Bu qidalar kökəlməyə qoymur

 
Bu qidalar kökəlməyə qoymur


Hansı qidalar kökəlməyə qoymur?

İştahınıza hakim olub daha az yeməyə nə deyirsiniz? İştahınızı zəiflədən və sizi uzun müddət tox tutan yeməklərlə zəifləmək çox asan olacaq. Pəhriz saxlayan, kilo verməyə çalışan hər kəs bu yeməkləri seçməlidir.

Xrom: Xrom maddəsi qandakı insulin miqdarını qoruyaraq qan şəkərini normallaşdırır. Qan şəkəri tarazlaşanda, vaxtsız gələn aclıq vəziyyəti ortadan qalxır. Qabıqlı yemişlər, taxıl məhsulları və brokoli məhsullarında bol miqdarda xrom maddəsi var.

Fruktoza: Fruktoza meyvələrdən əldə edilən təbii şəkərdir və qan şəkərinə təsir etmir. Yeməkdən sonra orqanizmin şirinlik tələbatını ödəyər .

Triptofan: Triptofan seratoninin meydana gəlməsində əhəmiyyətli rol oynayır. Seratonin iştahı zəiflədir. Yulaf, banan və pendir kimi məhsulların tərkibində olur.

Albomin: Albomin maddəsi depressiyaya yaxşı təsir edir və iştahı tarazlaşdırır. Seratonin istehsalında təsirli rol oyanayan bu zülal göy noxud və paxlalı bitkilərdə bol miqdarda tapılır.

Yod: Yod tiroit hormonlarını nizamlayır və aclıq hissini aradan qaldırır. Balıq, dəniz məhsulları, xurmada, qara rəngli meyvələrdə və soğanda bol miqdarda olur.

Tox tutan qəlyanaltılar
Brokolini qaynadıb üstünə bol miqdarda qatıq əlavə edin. Bu möcüzəvi salat həm ləzzətlidir, həm də bol miqdarda lif ehtiva etdiyi üçün sizi uzun müddət tox saxlayacaq.

Orqanizm şirin bir şey tələb etdikdə əvvəlcə meyvə yeyin. Məsələn sevdiyiniz şirin meyvəni darçınla birlikdə yeyə bilərsiniz. Evdə öz meyvəli qatığınızı da hazırlaya bilərsiniz. Ən seviğiniz sulu meyvəni nazik-nazik doğrayın və ya blenderdən keçirin. Qatıq əlavə edib ləzzətlə nuş edin.

1 kasaya ən sevdiyiniz meyvələri əlavə edin və süd ilə qarışdırın. Bol miqdarda mineral və vitamin dolu olan bu qida sizi uzun müddət tox tutar.


Geri dön

GuNaY_83

  • 7 noyabr 2012 13:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
twk melumata gore

--------------------

solnuska

  • 3 noyabr 2012 00:42
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk melumata gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

come back

  • 2 noyabr 2012 23:52
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler meslehetlere gore cox sagolun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}