Qara Fatmanın Gündəliyi

 
Qara Fatmanın Gündəliyi

Bir qara Fatmanın Gündəliyi…

Dünən gecə yenə ölümlə burun buruna gəldim.

Özümə bir zərər gələcəyindən deyil ama arvadım Cəmilə nə edər sonra.

Biz axşam yeməyimizi adətən saat 11-12 kimi yeyərdik,

ama ev sahiblərimizin qonağı geldiyindən gec

vaxta qədər oturub yatmadılar. Neyse ki qonaqların

getməsiylə birlikdə yuxuya getdilər. Biraz sonra

ortalıgın sakitləşməsini gözleyib, yeyəcək

toplamağa başladım. Bugün qonaqlar geldiyi üçün

menu çox zengin idi. Tort ve yemək qırıntılarına

heyranıq. Hər nəysə mən yemək toplarkən

birdən mətbəxin işıgı yandı və "Aaaaaa! Qarafatma"

deyə bir səs eşitdim.

Agılsız adam, mən bir kişiyəm Fatma da hardan çıxdı.

Mənim adım Ismayıl. Belə şeylər kişiyə yaraşmaz.

Yaxşı məni arvadımla qarışdırdın deyəlim. Sən nə qədər

qorxaq bir adamsan. Mənim neçə qatım böyüklüyündə

olmana baxmayaraq bu bagırtı da nə belə? O qorxunc səsin

kəsilməsiylə birlikdə,sanki mən ona bir şey etmişəm

kimi məni qovalamaga başladı. Inanın o qədər də

diqqət edirəm, qab qaşıq, bardaq üzərində

gəzməməyə çünki bu agılsızın arvadı çox titizdi. Bəzən

deyirəm ki bunların qonağı gəldiyində get

ortalarda gəz beləliklə utanılacaq vəziyyətə

düşsünlər..Ama edə bilmirəm. Nə olursa olsun,

çörək yediyin qaba pis gözlə baxmamaq lazımdır.

Mən evə gəldiyim ilk illəri xatırlayıram. Nə

Gözəldi o günlər. Rəhmətli qayınatam və qayınanam

Məni evlərinə qəbul etmişdilər. O zamanlar rahat idik,

çünki ev sahibimiz Rza dayı kor idi. Bu səbəblə

evin hər yerində sərbəstcə gəzə bilirdik. Hətta

Rza dayıyla eyni süfrədə yemək yediyimiz günlər də

oldu. Əslində bizləri görə bilsəydi necə davranardı

bilmirəm ama o həmişə üreyimizdə yaşayacaq. Rza dayının

vəziyyəti çox da yaxşı sayılmazdı, məmur əməklisiydi. Bu evdə

rəhmətli arvadınınmış,buna görə yeyəcək mövzusunda bu

qədər çox seçənəyimiz yox idi.

Ama daha xoşbəxt və hüzurlu idik.

Rza dayı bir gün görünməz qəzaya qurban getdi.

Əslində onun üçün bütün qəzalar görünməz idi. Rza

dayının torpağa verildiyi gün biz də orada idik.

Qonşusu Osman bəy bizə gəldiyində kostyumunu

asmışdı. Biz də bunu fürsət bilib kostyumun cibinə

girdik. Sonra Osman bəylə birlikdə qəbirstanlığa

doğru yola düşdük. Rza dayının üç oğlu vardı

ama bugünə qədər sadəcə nüfusda görünürdülər.

Xeyirsizlər hələ ilk gündən evi satışa çixardılar.

Evi indi burda qalan adam və arvadı satın aldı. Evə

ayaq basmalarıyla qayınatam və qayınanamı

öldürmələri bir oldu. Adam sonra iyrənərək cansız

bədənləri kağızaa bükərək zibilə atdı. Sanki özü

çox temizmiş kimi. Halbuki tualetdən çıxdıqdan sonra

əllərini yumadığına dəfələrcə şahid olmuşam.

İndilərdə özünə üzərində rəhmətli qayınanamın

Şəkli olan bir dərman alıb, durmadan üstümüze vurub

durur. Qayınanam Sultan xanım gəncliyində

fotomodel olduğu üçün bu cür dərmanların üzərində

şəkli vardır. Hətta bir iki reklam filmində də

oynamışdı. Ama evlənincə məcburən son verdi işinə. Çünki

qayınatam tam bir Osmanlı kişisi idi. Bugünə qədər

rəhmətli Rza dayının anısına bu evdə yaşadıq,

artık daha çox dayanacaq halımız qalmadı.

Qohum əqrəbaya dosta tanışa

xəbər saldıq. Özümüze görə bir ev tapar tapmaz

köçəcəyik burdan.

Bəlkə də sizin evinizə yerləşdik həyat bu bilmək olmaz… ))))


Geri dön

MiYasKa KrEoZi

  • 6 dekabr 2010 00:10
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
eSLindE o qeDer dE anLashILmaZ mOvZu dEyiLdi aMa oZeT bU iDi Ki qaRaFatma - biLmeYenLer vaRsa bU hEsheRatdIr iyRenC biR hEshEraT wink bU Da hEsheRaTiN bashIna geLenLerdi deE buRda nE vaRki belay wink

nEySe fiKir biLdiRen hErKese TeshEkkuRLerrrrrr.. smile

--------------------

romantikim

  • 5 dekabr 2010 14:16
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Nə idiki bu mən heçnə anlamadım

Sergio Ramos

  • 5 dekabr 2010 14:08
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
oxumadım məNƏ mArAqsız oLdu...

təşəkkürlər

--------------------

Ulya

  • 5 dekabr 2010 13:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.

Just For Legend

  • 5 dekabr 2010 13:00
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
COX SAG OL AMMA NESE BİR SHEY BASA DUSMEDİM

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 94
Cəmi: 135

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 508
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}