Nə yaxşı sən varsan, sevirəm səni

 
Nə yaxşı sən varsan, sevirəm səni

Baba Vəziroğlu - Nə yaxşı sən varsan

Gözlərim əbədi gözünə həsrət,
Qulağım bir şirin sözünə həsrət,
Özüm bu dünyanın özünə həsrət,
Nə yaxşı sən varsan, sevirəm səni.

Bilmirəm gözlərin necədir senin ?
Saçların bir zulmət gecədir sənin,
Bilmirəm yaşını neçədir sənin,
Nə yaxşı sən varsan, sevirəm səni.

Nə yaxşı sən varsan, sevirəm səni

Çətin yollar keçdim, yaman yoruldum,
Sevgi bulağından içdim, duruldum,
Mən səni görmədim, səne vuruldum,
Nə yaxşı sən varsan, sevirəm səni.

Sən hardan gəlirsən, yolun haradır ?
Bəlkə də ürəyin, qəlbin yaradır,
Bəlkə taleyimtək saçın qaradır,
Nə yaxşı sən varsan, sevirəm səni.

Nə yaxşı sən varsan, sevirəm səni

Bircə yol üzünə görməsəm də mən,
Yolunda bircə gül dərməsəm də mən,
Könül açıb, könül verməsəm də mən,
Nə yaxşı sən varsan, sevirəm səni.

Dünya dağılmazki sən mənim olsan,
Gəlib ürəyimi, könlümü alsan,
Bəlkə bir yuxusan, şirin xəyalsan,
Nə yaxşı sən varsan, sevirəm səni.

Nə yaxşı sən varsan, sevirəm səni

Sənə olan sevgim könül səsimdir,
Bir xəzan çağında yaz həvəsimdir,
Bilirəm,sən varsan mənim bəsimdir,
Nə yaxşı sən varsan, sevirəm səni.

Mən yelkənsiz qayıq, sən uzaq ada,
Sən at belindəsən, mənsə piyada,
Bircə təsəllim var mənim dünyada,
Nə yaxşı sən varsan, sevirəm səni...

Nə yaxşı sən varsan, sevirəm səni


Geri dön

:(

  • 10 noyabr 2012 13:51
  • Məqalə: 0
  • Şərh: 536
  • Bal:
Mən yelkənsiz qayıq, sən uzaq ada,
Sən at belindəsən, mənsə piyada,
Bircə təsəllim var mənim dünyada,
Nə yaxşı sən varsan, sevirəm səni...


--------------------
---Oglanlar eziyyet cekib dostlug atmasin,qebul elemiyecem =))---

love emo

  • 8 noyabr 2012 22:46
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Sitat: _ProBleMkA_
Çətin yollar keçdim, yaman yoruldum,Sevgi bulağından içdim, duruldum,Mən səni görmədim, səne vuruldum,Nə yaxşı sən varsan, sevirəm səni.

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

classic_guiter_girl

  • 6 noyabr 2012 16:40
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Sən hardan gəlirsən, yolun haradır ?
Bəlkə də ürəyin, qəlbin yaradır,
Bəlkə taleyimtək saçın qaradır,
Nə yaxşı sən varsan, sevirəm səni.

solnuska

  • 6 noyabr 2012 00:02
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Dünya dağılmazki sən mənim olsan,
Gəlib ürəyimi, könlümü alsan,
Bəlkə bir yuxusan, şirin xəyalsan,
Nə yaxşı sən varsan, sevirəm səni.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

m.gulshen

  • 5 noyabr 2012 23:39
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
tesekkur cox gozel seirdir

ShoKKi_MoKKi

  • 5 noyabr 2012 22:41
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
superdi.. tesekkur..

--------------------

come back

  • 5 noyabr 2012 22:07
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Bircə yol üzünə görməsəm də mən,
Yolunda bircə gül dərməsəm də mən,
Könül açıb, könül verməsəm də mən,
Nə yaxşı sən varsan, sevirəm səni. recourse

tewekkurler cox gozel weirdir.

Demi Love

  • 5 noyabr 2012 19:52
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
Çətin yollar keçdim, yaman
yoruldum,
Sevgi bulağından içdim,
duruldum,
Mən səni görmədim, səne
vuruldum,
Nə yaxşı sən varsan, sevirəm səni.
Sən hardan gəlirsən, yolun
haradır ?
Bəlkə də ürəyin, qəlbin yaradır,
Bəlkə taleyimtək saçın qaradır,
Nə yaxşı sən varsan, sevirəm sən

aksana1993

  • 5 noyabr 2012 19:47
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
BACI GOZEL SEIRDIR ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

ღ★Diamond★ღ

  • 5 noyabr 2012 18:56
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Sən hardan gəlirsən, yolun haradır ?
Bəlkə də ürəyin, qəlbin yaradır,
Bəlkə taleyimtək saçın qaradır,
Nə yaxşı sən varsan, sevirəm səni.

TAYNA VOSTOKA

  • 5 noyabr 2012 18:04
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Gözlərim əbədi gözünə həsrət,
Qulağım bir şirin sözünə həsrət,
Özüm bu dünyanın özünə həsrət,
Nə yaxşı sən varsan, sevirəm səni.

--------------------

Music Star

  • 5 noyabr 2012 17:59
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
tewekkur super paylawimdir winked

--------------------

fatimeyinur

  • 5 noyabr 2012 17:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
love
Nə yaxşı sən varsan, sevirəm səni

..::MisS DioR::..

  • 5 noyabr 2012 17:48
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}

Bilmirəm gözlərin necədir senin ?
Saçların bir zulmət gecədir sənin,
Bilmirəm yaşını neçədir sənin,
Nə yaxşı sən varsan, sevirəm səni.

babickanin cani saqol olsun.geseng seir yazib..cox beyendim tesekkur edirem,,

--------------------

GuNaY_83

  • 5 noyabr 2012 17:43
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}

Sənə olan sevgim könül səsimdir,
Bir xəzan çağında yaz həvəsimdir,
Bilirəm,sən varsan mənim bəsimdir,
Nə yaxşı sən varsan, sevirəm səni.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}