21 Dekabr 2012

 
21 Dekabr 2012

21 Dekabr 2012

Son Saatın vaxtını (hər kəsdən) gizli tutsam da, hər kəsə etdiyinin qarşılığı verilsin deyə Son Saat mütləq gələcək
(Taha, 15)

Bu gün Dünya gündəminin ən aktual xəbərlərindən biri “Qiyamət” hadisəsidir. İnsanlar 21 dekabrda baş verməsi təxmin edilən "qiyamət"in olub olmayacağını düşünür və mayaların verdiyi bu “dəqiq xəbərdən” narahatdırlar.

Halbuki onları yaradan, yer üzündə xəlifə edən Allah 14 əsr öncə insanlığa göndərdiyi son Kitabında bir gün hər şeyin bitəcəyini, hər kəsin əməllərinə görə hesaba çəkiləcəyini söyləmişdi. İnsanlığın həşr (yenidən dirilməsi) olunması üçün qiyamətin qopması labüddür və sura ilk üfürülüş bu müdhiş və olduqca qorxulu hadisəni reallaşdıracaq.

Qiyəmət gec-tez mütləq qopacaq. Bunu kimsə inkar edə bilməz. Lakin insanların əksəriyyətinin bunu məhz indi “düşünməsi” olduqca təəccüblüdür.

Niyə?

14 əsr öncə Allahın verdiyi xəbərə qarşı bu qədər biganə olan insanları mayaların verdiyi xəbər niyə bu qədər qorxudur? Allah daha öncə bunu söyləməmişdirmi? Bütün İlahi Kitablar bunu söyləmirdilərmi? Allah Rəsulu bunu təbliğ etməyibmi?...

Niyə məhz indi? Çünkü zaman çox yaxındır. Halbuki, Allah 14 əsr öncə o gündən danışarkən “sabah qopacaq” deyərək qiyamətin reallaşacağının sabah qədər yaxın olduğuna vurğu vurmuşdur. Allahın sabahını uzaq görənlər mayaların 21 dekabrını yaxın görürlər.

Çünki onlar Allaha deyil, insanlara iman etmiş, Allahın elminə və gücünə deyil insanların elminə arxayın olmuşdular. Bir həkimin “bir ay sonra öləcəksən” xəbərinə daha çox güvənən insan, Allahın “hər kəs ölümü dadacaq”, “Bizə döndəriləcəksiniz”... xəbərdarlıqlarına daha az güvənir, ölümü, qiyaməti çox uzaq bir gələcək hesab edir.

Halbuki həm “öləcəksiniz” deyərkən həkimlər, həm “dünyanın sonu gələcək” deyən mayalar sadəcə və sadəcə Allahın söylədiyini söyləyirlər.

Həkimlərə, mayalara Allahdan çox güvənənlər “hesab verəcəklərini inkar edənlərdir”. Çünki Allah, “qiyamət siz əməllərinizə görə hesab verəsiniz deyə gələcək. Sizi sorğu-suala tutmaq üçün Son saat olacaq” deyir. Mayalar isə insanlığın hesaba çıxarılacaqlarını söyləmirlər. Onların söylədikləri “yığdıqlarınızı 21 dekabr 2012 qədər yeyin, için, əylənin. Dünyanın sonu gəlir. Son fürsəti qaçırmayın” mesajıdır...

Qiyamət əvvəl axır qopacaq. Bu dəyişməsi mümkün olmayan həqiqətdir. Bunu idrak edən "ağıl sahiblərini" bir də o günün nə zaman baş verəcəyi maraqlandırır.

Hə zaman?

Qiyamət nə zaman qopacaq?


Ağıllı” mayalar dəqiq tarix verirlər. 21 dekabr 2012 – ci il, saat 12.11 də.

Allah isə bu tarixi kimsəyə bildirmədiyini, bunu sadəcə Özünün bildiyini söyləyir:

(Ey Peyğəmbər!) Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. Sən onu bilə bilməzsən. Onun nə zaman olacağını sadəcə Rəbbin bilir. Sən sadəcə onun əzəmətindən qorxanlara (bunu) xatırladansan.
(Nazirat, 42-46)

Bu qiyamət dediyin hadisə nə zamandır?

