Görüş

 
Görüş

Hicran ona doğru gələn gənci gördüyündə özünü itirdi.Qarşısındakı Fərhad idi? 20 il ayrılıqdan sonra bu görüşün olacağı ağlına belə gəlməzdi.

Öz doğma kəndindən Bakıya oxumağa gələn Fərhadın arzusu öz kəndlərinə savadlı qayıtmaq,qoca valideynlərinə həyan olmaq idi.Öz zəhməti ilə instituta qəbul oldu.Oranı qurtardıqdan sonra təyinatını paytaxtdan uzaqda yerləşən bir kəndə verdilər.Kiçik bir evi kirayə etdi.Evin sahibəsi qayğıkeş qadın olan Sona xala ilk gündən onu oğlu kimi sevdi.Tezliklə bu qərib oğlan kənddə hamının hörmətini qazandı.İşlədiyi məktəbdə isə vəziyyət başqa cür idi.Böyük sinfin şagirdləri arasında sanki rəqabət başlamışdı.

Qızlar səbirsizliklə riyaziyyat dərsinin başlanmasını gözləyir,dərs zamanı bu gənc müəllimi sual atəşinə tuturdular.Onunla söhbət etməkdən sanki zövq alırdılar.Oğlanlar da qızlardan geri qalmayaraq özlərinə daha çox fikir verir,sanki Fərhadı qızlara qısqanırdılar.Bu səbəsiz deyildi.Fərhad çox yaraşıqlı bir oğlan idi.Hündürboy,qaraqaş-qarağöz,ağbəniz bu oğlan hamının diqqətini cəlb edirdi.Təbii ki,Fərhad bütün bunları hiss edirdi.Lakin bütün qızların gözü onda olduğu halda ,onun gözü Hicranı tutmuşdu.Sinfin ən gözəl qızı olan Hicran demək olar ki,bütün oğlanların ağlını başından almışdı.Fərhad hər dəfə dərs baradə danışmaq bəhanəsilə onu evə kimi ötürər digər oğlanların yaxınlaşmasına imkan verməzdi.

Söhbət əsnasında gülümsəyən Hicranın yanağında əmələ gələn oyuqlar onu çox gözəl göstərirdi.Gözləri həmişə gülən bu qıza vuruldu Fərhad.Xəyalındakı ancaq o idi.Səbirlə Hicranın məktəbi qurtarmasını gözlədi.Bir gün dil-dodağı topuq vur-vura sevgisini etiraf etdi.Hicranın razılığını alandan sonra,doğma kəndinə gedib qoca valideynlərini Hicrangilə elçi gətirdi.Dörd qardaşın tək bacısı olan Hicranı atası Sabir kişi,uzağa vermək istəmirdi.Lakin Fərhad kimi yaxşı bir oğlana etiraz edə bilmədi. Özlüyündə qərara aldı ki,toydan sonra Fərhadla danışıb onu bu kənddə qalmağa razı salar.Qızına təmtəraqlı toy edən Sabir kişi Hicranı yola salandan sonra hər gün gizlincə göz yaşı tökürdü.İllərdir evində bəslədiyi gülünü dərib aparmışdılar,nə edə bilərdi bu həyatın bir qanunu idi.

Qara zurnanın səsi kəndi götürmüşdü.Çalınan Fərhadın toyu idi.Gəlin otağına daxıl olan Fərhad ağ paltarada qu-quşuna oxşayan Hicranın gözəlliyi qarşısında donub qaldı.Bu gözəlliyin onun olmasına inana bilmədi.

-Xoş gəlmisəm gülüm.
-Sağ ol Fərhad.
Əli ilə evin küncündən asılmış tavandan yerə kimi uzanan naxışlı, qırmızı pərdəni göstərdi.
-Bu nədir Fərhad?
-Buna bizdə gərdək deyirlər.Yeni evlənənlər üçün düzəldilir.
-Nə gözəldir bu.
-Sən dünyanın bütün gözəlliklərinə layiqsən Hicran.


Hicran gülümsədi.Yenə yanağında Fərhadın ağlını başından alan oyuqlar peyda oldu.Fərhad dodağını onun yanağına uzadıb,əlindən tutub gərdəyə doğru gətirdi.

Dünyanın ən xoşbəxt adamı idi Fərhad.Onu xoşbəxt edən Hicranın varlığı idi.Elə gecələr olurdu ki,pəncərədən düşən ay işığında sübhə qədər Hicrana tamaşa edirdi.Bu mələksimalı qıza elə bağlanmışdı ki,onsuz həyatını təsəvvür edə bilmirdi.Deyirlər xoşbəxt o kəsdir ki,səhər işə,axşam evə tələsir.Fərhad da öz dərsini tədris etməkdən ,valideynlərinə həyan olmaqdan,Hicranın gözlərindəki sevgi işıltısından yaşamağa,yaratmağa özündə böyük güc tapırdı.Hicranda isə vəziyyət fərqli idi.Heç vaxt valideynlərindən kənarda qalmayan Hicran onlar üçün çox darıxırdı.
Bir gün onu məyus görən Fərhad soruşdu:
-Nə olub Hicran?
-Çox darıxıram Fərhad.

