Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu

Noyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 12-16 dərəcə isti olacaq.

Bakıda gecə 14-16, günün birinci yarısında 20 dərəcəyədək, ikinci yarısında 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 8-13, gündüz 15-20, dağlarda 3-6, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 3-4-də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.az


Geri dön

solnuska

  • 3 noyabr 2012 01:23
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
tewekkurler.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

come back

  • 2 noyabr 2012 23:51
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
melumata gore tewekkur edirem.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}