"BAKCELL" ABUNƏÇİLƏRİ ALDADIR?!

 
"BAKCELL" ABUNƏÇİLƏRİ ALDADIR?!


Mobil operatorun "SevinCin" tarifi istifadəçilərin narazılığına səbəb olub

“Bakcell”in istifadəçilərinə son təklif etdiyi “SevinCin” tarif paketi bəzi abunəçilərin etirazına səbəb olub. Bu tarif paketinin özəlliyi bütün istiqamətlərə eyni qiymətlə danışa bilməkdir. Kampaniyaya qoşulmaqla bağlı saytda ətraflı məlumat yerləşdirilib; nə qədər kontur çıxılacaq, hansı istiqamətlərə danışmaq mümkün olacaq, ay ərzində gələn hədiyyə konturlardan istifadə etmək üçün 2 AZN dəyərində kontur yükləmək və s. Amma xidməti deaktiv etmək üçün saytda heç bir məlumat yoxdur.

Vəkil İradə Cavadova da həmin tarif paketinə qoşulanlar sırasındadır. O, “Bakcell”in “SevinCin” tarifinin istehlakçıların hüquqlarını pozduğunu söyləyir. Onun sözlərinə görə, istehlakçılar arasında ona şirkətlə bağlı şikayət edənlər olub. Amma problemlə özü qarşılaşandan sonra bu məsələni mediaya çıxarmağı vacib bilib: “Bakcell”dəki “SevinCin” tarifində olan anlaşılmazlıqlar və istehlak hüquqlarının pozulması ilə bağlı mənə bəzi istehlakçılar müraciət etmişdi. Amma bu şikayətlər şifahi olub. Telefon zəngi ilə baş verib. Şikayətlərin sayının günü-gündən artması, mənim də həmin tarif paketinə qoşulmama səbəb oldu. Daha öncə isə “Bakcell”dən mənə də bu tarif paketi ilə bağlı ismarıc gəlmişdi ki, belə bir sərfəli danışıq tarif paketi var. Sonda isə tarifə qoşulma haqqı 900 kontur yazılmışdı. Həmin tarifə qoşulandan sonra sms göndərəndə 12 yox, 15 kontur çıxılmağa başladı. Sonra mənim 5 sevimli nömrəm var idi. Onlar da ləğv olundu. Halbuki əvvəllər həmin insanlarla yarı faiz aşağı qiymətlərlə danışırdım. Digər istiqamətlərdə danışıqlara xeyri olsa da, itirdiklərin daha çox olur”.

"İstehlakçının “Bakcell”ə çatımı çox çətindi"

İ.Cavadova deyir ki, bu tarif paketindən çıxmaq üçün “Bakcell” istehlakçıya heç bir məlumat vermir: “İstehlakçılar mənə müraciət edəndə demişdilər ki, bu tarif paketini ləğv edə bilmirik. Saytlarında bu haqda məlumat yoxdur. Mən özüm də “Bakcell”in saytına daxil oldum. Həqiqətən də bu xidməti deaktiv etmək üçün heç bir məlumat yox idi. Sonda “Bakcell”ə zəng vurmaq məcburiyyətində qaldım. Haradasa 19 dəqiqə xətdə gözləyəndən sonra operatorla danışa bildim. İstehlakçının “Bakcell”ə çatımı çox çətindi. Operator özü də dedi ki, “bəli, bu paket hər kəsə sərf etmir. Ancaq siz mütəmadi başqa operatorlarla danışırsınızsa o zaman sizə sərf edər. Bu tarifə qoşulmaqla siz 5 sevimli nömrənizi də itirirsiniz”. Amma şərtlərin içində bunların heç biri qeyd olunmamışdı. Sonda o, mənə bu tarif paketindən çıxmaq üçün kodu dedi. Onu da vurğuladı ki, tarif paketindən çıxmaq üçün də 900 konturumdan keçməliyəm”.

"Tarif paketindən ayrılmaq xidmətə daxildir?"

“Bakcell” xidməti deaktiv etmək üçün də 900 kontur tələb edir. İradə xanım bu məsələyə də münasibətini bildirdi: “Abunəçi hansısa tarif paketinə qoşulursa, xidmət müqavilində balansından kontur çıxıla bilər.Yox, əgər tarif paketindən ayrılırsansa, bu da xidmətə daxildir? Mən hesab edirəm ki, bu cür hərəkət istehlak hüququnun kobud şəkildə pozulmasıdır. Çünki saytda şərtlər açıqlanmır ki, xidmət üçün bu qədər pul çıxılır, deaktiv etmək üçün isə bu qədər. Bu kampaniyalar istehlakçını asılı vəziyyətdə saxlayır. Həm insanın konturu gedir, həm çıxmaq üçün kodu tapmır, zəng edir hövsələsi çatmır gözləməyə, əsəbləri pozulur, vaxtı gedir və sonda da həmin xidmətdən çıxmaq üçün də kontur çıxılır”.

Problemlə bağlı “Bakcell”ə əlaqə saxlamağa cəhd göstərilsə də, sualları cavablandıran olmayıb. Şirkətin saytında isə şikayətçinin dediyi kimi, tarif paketinə qoşulmaq üçün 900 kontur çıxıldığı yazılsa da, deaktiv etmək üçün də kontur çıxmaq lazım gəldiyi qeyd olunmayıb.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:31
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
coxx saqolun yazan elleriviz var olsun

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

GuNaY_85

  • 16 yanvar 2012 20:26
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
Bakcell yekdi ve tekdi tongue

samir_252

  • 1 may 2011 19:57
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
TEŞEKKÜR EDİREM!

CandyGirl

  • 5 dekabr 2010 20:59
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
bakcell dən xosum gelmir

--------------------

SerSeRi_RuzGaR

  • 5 dekabr 2010 14:58
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
MeND BasKSeLLLLLLLLL YeKdI BaKSeLL

--------------------
<<<$aLunKa>>>

Made_In_Bakinka

  • 5 dekabr 2010 14:47
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
aa mende Bakselem... (vaxsell) wink

AYKA-93

  • 5 dekabr 2010 14:31
  • Məqalə: 2
  • Şərh: 85
  • Bal:
{awards}
men de bakcelldi. serf edir mene. eladi

Ulya

  • 5 dekabr 2010 14:30
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

Sergio Ramos

  • 5 dekabr 2010 14:24
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
məNdə Azərcelldi...

--------------------

Just For Legend

  • 5 dekabr 2010 14:21
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
he bax burda uje pis eliyib de bakcell

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}