə şəfa verər, bəlanı qaytarar, sahibi sıçrayan işıq kimi Siratdan keçər, hesab vermədən behiştə daxil olar”.

Bu cür əməllərə Quranı davamlı oxumaq, Ramazan ayının gecələrində xüsusi namazları qılmaq da daxildir. Onu da nəzərə almaq lazımdır ki, bu deyilən əməllər o zaman təsiredici olacaqdır ki, əməl dəftərinə yazılsın. Başqa günahlar onu zay etməsinlər. Siratdan keçənə qədər əməl dəftərində qala bilsin. Çünki günahlarımız yaxşı əməllərimizi aradan aparır.

Sirat körpüsündən keçmək üçün hansı əməlləri yerinə yetirməliyik?


Geri dön

Allah_Bendesi

  • 10 noyabr 2012 22:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN !

solnuska

  • 3 noyabr 2012 00:27
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ASMIYA

  • 2 noyabr 2012 18:53
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TƏŞƏKKÜR EDİRƏM.

BİLMƏYƏNLƏR ÖYRƏNDİ, UNUDULANLAR XATIRLANDI.

İNŞA ALLAH Əməllərimizİ DƏ DOS-DOĞRU EDƏRİK.

--------------------


Prank girl

  • 2 noyabr 2012 18:23
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
7. Gecə oyaq qalmaq. “Hər kim gecənin dörddən birini namaz qılarsa, Sirat körpüsündən güclü külək kimi keçən xilasolmuşların ilk sırasında olar və hesab vermədən behiştə girər”.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 2 noyabr 2012 16:28
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Помни, что ты - мое все ❤

i love islam

  • 2 noyabr 2012 16:08
  • Məqalə: 63
  • Şərh: 584
  • Bal:
{awards}
qardawim ALLAH razi olsun INSEALLAH UCA YARADAN BUTUN MUSELMANLARI SIRAT KORPUSUNDEN ASANLIQLA KECIRER

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

ღ★Diamond★ღ

  • 2 noyabr 2012 14:55
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Rəcəb ayının orucu. “Hər kim Rəcəb ayının on gününü oruc tutarsa, Allah ona yaqut və mirvari ilə bəzədilmiş iki qanad verər ki, Sirat körpüsündən nur kimi behiştə tərəf uçar”.

SmiLe_LiFe

  • 2 noyabr 2012 14:39
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

.::AdiKo::.

  • 2 noyabr 2012 13:53
  • Məqalə: 4
  • Şərh: 146
  • Bal:
{awards}
Allah ozu komek olsun

--------------------
H.O.S.T.C.U .::AdiKo::.
Proqramist , Dizayner !
Her Cur Animasyali Obrazlarin , Hereketlerin Avatarlarin Hazirlanmasi Isteyenler Pm Ile Yaza Biler! .::AdiKo::.

GuNaY_83

  • 2 noyabr 2012 13:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH OZU KOMEK OLSUN HAMIYA INWALLAH..AMIN..

--------------------

..::MisS DioR::..

  • 2 noyabr 2012 13:43
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Allah ozu komek olsun...

--------------------

CuPbUyUm

  • 2 noyabr 2012 13:42
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
twk xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 61

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}