Xan kətəsi
Xəmiri üçün
Un – 400 q
Kərə yağı – 200 q
Yumurta – 1 ədəd
Quru maya – 1 ç.q.
Duz – bir çimdik
İçlik üçün:
Kartof – 4 ədəd
Mal əti – 300 q
Baş soğan – 1 ədəd
Göyərti (kəvər, keşniş, şüyüd, göy soğan) – hərəsindən ¼ hissə
Duz, istiot
Üzəri üçün:
Yumurta – 1 ədəd
Xəmiri hazırlamaq üçün:
Ələnmiş unun üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı, yumurta və azacıq duzlu suda həll edilmiş maya əlavə edib yumşaq xəmir yoğurun. Xəmir 15 dəq. dinləndirilməlidir.
İçliyi hazırlamaq üçün:
Kartofu kubvari doğrayıb kərə yağında qızardın və başqa bir qaba yığın.
Baş soğanı xırda-xırda doğrayın və həmin yağda qızardıb
kartofun üzərinə əlavə edin.
Göyərtiləri xırda doğrayın, bütün ərzaqlara duz və istot vurub qarışdırın.
İçliyi oxlovla yayılmış xəmirin içinə yayın, üzərinə yumurta sarısı çəkin və qabaqcadan 180 dərəcəyədək qızdırılmış sobada üstü qızaranacan bişirin.
Nuş olsun!