-Gözəlim, bu həyatın qanunudur,qızlar vaxtı çatanda quş kimi ata ocağından uçub gedirlər.
-Bilirəm,amma aramızdakı məsafə çox uzaqdı.Fərhad elə səninlə bu haqda danışmaq istəyirdim.Atam öz evlərinə yaxın bir yerdə torpaq sahəsi alıb.Sən yenidən atamgilin kəndində işləyərsən orada ev tikərik,mən də darıxmaram.
Fərhad eşitdiklərinə inanmadı.

-Nə danışırsan Hicran?! Mən yaşlı valideynlərimi qoyub necə gedə bilərəm?Həm də bu kənddə müəllim çatışmazlığı var.Burada mən daha çox lazımam.Darıxma gülüm,körpəmiz dünyaya gələndən sonra darıxmağa vaxtın olmayacaq.


Hicran bu sözlərdən kədərləndi.Fərhad onun alnından öpüb işə getdi.Onun gedişindən sonra Hicranı qəhər boğdu.Səhərdən bəri başı ağrıyırdı.Çarpayıda uzandı.Gözünün qarşısından valideynlərinin siması getmirdi.Ona elə gəlirdi ki,bircə dəfə anası əlini alnına çəksə,atası üzündən öpsə heç yeri ağrımıyacaq.Ah, bu qəribçilik... Nə pis,nə dəhşətli bir işdi.Hönkürtü ilə ağlayıb ürəyini boşaltı və öz kəndlərinə qayıtmaq üçün olan ümidlərini ,qəlbindən qopardıb atdı.Fərhad Hicranla olan bu söhbətindən sonra,onun gözlərində əmələ gələn kədəri görürdü.Odla su arasında qalmışdı.Bir tərəfdə sevdiyi qadın,digər tərəfdə doğma ocaq, yaşlı valideynləri.Hər dəfə işdən gələndə Hicranı darıxmaması üçün gəzməyə aparırdı.Dağların qoynunda yerləşən bu kəndin çox gözəl mənzərəsi vardı.Təbiətin gözəlliyi göz oxşayır,şırhaşır axan bulaqların səsi sanki mahnı oxuyurdu.Lakin heç nə Hicranın könlünü açmırdı.Fərhadın kədərləndirməmək üçün üzü gülsə də gözləri gülmürdü.Gözlərinə çökən kədəri Fərhad görür,qəlbən yaıb-yaxılırdı.

-Gözün aydın ay Münəvvər xala ,böyük oğlan olsun.
-Sağ ol ay qonşu balalarından görəsən.


Hicran dünyaya ay parçası kimi bir oğlan uşağı gətirmişdi.Sonsuz məhəbbətin bəhrəsi olan bu körpə valideynlərinin gözəlliyini özündə cəmləmişdi.Gözləri də eynən anasının gözlərinə oxşayırdı.Fərhad beşiyin yanından əl çəkmir,bu yaranışa baxmaqdan doymurdu.

Hicranı isə heç nə ovutmurdu.Artıq fikirdən arıqlamış, gözləri çuxura düşmüşdü.Qonşuluqda yaşayan gəlinləri atası evinə getdiyini görənədə dərdi daha da təzələnir,gözünün yaşını sel kimi axıdırdı.Nə Fərhadın nəvazişi,nə yeni dünyaya gələn körpəsi onu ovutmurdu.Qəribçiliyi ilə barışa bilmir, dözmək istəmirdi.O, bilirdi ki,Fərhad onu çox sevir və onsuz yaşaya bilməz.Bu fikir onu sonralar heç vaxt barışa bilməyəcəyi, səhv addım atmağa vadar etdi.Bir səhər Fərhadı işə yola salıb,paltarlarını çamadana yerləşdirdi.Bir ayı təzəcə tamam olmuş körpəsini döyunca öpüb yenidən beşiyə qoydu.Fərhada yazdığı kağızı stolun üstünə qoyub otaqdan çıxdı.Qonşu otaqda yatan qaynanasına baxıb dodaqaltı:" Balam sizə əmanət deyə pıçıldadı."Yola çıxıb maşın tutdu,sürücüyə dəmiryol vağzalına getmək istədiyini bildirdi.Son dəfə Fərhadın evinə həsrətli baxışla baxıb yola düşdü.

Ardı var...

