QOÇLARIN saatları ikilikdə romantik gəzintilərə, teatr premyeralarına və ziyafətlərə köklənibdir. Siz həyat yoldaşınızla birlikdə çoxdan bəri diqqət mərkəzindəsiniz. Bu ay hətta bədxahlarınız belə ittifaqınızın möhtəşəm və gözəl olduğunu etiraf edəcəklər. Subayların şəxsi həyatında isə tam sakitlikdir. Kədərlənməyin. Sakit suları təlatümə gətirmək, həyatınızı əsl atəşfəşanlığa çevirmək bir o qədər də çətin deyildir. Sizdən yalnız tənhalığınızın mənasızlığını dərk edib, yolunuzu intizarla gözləyən namizədləri saf-çürük etmək tələb olunur. İşdə çox ciddi məsələləri həll etməli, bədxahlarınızla az qala ölüm-dirim savaşına girməlisiniz. Sizə elə gəlir ki, maddi problemlərin içində batıb qalmısınız. Lakin ulduzların sizə rəğbəti sonsuzdur. Bunun sayəsində aydan arı, sudan duru olacaq, hətta sanballı qazanc əldə edəcəksiniz.
Ailəvi BUĞALAR hakimiyyəti öz əllərinə almalıdırlar. Maraqlı budur ki, həyat yoldaşınız vəziyyətin belə olmasına əsla etiraz etmir. Görünür, gözəl ailə başçısı olduğunuzu qəbul edir. Tənha səyyahların ürəyi isə bomboşdur, hərçənd həmişə diqqət mərkəzindədirlər. Tezliklə əmin olacaqsınız ki, sizi ürəkdən sevən dostların əhatəsindəsiniz. İşdəki çətinliklər mübarizə əzminizi gücləndirir. Siz erudisiyanız, düşüncə və qəlbiniz genişliyi ilə düşmənlərinizi iflic vəziyyətinə salır, dostlarınızın sayını artırırsınız. Lakin uğurlarınızın möhtəşəmliyinə baxmayaraq, bu ay bir qədər maliyyə çətinlikləri ilə üzləşə bilərsiniz, çünki son vaxtlar düşünülməmiş yatırımlar etməyə meyllisiniz.
Artıq evlilik zənciri ilə buxovlanmış ƏKİZLƏR Otellosayağı qısqanclıq hissləri keçirirlər. Siz tərəf-müqabilinizin sədaqətsiz olduğuna dair sübutlar axtarırsınız, lakin unutmayın ki, bir-birini əvəzləyən qısqanclıq səhnələri ilə onu özünüzdən soyuda bilərsiniz. Ailədə əmin-amanlıq istəyirsinizsə, bütün şübhələrinizi pis yuxu kimi unutmalısınız. Subaylar həqiqi məhəbbət axtarışındadırlar. Axtarışlarınız səmərəsiz deyildir və artıq hədəfə alınmısınız. Qalan məsələlər zamanın işidir. Siz işinizdən əsl zövq alırsınız. İndiki vəzifənizin çərçivəsindən artıq kənara çıxmısınız. Lakin aldığınızı təklifləri əməlli-başlı incələməmiş, köhnə müqaviləni yırtıb atmağa tələsməyin. Yenilik heç də həmişə irəliləmək deyildir, bəzən insanı geriyə atan bir addımdır. Üstəlik, qarşıda sizi müəyyən maliyyə çətinliklərinin gözlədiyi bir vaxtda.
Müdrik XƏRÇƏNGLƏR heç vaxt boşanmaq barədə düşünmürlər. Tərəf-müqabiliniz isə əksinə bu addımı atmağa tam hazırdır. Sakitləşin, vəlvələyə düşməyin: o, tezliklə öz fikrini dəyişdirəcəkdir. Tənha səyyahlar hələ də tərəddüd içindədir və sevənlərinin bir qismini itirirlər. Əvəzində işdə karyera sıçrayışı etmək üçün bütün yollarınız açıqdır. Rəhbərlik məharətlə danışıqlar aparmaq bacarığınıza görə sizi yüksək qiymətləndirir. Buna baxmayaraq, ehtiyatlı olun. Bankiriniz hesablarınıza bir qədər şübhə ilə yanaşır. Xərclərinizi azaltmağınız məsləhətdir.
ŞİRLƏRİN ailəsində tam harmoniyadır. Sizə ömür-gün yoldaşınızdan başqa heç kəs lazım deyildir. Bir-birinizə can deyib can eşidirsiniz. İslahedilməz fərdiyyətçilərin isə imkanları genişdir. Uzunmüddətli və ya ani sürən münasibətlərdən tutmuş dostluğa söykənən məhəbbət, Afrikasayağı ehtiraslaradək hər növ münasibət mümkündür. Sanki Ələddinin sehrli çırağını sürtürmüşsünüz kimi ürəyinizdən keçən hər şey gerçəkləşir. İstəyirsinizsə, məğrurcasına tənhalığınızı yaşaya da bilərsiniz. İşdə vəzifənizin artırılmasını tələb edə bilərsiniz. İş yerini dəyişdirmək istəyənlər isə nüfuzlu firmaları gözdən keçirə bilərlər. Sizi mütləq uğur gözləyir.