O gün gözlər bərələcək, ay sönüb gedəcək, çünki günəş və ay birləşəcək, insanoğlu o gün belə deyəcək: "Hara qaçaq?" Yox heç bir sığınaq yoxdur. O gün dönüş sadəcə Rəbbinədir. O gün insana nəyi öncələdiyi, nəyi axıra saxladığı bir-bir xəbər veriləcək. İnsan özü-özünə şahid olacaq. Fərqli bəhanələri olsa da...
(Qitamət, 6-15)

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini (körpəsini) unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanlar sərxoş olmadıqları halda sən onların sərxoş kimi olduqlarını görəcəksən, Lakin Allahın əzabı daha şiddətlidir
(Həcc, 1-2)

Qiyamət necə baş verəcək?

"Günəş sarıldığında, ulduzlar töküldüyündə, dağlar yürüdüldüyündə, doğuma yaxın dəvələr tərk edildiyində, bütün vəhşi heyvanlar bir yerə toplanacağı zaman, dənizlər qaynadıldığında, bütün insanlar təsnif edildiyində..."
(Təkvir, 1-7)

Yer üzü anidən dəhşətli bir zəlzələ ilə sarsıldığı zaman, Bütün ağırlıqlarını boşaltdğı zaman, İnsan deyər ki, “Nə olur buna?"
(Zəlzələ, 1-3)

Bu ayələrin sayını kifayət qədər çoxaltmaq mümkündür. Qurani Kərimi nüzul sırası ilə oxusanız ilk ayələrin məhz qiyamətlə, yenidən diriliş və hesab verməklə daha çox əlaqədar olduğuna şahid olacaqsınız. İnsanı Yaradan, onu tanıyan bir gün insanoğlunu etdikləri əməllərinə görə sorğu-suala çəkəcəyini də xəbər vermişdi. Allah xəbər vermişdi, lakin görünür dinləyənlər olduqca azdır. Allahın xəbərdarlığını qulaq ardı edənlər, indi mayaların verdiyi xəbərə inanır, onu daha gerçək hesab edir və qorxurlar. Yaradanın verdiyi xəbərə diqqət yetirməyənlər, Ona inanıb, Ona güvənməyənlər mayaların təqviminə daha çox güvənirlər. Halbuki, Nazirat surəsində deyildiyi kimi, Allah Rəsuluna bunu bildirməmiş, ondan belə bu müdhiş günün vaxtını gizlətmişdir. Allah bu günün gerçəkləşəcəyi zaman haqqında dəqiq tarix söyləməmiş, lakin qullarının o anın hər zaman ola biləcəyi ehtimalını unutmadan yaşamalarını istəmişdir.

Nə etməli?

(Ey insanlar!) Allahın fərmanı ilə geri dönməsi mümkün olmayan gün gəlmədən öncə Rəbbinizin dəvətinə uyun! Çünki o gün nə sığınacağınız bir yer tapa bilərsiniz, nə də əleyhinizə olan dəlilləri yox edə bilərsiniz
(Şura, 42)

Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut!...
(Rum, 43)

Siz ey iman edənlər! Bazarlığın, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən infaq edin...
(Bəqərə, 254)

"İndi ey insanoğlu! O gün carçı sənə çox-çox yaxın bir yerdən çağıracaq olan Allahın nidasını dinlə! Bütün həqiqəti ilə o çağırışı hər kəs eşidəcəkdir. Məhz bu bir (başqa həyata) çıxış günüdür. Ölümü və həyatı yaradan Bizik və dönüş də yalnız Bizədir. Yer ayaqlarının altından qaçıb param-parça olduğu gün son sürətdir: bu ağılların idrak edə bilməyəcəui bir toplanışdır"
(Qaf, 41-44)

"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!..."
(Tahrim, 6)

Kimlər xilas olacaq?


Allah onları (möminləri) o günün şərrindən qoruyacaq və qəlblərinə hüzur bəxş edəcəkdir.
(İnsan, 11)

"Mömin olub, saleh əməl işləyənlərə gəlincə isə onlar nə haqsızlığa düçar olmaqdan, nə də zülmə məruz qalmaqdan qorxarlar"
(Taha, 112)...

