Görüş (II hissə)

 
Görüş (II hissə)

Fərhadın yeganə bacısı anasıgilə qonaq gəlmişdi.Ortaboylu,şirindilli,işgüzar bir gəlin olan Lalə qonaq qaldığı müddətdən istifadə edərək evləri yığışdırır,çirkli paltarları yuyur, bir sözlə anasının işini yüngülləşdirmək üçün səy göstərirdi.Günorta yeməyini də hazır edib, otağa anasının yanına keçdi.Münəvvər ana Nahidi beşiyə qoyub yırğalayırdı.
-Hələ də yatmayıb?
-Yox ay bala, yatmaq bilmir.
Lalə əyilib Nahidin yumru yanaqlarından öpdü:
-Bibisi qurban buna, şirinim mənim.
Yorğun halda yerdə beşiyin yanında oturdu:
-Ver bir az mən yelləyim ana,sən yoruldun.
-Can ay bala,yorulan sənsən, qonaq gəlmisən amma bayaqdan bir dəqiqə oturmamısan.Sanki öz evində işin az olur.
-Elə demə ay ana,imkanım olsa hər gün gələrəm.Amma o boyda külfətin əlindən çıxa bilmirəm.Bəs Fərhad nə vaxt gələcək?
-Bir azdan o da,atan da gəlib çıxar.
-Ana, Fərhadın vəziyyəti indi necədi?
-Necə olacaq qanadı sınıq quş kimi.Əvvəlki Fərhaddan əsər-əlamət qalmayıb.Yaman qaradinməz olub.İşdən gəlir, uşağı da götürüb otağına qapanır.Ah fələk... Sənə nə deyim... Nə yaman oyun oynadın balamla.Kaş öləydim, amma balamın bu gününü görməyəydim.Neçə dəfə olub ki,gecə səsə ayılıb otağına qaçmışam.Bir dəfə heç yadımdan çıxmaz.Hicranın adını çağırıraq hönkürtü ilə ağlayırdı,özü də qan- tərin içində.Əvvəl elə bildim ayıqdı.Sonra gördmüşəm ki, sayıqlayır.
-Eh ay ana,mənim də fikrim-zikrim ancaq Fərhaddı.Niyə belə oldu axı?
-Hərdən öz-özümə dəli kimi danışıram.Deyirəm niyə belə elədin, ay Hicran!?Yamanlıyıram onu.Amma onun burda olduğu müddətdə bir naqis hərəkətini görmədim, mələk kimi idi mənim gəlinim.İndi heç dilim gəlmir ki, arxasınca pis bir söz deyim.
-Ay ana, deyirəm bəlkə gözə gəldilər bunlar?İkisi də elə gözəl idi ki,qoşa gəzəndə hamı əlinin işini saxlayıb onlara baxırdı.Bizə qonaq gələndə kənd tamaşasına dayanmışdı.
-Lalə, Hicranın valideynlərində günah oldu bala, valideynlərində.Hər dəfə onlardan məktub gələndə qızın ağlamaqdan gözləri şişirdi.Soruşurdum ay bala nə olub?Deyirdi narahat olmayın, anamgil mənin üçün darıxırlar.Bu hərəkətləri ilə qızı yerindən etdilər.Yoxsa hansı daşürəkli ana bir aylıq balasını qoyub gedər?
-Ana, bəs Fərhad niyə getmədi dalınca?
-Ehh..Hicran getdikdən sonra Fərhad dəliyə döndü.Çarpayıya döşəndi,yemədi,içmədi.Atan dözməyib , Hicrangilə getdi.Hicranın atası Sabir kişi deyib ki,qızı sizinlə getməyə qoymaram .Aramızdakı məsafə çox uzaqdı.Mən istədiyim vaxt qızımı görə bilmirəm.Maşınla 13 saatlıq yoldu,çox uzaqdı.Yaxşısı budur, Fərhad yaşamağa bura gəlsin, burda yurd salsın.Atan da özün bilirsən necə tərsdi.Deyib" mənim on oğlum yoxdu ki, ona-buna paylayım".Evə gələndə də çox sərt danışdı.Dedi mən oğlumu ərə verməmişəm ki,evim boşalsın.Bu ocaq sönməməlidi.Fərhada bu söz təsir etdi,qüruruna toxundu.Yoxsa o Hicranın dalınca dünyanın o başına da gedərdi.Amma mən Fərhada dedim" Ay bala, atanın elə deməyinə baxma, uşağını da götür get,bircə ayrılmayın.Hicran da indi səhvini anlamış olar.Bu tifil də anasız böyüməsin.Atan da sonra yumşalacaq".Eh...Fərhad da atasının oğludu, tərsdi"Yox!" dedi qurtardı.İndi o vaxtan səkkiz ay keçib.Nə zülümlə bu uşağa baxıram bir ALLAH bilir.Xəstəliyim də məni çox incidir.Yanında bir kəlmə Hicran haqqında danışa bilmirəm,o dəqiqə başını götürüb evdən çıxır.Dəlilik etməyindən qorxuram,cavandı,dəliqanlıdı.
Münəvvər ana örpəyinin ucu ilə nəmli gözlərini sildi.Lalə qəhərli səslə dedi:
-Ürəyin necə gəldi Nahidi qoyub getməyə ay Hicran?
-O arxayın idi ki,Fərhad dalınca gələcək.İndi ALLAH bilir nələr çəkir ay bala.
Bu vaxt Fərhad otağa daxil oldu.Onların kədərli görkəmini görüb qaşlarını çatdı.Lalə ayağa qalxıb qardaşı ilə görüşdü:
-Xoş gördük bacın qurban,necəsən?
-Xoş gəlmisən Lalə,mən yaxşıyam.Salam ana.