QIZLARDA elə hiss yaranıb ki, həyat yoldaşları ilə ümumi dil tapa bilmirlər. Bəs tərəf-müqabilinizi başa düşdüyünüzə əminsinizmi? Ümidinizi itirməyin, problemləri sakit şəkildə həll etməyə çalışın. Subaylar ehtiras təlatümlərindən o qədər sarsılıblar ki, dostluq münasibətlərinə üstünlük verirlər. İstənilən halda dostluq rəğbətin, bəlkə də məhəbbətin ən etibarlı dayağıdır. İşdə çoxlu qüvvə sərf etdiyiniz layihəni yerindən heç cür dəbərdə bilmirsiniz, çünki işgüzar tərəfdaşlar öz vədlərinə əməl etmirlər. Ruhdan düşməyin, vəziyyətdən elə məharətlə çıxacaqsınız ki, özünüz də məəttəl qalacaqsınız. Sərmayə yatırımlarınız ilə həm özünüzü, həm də yaxınlarınızı sevindirəcəksiniz.
TƏRƏZİLƏR yeknəsəqlikdən və sakit həyatdan beziblər. Ehtiyatlı olun. Həyatınızı sərin mehlə rövnəqləndirmək cəhdiniz ömür-gün yoldaşınızı şübhəyə salıb, incidə bilər. Romantik qəhrəmanlarının axtarışından usanıb, ümidlərini üzən subaylar gözlənilmədən hisslərinin coşduğunu hiss edəcəklər. Ulduzlar bu bürcün incə ruhlu nümayəndələrinə uğurlar vəd edirlər. Siz islahatlara və yenidənqurma işlərinə başlayırsınız. Maliyyə imkanlarınız buna rəvac verir. Daşınmaz əmlak almaq istəyiniz real cizgilər əldə edəcəkdir.
ƏQRƏBLƏR həyat yoldaşlarının qəlbinə dəyməməyə çalışırlar. Çox dərindən düşünülmüş düzgün hərəkətdir! Məhz buna görə ideal tərəf-müqabil tapmısınız. Lakin cazibədar olmaq çox vaxt ömrün sonunadək xoşbəxtlik hissi deyil, məyusluq hissi doğurur. Subaylar sanki çəkisiz bir vəziyyətə düşüblər, ruhları isə buludlara yol açır. Hiss edirsiniz ki, çoxdan gözlədiyiniz səadət lap yaxınlığınızdadır. İşdə ən çətin sahəni sizə etibar ediblər, ən çətin işin öhdəsindən gəlmək iqtidarında olduğunuzu yaxşı bilirlər. Siz nə məsuliyyətdən, nə də çətinliklərdən qorxursunuz. Hətta maliyyə riskinə getməyə hazırsınız və yanılmırsınız. Risk tamamilə özünü doğruldur və son nəticədə bol qazanc əldə edirsiniz.
Gündəlik həyatın qayğıları ailəvi OXATANLARIN əhvalını pozur. Gərginlik qar topası kimi artır. Stop: başlıcası ailə və evdir, qalanları ikinci dərəcəli məsələlərdir. Subaylar bu ay ən alınmaz qalaları müqavimətsiz fəth edirlər. Yüngül qələbə hətta darıxdırıcı gəlir. Əvəzində işdə darıxmağa vaxt yoxdur. Rəhbərlik sizdən mümkünsüzü mümkün etməyi tələb edir, lakin zəhmət haqqınızı ödəməyə hazırlaşmır. Soyuqqanlılığınızı qoruyub saxlasanız, cızığınızdan çıxmasanız, maliyyə fəlakətindən yaxanızı qurtara bilərsiniz.
ÖĞLAQLAR özlərinə qapanıb qalıblar. Həyat yoldaşınız susqunluq divarını uçurmaqda acizdir. Aydın səmanın üzünü qara buludlar almaqdadır. Diplomatik danışıqlara başlamaq vaxtı gəlib çatıbdır. Bu arada fərdiyyətçilər arzularını gerçəklik kimi qəbul edirlər. Göydən yerə enin. Ola bilsin, buralar bir o qədər romantik deyildir, amma hər halda xoş hadisələr də baş verir. Bəs, işdə yaranmış gərgin vəziyyətin öhdəsindən necə gəlməli? Özünüzü itirmisiniz və düzgün davranış strategiyası seçə bilmirsiniz. Yeni iş axtarışlarına çıxmağınız istisna olunmur. İndi baha şeylər almağın heç yeri deyil.
Ailəvi DOLÇALAR yaxınlarının işləri ilə məşğul olacaqlar. Addımınızı basdığınız yerə harmoniya gətirirsiniz. Müstəqil səyyahları müstəsna bir görüş gözləyir. İşdə bütüm təşəbbüsləriniz uğurla nəticələnir. Rəhbərlik istedadınızı yüksək qiymətləndirir. Vəzifənizin artırılacağı, xarici ezamiyyət və ixtisasartırma kursları istisna deyildir. Gəlirləriniz artdıqca, əhvalınız da yüksəlir.
BALIQLAR ömür-gün yoldaşları ilə ümumi dil tapmağa çalışırlar və bu da ən düzgün yoldur.
Ailə sirlərini dostlara və qonşulara danışıb, onların sizə acımasına yol verməyin. Ailədə əmin-amanlıq vasitəçilərin köməyi ilə deyil, bir-birinizə güzəştə getmək bacarığı sayəsində əldə olunur. Bu arada subaylar özlərini tərəf-müqabillərinin yaddaşında heç bir iz buraxmayan yüngül buludlara bənzədirlər. Halbuki işdə isə hamını özünüzə aşiq edirsiniz.
Cazibəniz qarşısında heç kəs davam gətirə bilmir. Amma flirt etmək sizin üçün sırf peşəkar məqsəd daşıyır. Sizin cazibənizin təsiri altına düşənlər layihələrinizin reallaşmasına kömək edir, sabir gəlir əldə etməyinizə şərait yaradırlar. Təbii ki, sabit gəlir intizarındasınız.
Sıfırların sayının başgicəlləndirici sayda olmasına baxmayaraq, başınızı itirməyəcəksiniz.

Milli.Az