Bəli, Allah hər şeyi söyləyib: nə baş verəcəyini, necə baş verəcəyini, baş vermədən öncə nə etməli olduğumuzu, kimlərin xilas olacağını... Allah bizim bilməyimiz vacib olan hər şeyi söyləmişdir. Sadəcə adına Qiyamət deyilə hadisənin nə zaman olacağını isə gizlətmişdir. İstəmişdi ki, insanlar bu dünyada iradəli yaşamağı öyrənsinlər. Hər zaman “qızıl ortanı” əsas alsınlar: “Elə yaşa ki, sanki bu sənin son günündür və elə yaşa ki, sanki sən heç bir zaman ölməyəcəksən”...

Allah ölümü unutmamağımızı istəmiş, lakin nə zaman və harada öləcəyimizi bizə bildirməmişdir. Cənnətə və ya cəhənnəmə getməyimizi isə öz istəyimizə buraxmışdır. Harada öləcəyini bilməyən insan, harada həşr olunacağını, harada əbədi həyat yaşayacağını özü seçə bilər. Birinci doğuluşumuz Allahın təqdiri ilə olsa da, ikinci doğuluşumuz bizim seçimimizlə olacaq.

P.S. Möminlər sadəcə Allahın verdiyi xəbərlərə tabe olar, sadəcə Ona güvənər və yalnız Ondan yardım istəyərlər.


Geri dön

solnuska

  • 9 noyabr 2012 19:59
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
hmm....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 8 noyabr 2012 12:05
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Cox sagol melumata gore

--------------------

my angel__

  • 7 noyabr 2012 17:06
  • Məqalə: 291
  • Şərh: 10849
  • Bal:
{awards}
Sitat: i love islam
Allahim daw dovrunde falan yawamiriqki tesadufen ay bala qiyametin VAXTINI hec peygember efendimiz bilmirdi oki qaldi alim bilsinmentiq ve duwunce lazimdi

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

anar pro2

  • 7 noyabr 2012 03:22
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Mən belə gic gic şayələrə inanmıram. Qiyamətin nə zaman olacağını Yalnız və Yalnız olan <C.C CƏNABI> "ALLAHTAN" başqa heş kim bilə bilməz. Müqəddəs kitabımız olan 'QURANİ KƏRİMDƏ' <CƏNABI> "ALLAH" belə buyurur biz qullarına Ey qullarım sizdən soruşsalar ki 'Qiyamət' günü nə zaman olacaq deyinki biz bilmirik <C.C RƏBBİM> bilir. bu dünyanı <C.C CƏNABI> "ALLAH" yaradıb yalnız və yalnız <C.C CƏNABI> "ALLAH" dağıdacaq.<CƏNABI. 'ALLAHTAN" başqa heç kim və heç nə dağıda bilməz.Ey bacı və Qardaşlarım nə olar yalvarıram sizə gəlin Aləmlərin <RƏBBi> olan <C.C CƏNABI> "ALLAHA" sığınaq və Yücə Yaradandan istəyək və Yücə Yaradana ibadət edək yalvarıram sizə. Yücə <C.C CƏNABI> "ALLAH" biz aciz qullarını yaradıb ki Yaradana ibadət edək.İnşallah <C.C CƏNABı> ALLAHIN izni ilə 21 - Dekabırda heç bir şey olmayacaq. mən Yalnız ALƏMLƏRİN <RƏBBİ> olan Yücə <C.C CƏNABI> "ALLAHA" GÜVƏNİRƏM. O nə istəsə oda olar UNUTMAYIN...


Mən belə gic gic şayələrə inanmıram. Qiyamətin nə zaman olacağını Yalnız və Yalnız olan <C.C CƏNABI> "ALLAHTAN" başqa heş kim bilə bilməz. Müqəddəs kitabımız olan 'QURANİ KƏRİMDƏ' <CƏNABI> "ALLAH" belə buyurur biz qullarına Ey qullarım sizdən soruşsalar ki 'Qiyamət' günü nə zaman olacaq deyinki biz bilmirik <C.C RƏBBİM> bilir. bu dünyanı <C.C CƏNABI> "ALLAH" yaradıb yalnız və yalnız <C.C CƏNABI> "ALLAH" dağıdacaq.<CƏNABI. 'ALLAHTAN" başqa heç kim və heç nə dağıda bilməz.Ey bacı və Qardaşlarım nə olar yalvarıram sizə gəlin Aləmlərin <RƏBBi> olan <C.C CƏNABI> "ALLAHA" sığınaq və Yücə Yaradandan istəyək və Yücə Yaradana ibadət edək yalvarıram sizə. Yücə <C.C CƏNABI> "ALLAH" biz aciz qullarını yaradıb ki Yaradana ibadət edək.İnşallah <C.C CƏNABı> ALLAHIN izni ilə 21 - Dekabırda heç bir şey olmayacaq. mən Yalnız ALƏMLƏRİN <RƏBBİ> olan Yücə <C.C CƏNABI> "ALLAHA" GÜVƏNİRƏM. O nə istəsə oda olar UNUTMAYIN...

