Natavan Həbibi Bakı küçələrində insanları şoka salacaq

 
Natavan Həbibi Bakı küçələrində insanları şoka salacaq


Müğənni "Fləşmob" oyununa qoşulur

Azərbaycan estradasının populyar simalarından olan müğənni Natavan Həbibi dünyada məşhur əyləncəli şəbəkə hesab olunan "Fləşmob" (“Flashmob”) oyununa qoşulur. Bu barədə müğənninin yaxın dostu, rejissor, eləcə də bu layihənin rəhbəri və təşkilatçısı Zöhrab Ağayev məlumat verib. Onun sözlərinə görə, layihəni müğənni ilə birlikdə onun 100-ə yaxın fanatı və bir neçə məşhur həmkarları həyata keçirəcək:

"Natavanın 50 - 100 nəfər fanatı arasında keçiriləcək flashmob “Nata” adlanır. Burada onun fanatları paytaxtın mərkəzi küçələrində sakinləri heyrətə gətirəcəklər. 100 nəfərə yaxın fanat bir-birilərini tanıdıqlarını gizlətməyə çalışacaqlar. Onların hər biri eyni anda yerə yıxılaraq, Natavanın mahnısını ifa edəcəklər. Paytaxt sakinləri bu mənzərənin şahidi olan zaman şoka düşəcəklər".

Zöhrab bildirib ki, flashmob oyunu təkcə Natavanın fanatları ilə bitməyəcək. Layihənin ikinci heyrətedici hissəsi isə “Frut Stars” (“meyvəli ulduzlar”) adlanır: "Burada Natavan və yalnız onun məşhur dostları iştirak edəcəklər. Biz artıq bura bir neçə tanınmış simaları dəvət etmişik. Onların sırasında müğənni Ramal İsrafilov, Kamilə Babayeva, model Valida Abbasova və bir çox gənc aktyor və aktrisalar var. Onların əsas işi, sanki bir-birlərini görmədiklərini nümayiş etdirməkdir. Onlar paytaxtın mərkəzində yerləşən metro stansiyasının dörd bir ətrafına toplaşaraq əllərinə meyvə alıb, telefon kimi istifadə edəcəklər. Natavan da qulağına hər hansı bir meyvəni qoyub, guya telefonla danışdığını nümayiş etdirəcək. Ancaq əsası odur ki, baş verən hər bir hadisə hər kəs arasında eyni vaxtda həyata keçsin. Düzdür, ətrafdakı insanlar buna inanmayıb, dəli olduqlarını da zənn edə bilərlər. Bundan sonra onlar hər biri eyni anda 5 dəqiqəlik donub qalacaqlar. Sanki heykəl olacaqlar... İndi siz təsəvvür edin ki, ətrafdakı insanlar nə fikirləşəcəklər. Bəziləri zənn edəcək ki, yəqin, artıq dünyanın sonu gəlib".

Zöhrab onu da qeyd etdi ki, baş tutacaq "flashmob"u bazar ertəsi keçirməyi nəzərdə tutublar. Burada gizli kameralar da quraşdırılacaq və Natavanın bu "oyunu" sakinlərdən gizli çəkiləcək. Layihə müəllifi onu da əlavə etdi ki, bu ilin sonunadək onlar bu cür "flashmob"lar hazırlayıb, rayonlara da üz tutacaqlar.

Qeyd edək ki, Avropada məşhur simalardan "flashmob"u təşkil edən ilk xanım Viktoriya Bekhem olub. Onun şəxsi komandası hələ də bu cur layihələri həyata keçirirlər. Viktoriyadan başqa buna xüsusi maraq bəsləyən digər bir xanım, müğənni Britni Spirsdir. Onun da öz flashmob komandası var. Azərbaycanda isə bunu ilk dəfə Natavan həyata keçirmək istəyir. Müğənni digər dünya ulduzları kimi Müəllif Hüquqlarında rəsmi qeydiyyatdan keçməyi düşünür. "Flashmob"la bağlı daha bir maraqlı məqam yaşanıb. Amerikada məşhur müğənni Madonna da bu şəbəkəyə qoşulub. Lakin onun komandası uğursuzluqla qarşılaşıb. Belə ki, onlar öz "flashmob"larını həyata keçirən zaman yaşlı bir kişi qəfil gördüyündən şoka düşərək, dünyasını dəyişib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:54
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Milawka

  • 6 dekabr 2010 11:20
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
hmmmm maraqlidi yawayariq gorerik

Ulya

  • 6 dekabr 2010 00:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

Just For Legend

  • 5 dekabr 2010 21:28
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

CandyGirl

  • 5 dekabr 2010 20:47
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
bir sen qalmamisdin qosulasan

--------------------

Sergio Ramos

  • 5 dekabr 2010 20:34
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bu oyunda iştirak etmək maraql olardı

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}