ƏTİRLİ İYLƏRLƏ MÜALİCƏ

 
ƏTİRLİ İYLƏRLƏ MÜALİCƏ

Bir çox tədqiqatçılar təsdiq edirlər ki, iy qoxu ibtidai insanların həyatında mühüm rol oynamışdır.Qədim insanlar iydən tonusu yüksəltmək üçün istifadə etmişlər.Zaman keçdikcə xalq təbabətçiləri ətirli bitkilərin və çiçəklərin iylərinin orqanizmə tə’sirini öyrənmiş və onlardan müalicə vasitəsi kimi istifadə etməyə başlamışlar. Bütün xalqların özlərinə məxsus xüsusi ətirli maddələri vardır ki, onunla dərilərini , saçlarını yuyurmuşlar. Lap qədim dövrlərdə Ukraynada , Çində və s. Ölkələrdə əhali kafur ağacının yarpaqlarını yığıb kiçik torbacıqlara doldurub boğazlarından asarmışlar. Belə hesab edirmişlər ki, onun iyi ilə nəfəs almaq ciyəri , əsəb sistemini möhkəmləndirir, beyini təmizləyir.

***

Deyirlər ətriyyatın vətəni qədim Misirdir. Burada mə’bədlərə gedən əhaliyə daha çox tə’sir göstərsin deyə , onlara xoş iyli maddələrdən , məlhəmlərdən , ətirlərdən istifadə edirmişlər.

***

Ellada idmançıları yarış zamanı orqanizmə oyadıcı tə’sir göstərən ətirli maddələrdən , ətirlərdən istifadə edirmişlər. Deməli xoş ətirli iy gücü bərpa etməyə qadirdir.


***

Belə qədim xalq təbabəti ən’ənələri indi də davam etdirilir. Tədqiqatlar nəticəsində ətirli bitkilərin sirri açıldıqca onlardan müalicə vasitəsi kimi daha geniş istifadə edilir. Artıq çoxdan təsdiq edilmişdir ki , iy-qoxu dərmandır.


***

Deyirlər ki , güldən (iyli güllərdən) balaca yastıq düzəldib başınız altına qoysanız başağrısı və zəiflik hissi keçib gedər. Daha yaxşı olar ki, gülü elə kolun üstündə iyləyəsiniz, çünki dərilməmiş gül daha ətirli olur.

***
Rahat yatmaq istəyirsinizsə bu üsulu təcrübədən keçirin. Eyni miqdarda dəfnə yarpağı və ayıdöşəyindən balaca yastıq düzəldib yatanda başınızın altına qoyun.

***

Digər yastıq üçün 1 hissə dəfnə yarpağı ,2 hissə ayıdöşəyi və 3 hissə mayotu götürmək lazımdır.

***

Evkalipt bədəni möhkəmləndirir, ağ ciyəri soyuqdəymədən qoruyur.

***

Dəfnə yarpağının ətri əqli fəaliyyət nəticəsində beyində əmələ gələn yorğunluq zamanı xeyirlidir.

***

nanəni və yaxud cirəni iyləmək iş prosesində beynin qan dövranını yaxşılaşdırır, əmək məhsuldarlığını yüksəldir. Və immuniteti artırır.

***

Halsızlıq , keylik zamanı ayıdöşəyindən və güldən alınan efir yağını iyləmək lazımdır.

***
Yaddaşın və zehnin stimullaşdırılmasında qərənfildən və yaxud reyhandan alınan ətirli yağ mühüm rol oynayır.

***

Ibn-Sina deyir ki, əgər təzə çobanyastığı çiçəyini iyləsəniz sizi yatırdar.

***

Ukraynada bu məqsədlə kəklikotunu döşəyin və yastığın altına qoyurlar.

***

Ürək fəaliyyətini gücləndirmək üçün heyva iyləmək xeyirlidir.

***

Buruna gulab çəkmək ürəyi qüvvətləndirir.

***

İtburnu gülünü iyləmək ürəyə qüvvət gətirir.

***

Bu deyilənlərin həqiqət olmasına inanmaq istəyirsinizsə , Vaxtilə fəaliyyət göstərən Bakı Mərkəzi Sağlamlıq Zonasınıyadınıza salın. Ətirli iylərlə müalicənin ən görkəmli nümayəndələrindən biri professor Ş. M. Həsənov olmuşdur.Onun təşəbbüsü ilə açılan və rəhbərliyi ilə işləyən Bakı Mərkəzi Sağlamlıq Zonasına bir neçə ildə on minlərlə xəstə müraciət etmişdir. Bu mərkəzin gül- çiçəklə müalicə üsulu dünya miqyasında şöhrət qazanmışdır.Dünyanın 50-dən çox ölkəsinin mütəxəssisləri bu mərkəzə gələrək ətirli iylərlə müalicənin üsullarını öyrənmişlər.



Geri dön

OpTiMiStKa

  • 15 fevral 2011 15:16
  • Məqalə: 23
  • Şərh: 375
  • Bal:
Melumata gore cox tesekkurler.

--------------------

фея

  • 5 dekabr 2010 23:27
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
tewekkur melumata gore

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Sergio Ramos

  • 5 dekabr 2010 14:18
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
məlumata görə təşəkkürlər

--------------------

Ulya

  • 5 dekabr 2010 13:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol melumata gore

Just For Legend

  • 5 dekabr 2010 13:44
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
etirleri cox sevirem,minnettaram xebere gore

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}