<C.C CƏNABI "ALLAHIN RƏSULU MƏHƏMMƏD PEYĞƏMBƏRİN" (S.A.V.) MÜQƏDDƏS KƏLAMLARI>.
1. Ağıl tərəfindən ən mükəmməl olanınız Allahdan ən çox qorxanınızdır.
2. Səhər namazına çox diqqət yetirin. Çünki səhər namazında çox böyük fəzilətlər var.
3. Ürəklərinizi az gülmək və az yeməklə canlandırın, aclıqla təmizlənin ki o yumşalsın və parlasın.
4. Çox gülməyin, çünki çox gülmək ürəyi öldürər.
5. Qiyamət günü Cənnətə ilk çağırılacaq insanlar varlıqda da, darlıqda da Allaha çox həmd edənlərdir.
6. Qiyamət günündə ilk hesablaşacağınız kəslər qonşulardır.
7. Qiyamət günündə ALLAH bu beş şeydən sorğuya çəkir:

1.Ömrünü harada və nəyə xərclədiyini,

ShoKKi_MoKKi

  • 7 noyabr 2012 00:07
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
bele xeberlere inamiram bu haqda dusunmurem ve qorxmuram cunki ne vaxt olacagini ALLAHdan basqa hec kim bilmez..!evvel axir olacag bir seydi insanlar niye bu qeder dusunub qorxurlar anlamiram..

--------------------

i love islam

  • 6 noyabr 2012 19:40
  • Məqalə: 63
  • Şərh: 550
  • Bal:
{awards}
Allahim daw dovrunde falan yawamiriqki tesadufen ay bala qiyametin VAXTINI hec peygember efendimiz bilmirdi oki qaldi alim bilsin
mentiq ve duwunce lazimdi

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

I_love_Paris

  • 6 noyabr 2012 19:30
  • Məqalə: 1
  • Şərh: 66
  • Bal:
{awards}
her sey allahin elindedi ..men hec bu yazilanlara inanmiram hamsi revayatdi

solnuska

  • 6 noyabr 2012 19:18
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut!...”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

unfaithful

  • 6 noyabr 2012 18:50
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
Bir həkimin “bir ay sonra öləcəksən” xəbərinə daha çox güvənən insan, Allahın “hər kəs ölümü dadacaq”, “Bizə döndəriləcəksiniz”... xəbərdarlıqlarına daha az güvənir, ölümü, qiyaməti çox uzaq bir gələcək hesab edir.

--------------------

:(

  • 6 noyabr 2012 17:33
  • Məqalə: 0
  • Şərh: 511
  • Bal:
{awards}
Nə etməli?

“(Ey insanlar!) Allahın fərmanı ilə geri dönməsi mümkün olmayan gün gəlmədən öncə Rəbbinizin dəvətinə uyun! Çünki o gün nə sığınacağınız bir yer tapa bilərsiniz, nə də əleyhinizə olan dəlilləri yox edə bilərsiniz”
(Şura, 42)

--------------------
---Oglanlar eziyyet cekib dostlug atmasin,qebul elemiyecem =))---

Nur.

  • 6 noyabr 2012 17:24
  • Məqalə: 13
  • Şərh: 315
  • Bal:
{awards}
Melumata gore sagol.Allahdan basqa hec kim hec neyi bile bilmez.

hello kitty

  • 6 noyabr 2012 17:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Möminlər sadəcə Allahın verdiyi xəbərlərə tabe olar, sadəcə Ona güvənər və yalnız Ondan yardım istəyərlər.
ALLAH razi olsun tam raziyam senle winked

zamana_qarsi

  • 6 noyabr 2012 16:56
  • Məqalə: 0
  • Şərh: 274
  • Bal:
{awards}
MOMINLER SADECE ALLA A GUVENER

--------------------
Gozel olan sevimli deyil,sevimli olan gozeldir...

come back

  • 6 noyabr 2012 16:46
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
xebere gore tewekkur edirem Allah razi olsun.