Fərhad beşiyə yaxınlaşdı.Nahidi qucağına alıb otağına keçdi.Çarpayıya uzanıb Nahidi yanına qoydu:
-Necəsən mənim dərd ortağım?Nənəni çoxmu incitdin?
Nahid sakitcə dayanıb diqqətlə atasına baxırdı.Sanki vərdiş etmişdi hər gün atasının onunla söhbət etməsinə.Həmişəki kimi bir azdan yuxuya gedəcəkdi.Fərhad onun gözlərindən öpdü.Gözləri Hicranınkı idi.Sanki unudulmaması üçün gözlərini balasına verib getmişdi.
Lalənin səsi eşidildi:
-Fərhad, gəl yemək yeməyə.
Fərhad artıq yuxuya getmiş uşağın üstünü örtüb mətbəxə keçdi.
Süfrə ətrafında səssiz oturub nahar edirdilər.Sükutu Fərhad pozdu:
-Ana, Səlmi xalanın qızı necə bir qızdı?
Münəvvər ana narahatlıqla Laləyə baxdı:
-Yaxşı qızdı,keçən il oxuyub qurtardı.Məktəbə işə düzəlməlidi.
-Həə...Sənin necə, o qızdan xoşun gəlir?
-Niyə soruşursan ay bala?Belə də, sakit, ağıllı qızdı.
-Ana, sənə necə çətin olduğunu görürəm.Nahid səni çox yorur.Sənin indi uşaq saxlayan vaxtın deyil.Əksinə sənə baxan lazımdı.Sabah get Səlmi xalagilə, qızı istə.
Yemək Lalənin boğazında qaldı.Öskürməkdən yaşaran gözlərini silib:
-Nəə?Qardaş bəs Hicran?-Sözü ağzında qaldı:
Fərhad yerindən dik atıldı:
-Bundan sonra bu evdə onun adı çəkilməyəcək!Mən unutdum, siz də unudun!O, yoxdu! Ölüb!
Ana-qız Fərhadın hədəqəsindən çıxmış gözlərinə baxıb heç nə demədilər.Sakitcə baxışdılar.
Fərhad yeməyini yarımçıq qoyaraq qapıdan çıxib,sürətli addımlarla evdən uzaqlaşdı.Nəfəsini dərmək üçün yol kənarındakı ağaca söykəndi.Əlini cibinə aparıb siqaret çıxartı.Hicran gedəndən sonra çəkməyə başlamışdı.Siqaretin tüsütüsünü acgözlüklə sinəsinə çəkdi.Bağışlaya bilmirdi Hicranı.Necə ürəyi gəlmişdi onu qoyub getməyə?Bəs körpə Nahidi heç fikirləşmədimi?Heç cür ağlına sığışdıra bilmirdi onun hərəkətini.Nə pisdir bir nəfərə çox bağlanmaq.O adam bağları qoparanda ,həyat dayanır sanki.Onun gedərkən yazdığı kağızı cibindən çıxardıb oxudu:" Fərhad mən daha dözə bilmirəm.Dalımca tez gəl qurban olum.Nahidi məndən ayırma".Bu kəlmələri ilk dəfə oxuyanda az qalmışdı ağlı başından çıxsın.Çox hirslənmişdi Hicrana.Elə hirsli başla, Hicranın dalbadal yazdığı məktublara belə bir cavab yazdı:" Sən gedəndən sonra uşaq xəstələnib öldü."Bu kəlmələri yazınca özü yüz dəfə ölüb-dirildi.Özünü alçalmış,heysiyyatı tapdanmış kimi hiss edirdi.Günah etmiş adamlar kimi valideynlərinin gözünə dik baxa bilmirdi.Deyirlər məhəbbətlə nifrətin arasında bir addımlıq məsafə var.Yaşadıqları, ona bu addımı atmağa vadar etdi.Hicran gedəndən bəri gündə azı on dəfə oxuduğu məktubu cırıb atdı.Hər şey üçün artıq çox gec idi, qərarını vermişdi.