Görüş


Geri dön

DILEKLER

  • 1 dekabr 2012 19:39
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
beyendim twk

love emo

  • 8 noyabr 2012 23:40
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Sitat: CuPbUyUm
-Xoş gəlmisəm gülüm.-Sağ ol Fərhad.Əli ilə evin küncündən asılmış tavandan yerə kimi uzanan naxışlı, qırmızı pərdəni göstərdi.-Bu nədir Fərhad?-Buna bizdə gərdək deyirlər.Yeni evlənənlər üçün düzəldilir.-Nə gözəldir bu.-Sən dünyanın bütün gözəlliklərinə layiqsən Hicran.










--------------------

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

..::MisS DioR::..

  • 4 noyabr 2012 12:38
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
COX BEYENDIM..ARDI GELSIN

--------------------

goldgirl

  • 4 noyabr 2012 12:08
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
maraqlidi tewekkurler

come back

  • 3 noyabr 2012 00:25
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler gozel hekaye idi.

solnuska

  • 3 noyabr 2012 00:04
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
HEKAYEYE GORE TWK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 2 noyabr 2012 23:59
  • Məqalə: 291
  • Şərh: 11178
  • Bal:
{awards}
hekayeye ggore tewekkurler

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

_Mrs_GuNeL_

  • 2 noyabr 2012 21:46
  • Məqalə: 0
  • Şərh: 394
  • Bal:
{awards}
XEBERE GORE THANKSSSSSSS...

CuPbUyUm

  • 2 noyabr 2012 20:28
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
-Xoş gəlmisəm gülüm.
-Sağ ol Fərhad.
Əli ilə evin küncündən asılmış tavandan yerə kimi uzanan naxışlı, qırmızı pərdəni göstərdi.
-Bu nədir Fərhad?
-Buna bizdə gərdək deyirlər.Yeni evlənənlər üçün düzəldilir.
-Nə gözəldir bu.
-Sən dünyanın bütün gözəlliklərinə layiqsən Hicran.

--------------------

fatimeyinur

  • 2 noyabr 2012 20:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
təsəkkür edirəm

ASMIYA

  • 2 noyabr 2012 19:28
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
DÜNYA SEVGİLƏRİ, İSTƏKLƏRİ, CAVANLILIQLARI, GÖZƏLİLİKLƏRİ İSTƏMƏSƏKDƏ GƏLDİ - GEDƏRDİ. feel İSTƏDİKLƏRİMİZƏ DƏ DİQQƏT YETİRƏK NƏ İSTƏYİRİK. YOXSA ALLAH QORUSUN İKİ DÜNYAMIZDA PUÇ OLAR.

QALICI VƏ HEÇ BİR GÖZƏLLİYƏ BƏNZƏMƏYƏN GERÇƏKLƏRİ QAZANMAQ ÜÇÜN CƏHD GÖSTƏRƏK Kİ, BÜTÜN GÖZƏLLİKLƏRİN 100 QATINI ƏLDƏ EDƏ BİLƏNLƏRDƏN OLAQ request ƏLBƏT ALLAHIMIZIN İZNİYLƏ.

ƏN ƏSASI DA HƏR BİRİNİ ALLAHIMIZA GÖRƏ ALLAHIMIZIN RAZILIĞI ÜÇÜN İSTƏYƏK. sad DİGƏRLƏRİNƏ GÖRƏ YOX. winked


OXUDUM MARAQLIDIR. SAĞ OLUN

--------------------


ask_masalim

  • 2 noyabr 2012 19:06
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
xahis edirem ardini tez yazin

ASMIYA

  • 2 noyabr 2012 19:02
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TƏŞƏKKÜR.

Ayrılıq Hər Kəslə Var. YARADANIMDAN İstəyim Əbədi Aləmdə Ayrılmamaq Üzrə NUR SAÇAN PEYĞƏMBƏRİMİZLƏ Və Bütün Sevdiklərimizlə HAK Edənlərdən Olalım. AMİN RƏBBİM. İNŞA ALLAH.
sad

--------------------


Prank girl

  • 2 noyabr 2012 18:09
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
oxumadim tsk edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ღ★Diamond★ღ

  • 2 noyabr 2012 17:51
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
qrasiasssssssss

.::AdiKo::.

  • 2 noyabr 2012 17:16
  • Məqalə: 4
  • Şərh: 146
  • Bal:
{awards}
tesekkurler

--------------------
H.O.S.T.C.U .::AdiKo::.
Proqramist , Dizayner !
Her Cur Animasyali Obrazlarin , Hereketlerin Avatarlarin Hazirlanmasi Isteyenler Pm Ile Yaza Biler! .::AdiKo::.

GuNaY_83

  • 2 noyabr 2012 17:16
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}