Rənglər

 
Rənglər

İsti rənglər(qırmızı , narıncı və sarı) fəallığı az olan ,

laqeyd adamlara çox enerji verir. Mavi , tünd sürməyi, bənövşəyi isəfəal adamların rəngidir.

Gündəlik həyatımız üçün rənglərin tə’siri barədə bə’zi şeyləri bilmək xeyirlidir.

***

Əsəb sistemi üçün ən əlverişli açıq, yumşaq, mavi , gümüşü , boz rənglərdir.

Qızılı sarı, yaşılı mavi, gümüşü boz rənglər rahatlıq və harmoniya hissiyatı yaradır.

Parlaq rənglər fəallığı artırır.Qırmızı , bənövşəyi , əsəb sistemini qıcıqlandırır , görməni zəiflədir.

***

İş , nahar və istirahət otaqlarını müxtəlif rənglərlə ayırmaq məsləhətdir.

İş otağı üçün boğuq rəngli üzlük və ya pərdə seçmək daha münasibdir.

Arıqlama fikrinə düşsəniz pəhrizə və digər müalicəyə ehtiyac yoxdur.

Bunun üçün mətbəxi sadəcə olaraq mavi rənglə boyamaq kifayətdir.

Söhbət otağın müxtəlif rəngli üzlüklərlə bəzəmək məsləhət deyil.

Bu , gözləri sonra isə bütün bədəni yoracaq, pis əhval-ruhiyyə yaradacaqdır.

Belə halın baş verməməsi üçün həmin otağı mavi və yaxud gümüşü yaşıl rənglə

rəngləmək və ya üzlük çəkmək münasibdir. Arxasında oturub işlədiyiniz stolun

üstünə qərənfil, qızılgül və hər hansı bir parlaq gül qoysanız,

dərhal enerjinizin artdığını, beyninizin necə fəal işlədiyini hiss edəcəksiniz.

***

Rəngli işıqlara da diqqət yetirmək lazımdır. Yaşıl və ya digər rəngdə şüşəsi olan

lampa iş üçün münasib deyil. Ən münasibi işıqlı və parlaq lampalardır.

Müxtəlif işıqlanma zamanı (təbii və sun’i)otağın necə görünməsi nəzərə alınmalıdır.

Çünki interyer, onun çalarları, rəngi əhval –ruhiyyəyə , iş qabiliyyətinə və səhhətə tə’sir göstərir.

***

Rengin daha bir xüsusiyyətini bilmək xeyirlidir. Bu sizə çox şeyi aydınlaşdırıb izah edə bilər.

Məsələn: səma rənginə biganə adam hər şeyə qadir olmaq təssüratı yaratmaq istəyir.

Həqiqətdə isə o inamsızlıq nümunəsidir. Göy rəng təmizliyi, xeyixahlığı,

nisbətən qəmgin təbiəti, sevməyə ehtiyacı , inamlılıq hissini cəmləşdirən adamın rəngidir

Boz rəngi quru təbiətli, inamsız , ağır düşüncəli adamlar üstün tuturlar.

Qırmızı rəng ehtiraslı , cür’ətli , iradəli , ünsiyyətli, tez coşan , lakin xeyirxah adamlarn rəngidir.

Narıncı rəng intuisiyaya güclü meyilli , xəyalpərəst adamları fərqləndirir.

Qəhvəyi rəng möhkəm dayanan , ailəsini sevən adət və ən’ənələrə hörmətlə yanaşan

adamlar üçün xarakterikdir. Bu rəng xudpəsəndlərdə igrah hissi doğurur.

Sarı rəngi təmkinli , sakit təbiyətli, intellektual adamlar sevirlər.

Belə adamlar şəraitə asanlıqla uyğunlaşır, diqqəti özünə cəlb etməyi bacarır.

Cəhrayı rəng həyat rəmzidir. Sevgi və xeyirxahlığı, hər şeyə sevinmək bacarığını təsdiq edir.

Rəng terapeyasına uyğun olaraq tibb mütəxəssisləri müalicəvi təsirə malik olan

eynəklər yaratmışlar.Onlardan istifadə etmək tamamilə fərdi xarakter daşıyır.

Çünki müxtəlif rəngli şüşələrin gözün qlafanına və onun vasitəsilə beyin

yarımkürəsinətəsiri olduqca fərdidir. Məsələn : tonusu , əhval-ruhiyyəni qaldırmaq

ötrü bəziləri cəhrayı eynəkdən istifadə etməlidir.

Başqa birinə isə göy , yaxud yaşıl eynək lazımdır.

Rənglərin “ dilini” bilmək necə deyərlər , onlarla danışmağı bacarmaq

səhhətinizə və gündəlik həyat tərzimizə yüngüllük gətirir, bizə rahatlıq bəxş edir.


Geri dön

GlamouR_

  • 15 iyun 2011 14:06
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
xebere gore tesekkurlerrrrrrrr

--------------------

фея

  • 5 dekabr 2010 23:07
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
cox saqol melumat ucun

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Sergio Ramos

  • 5 dekabr 2010 14:04
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
mArAqLı xəbəRdi...
təşəkkür

--------------------

Ulya

  • 5 dekabr 2010 13:50
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox sagol.

Just For Legend

  • 5 dekabr 2010 12:45
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
lap resm drsi yazima dusduçyene de cox sag ol xebere gore

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 84
Cəmi: 107

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 65
Cəmi: 242
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 879
 
Limon qoxusu
Xəbərləri: 60
Cəmi: 83
 
Nergiz__Sirinova
Xəbərləri: 31
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
Lmzade
Xəbərləri: 28
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}