Səlmi xalanın qızı Təranəni kiçik bir yığıncaq edib evə gətirdilər.Qonaqlar dağılışandan sonra Fərhad, Təranə olan otağa keçdi.O otağa ki,bir müddət bundan qabaq Hicran ağappaq gəlin paltarında onu qarşılamışdı.O günün hər dəqiqəsi bir an yadından belə çıxmayan Fərhad gözlərini yerə dikərək:
-Xoş gəlmisən, Təranə.Bu gün bilmirəm nədənsə bərk başım ağrıyır.Tibb məntəqəsinə gedib təzyiqimi ölçdürmək istəyirəm.Sən məni gözləmə yat -deyib,tələsik otaqdan çıxdı. Gecəyarı hara gedəcəyini bilməyib ,bağa tərəf yönəldi.Ağacın altındakı skamyada oturub bərk-bərk pencəyinə büründü.Özü də bilmədi niyə belə etdi.Niyə bu qədər nifrət etdiyi, yanında adının belə çəkilməsini istəmədiyi Hicran gözünün önündən çəkilmir?Niyə?Çarəsizlikdən qıvrılan Fərhad başını əlləri arasına aldı:
-Sən nə etdin Hicran?Nə etdin?

Ardı var...

Görüş (II hissə)


Geri dön

nilawka

  • 27 noyabr 2012 21:03
  • Məqalə: 0
  • Şərh: 61
  • Bal:
zehmet olmasa ardini yazinda. ureyim partdadi axi))))

--------------------
Uca yaradanımız deyib. "Qorx incidib, ağlatdığın insandan. O məndən kömək istəyəcək. Məndə kömək edəcəm!"

miss jale

  • 18 noyabr 2012 12:14
  • Məqalə: 0
  • Şərh: 107
  • Bal:
{awards}
........................twk.. cox gozeldi ardi ne vaxt olar

Music Star

  • 7 noyabr 2012 17:40
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Sitat: fatimeyinur
tesekkur edirem...

--------------------

GuNaY_83

  • 4 noyabr 2012 16:33
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
super hakeyedi

--------------------

Gözlüklü

  • 4 noyabr 2012 15:36
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Cox maraqli idi tesekkurler

..::MisS DioR::..

  • 4 noyabr 2012 12:01
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
cox beyendim.tesekkur edirem...

--------------------

come back

  • 3 noyabr 2012 23:34
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler ardin sebirsizlikle gozleyirem.

unfaithful

  • 3 noyabr 2012 21:58
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
maraqli hekayedir

--------------------

guncicek

  • 3 noyabr 2012 17:37
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
super hakeyedi ardini sebirsizlikle gozluyurem

--------------------

fatimeyinur

  • 3 noyabr 2012 17:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem...

solnuska

  • 3 noyabr 2012 17:15
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
(((((((((((((((( sad

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ASMIYA

  • 3 noyabr 2012 16:25
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
ƏziyyətinizƏ Görə Təşəkkür EdirəM. feel
Hər İkisinin də Yalnışdır Etdikləri Və Etmədikləri. no

--------------------


my angel__

  • 3 noyabr 2012 15:47
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
super hekayedir..coox beyendim..cox sagol

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

solnuska

  • 3 noyabr 2012 15:28
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK HEKAYEYE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Demi Love

  • 3 noyabr 2012 15:24
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
oxudum maraqlıdır təşəkkürlər...

✰GoLd GirL✰

  • 3 noyabr 2012 14:57
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Oxudum davamını da oxuyacam təşəkkür

ღ★Diamond★ღ

  • 3 noyabr 2012 14:25
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
meqale ucun sagol

Repery

  • 3 noyabr 2012 14:07
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Twkrler Xeber 3un..

--------------------

...BARSA FANATI....

  • 3 noyabr 2012 14:04
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Cox sag ol canim...

classic_guiter_girl

  • 3 noyabr 2012 14:01
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

SmiLe_LiFe

  • 3 noyabr 2012 13:49
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

CuPbUyUm

  • 3 noyabr 2012 13:29
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
.................twk...................

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}