Benjamin Franklin + Aforizmləri

 
Benjamin Franklin + Aforizmləri

Benjamin Franklin 1707-ci ildə Bostonda dəmirçi ailəsində böyümüşdür.

13 yaşından tipoqrafiyada işləməyə başlamışdır.Artıq 16 yaşına çatanda

özünün yerli qəzetlərdə məqalələri çıxmağa başlayır.Lakin Boston ona

cansıxıcı gəldiyindən o Pensilvaniyaya—Filadelfiya şəhərinə gəlir.

Orada özünə çox böyük şöhrət qazanır və Filadelfiya qubernatoru tərəfindən

Londona göndərilir.Bir çoxları bilməsə də məhz Bencamin Franklin tərəfindən

dünyada ilk dəfə olaraq öz üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə

malik olan klub yaradılmışdır.Həmin dövr üçün bu,görünməmiş addım idi.

Dövlət qulluğunda olduğu zaman ərzində 1743-cü ildə Amerika Fəlsəfə

cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı bu dahi şəxsiyyət olmuşdur.

Franklin bütün koloniya nümayəndələrinin iştirakı ilə konqressin çağırılmasının

ilk təşəbbüskarlarından olmuşdur.1757-1775-ci illərdə Franklin Şimali-Amerika

koloniyalarının Londonda təmsilçisi olmuşdur.Azadlıq Müharibəsi başlayan kimi

O öz vətəninə qayıtmışdır.Tezliklə Parisə yenidən nümayəndə kimi göndərilmişdir.

Onun xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerikan danışıqları

uğurla başa çatır.1783-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın

Amerikanı suveren və müstəqil olduğunu rəsmən tanıması da Franklinin

əməyinin nəticəsidir. Məhz O, müharibənin uğurlu sonluğunun və bugünki

qüdrətli Amerikan dövlətinin təməlini qoyan və dövlətin xarici düşmənlərini

neytrallaşdıran şəxsiyyət idi. 1785-ci ildə vətəninə qayıdanda qanunverici

yığıncağın prezidenti seçilir.Onun digər bir xidməti də ABŞ Konstitusiyasının

hazırlanması zamanı yaxından bu işdə köməkilk etməsi olmuşdur.

Onun dahiliyi həm də onda idi ki,o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil,

həm də alim kimi o dövrün ən məşhur simalarından idi. Belə ki,

müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları ilə bağlı

elmi yanaşmanın banilərindən biri də Bencamin Franklin olmuşdur.

Franklin, yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququnu

insanın təbii ayrılmaz hüquqlarından sayırdı. Onun elmi pamfletləri

və məqalələri əsasında günlərimizdə ən inkişaf etmiş dövlətlər insan

hüquqları sahəsində öz daxili strategiyalarını müəyyən edirlər.

Bütün bu əməllərinə və Bəşəriyyət qarşısında xidmətlərinə görə

BENCAMİN FRANKLİNİ DAHİ adlandırmağa dəyər.

* * * * *

Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.

* * * * *

Əgər boş vaxtının olmasını istəyirsənsə vaxtınl boş itirmə!

* * * * *

Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə

onun rəfiqələrinin yanında onu təriflə

* * * * *

Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!

* * * * *

Qürürlu insan həmişə qürürlu insana nifrət edir!

* * * * *

Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!

* * * * *

Həyatı sevirsənsə vaxtın boşa vermə - çünki həyat vaxtdan ibarətdir.

* * * * *

Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər

qazanc xatirinə düzgün insan olardılar!

* * * * *

Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır

* * * * *

Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq,

insan hər zaman rahatlıq və narahatlıq tapır!

* * * * *

Böyük impeiya - böyük piroq kimidir.

Qıraqlardan yemək daha asanddır!

* * * * *

Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!

* * * * *

Bir bu gün iki sabaha dəyər!

* * * * *

Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan

yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!

* * * * *

Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir ,kasıbçılıqla nahar edir,

yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!


Geri dön

_RONALDO_

  • 3 may 2011 21:25
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Cox maraglidi,tewekkurler

--------------------

nilayka

  • 19 fevral 2011 17:46
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Aforizmləri oxudum təşəkkür

--------------------

фея

  • 5 dekabr 2010 23:49
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
basa dusmedim niye? belay

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Sergio Ramos

  • 5 dekabr 2010 16:52
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Aforizmləri oxudum təşəkkür

--------------------

Just For Legend

  • 5 dekabr 2010 16:00
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
cox sag ol xeere gore

--------------------

romantikim

  • 5 dekabr 2010 16:00
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Arada bir dəfə Həsən bəy Zərdabinin həyatından da yazın nolar

Ulya

  • 5 dekabr 2010 15:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli yazidi.twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}