ASMIYA

  • 6 noyabr 2012 16:41
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
..::MuSLiMaNKa::.. ÇoX SaĞoL ƏzİyYəT OldU. OxUdUm. smile

AllAhıMın Buyurduqları Nə QədəR Də DoğRu Və DəRinDəN DüŞüNdÜrÜcÜdÜr. request belay

ŞüKüRləR OlsuN Ki, Hər Birinİ BilməK Və DərindəN İnanmaQ MənƏ Də NəsiB OldU. winked love

--------------------


Gunes parlarke

  • 6 noyabr 2012 16:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH razi olsun....

angel nice:)

  • 6 noyabr 2012 16:25
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
qiyametin qopacagini uca ve boyuk Allahimdan bawqa hec kim bile bilmez!

--------------------
sen bir bulud, mense senin goz yawlarinammmmm

Music Star

  • 6 noyabr 2012 16:06
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------

..::MisS DioR::..

  • 6 noyabr 2012 15:54
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
tesekkurler xebere gore...

--------------------

nuraska

  • 6 noyabr 2012 15:42
  • Məqalə: 0
  • Şərh: 1222
  • Bal:
{awards}
tessekurlerrrrrrrrrr

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

Demi Love

  • 6 noyabr 2012 15:30
  • Məqalə: 16
  • Şərh: 1854
  • Bal:
{awards}
çox sağolun xəbərə görə...

Nuray2012

  • 6 noyabr 2012 15:08
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol melumata gore men inanmiram

--------------------

✰Karabakh Girl✰

  • 6 noyabr 2012 15:00
  • Məqalə: 71
  • Şərh: 2877
  • Bal:
{awards}
Allah uzaq elesin sad

Allah_Bendesi

  • 6 noyabr 2012 14:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Son Saatın vaxtını (hər kəsdən) gizli tutsam da, hər kəsə etdiyinin qarşılığı verilsin deyə Son Saat mütləq gələcək


Çox sağ olun məlumata görə

NeZNaKoMKa.

  • 6 noyabr 2012 14:39
  • Məqalə: 385
  • Şərh: 2051
  • Bal:
{awards}
tewekkur xebere gore

--------------------

m.gulshen

  • 6 noyabr 2012 14:30
  • Məqalə: 14
  • Şərh: 2128
  • Bal:
{awards}
tesekkurler

Elvin007

  • 6 noyabr 2012 14:30
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
Niyə?

14 əsr öncə Allahın verdiyi xəbərə qarşı bu qədər biganə olan insanları mayaların verdiyi xəbər niyə bu qədər qorxudur? Allah daha öncə bunu söyləməmişdirmi? Bütün İlahi Kitablar bunu söyləmirdilərmi? Allah Rəsulu bunu təbliğ etməyibmi?...

Niyə məhz indi? Çünkü zaman çox yaxındır. Halbuki, Allah 14 əsr öncə o gündən danışarkən “sabah qopacaq” deyərək qiyamətin reallaşacağının sabah qədər yaxın olduğuna vurğu vurmuşdur. Allahın sabahını uzaq görənlər mayaların 21 dekabrını yaxın görürlər.

Çünki onlar Allaha deyil, insanlara iman etmiş, Allahın elminə və gücünə deyil insanların elminə arxayın olmuşdular. Bir həkimin “bir ay sonra öləcəksən” xəbərinə daha çox güvənən insan, Allahın “hər kəs ölümü dadacaq”, “Bizə döndəriləcəksiniz”... xəbərdarlıqlarına daha az güvənir, ölümü, qiyaməti çox uzaq bir gələcək hesab edir.


Ezyete gore Tewekkur!

--------------------
▼►►Proqramming◄◄▼

Gözlüklü

  • 6 noyabr 2012 14:28
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
eh day dagilirsa dagilsinde ne vecime tesekkurler

SmiLe_LiFe

  • 6 noyabr 2012 14:21
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

SALLİ

  • 6 noyabr 2012 14:10
  • Məqalə: 0
  • Şərh: 534
  • Bal:
{awards}
Əvvəl axır hamı bu dünyanı tərk edəcək. Heç kəs əbədi deyil. Hər saniyə sonuncu ola bilər.Ona görədə öz həyatını yaşa. Xəbərə görə təşəkkür.

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 53

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 155
 
The Shield
Xəbərləri: 47
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}