Qorxu adamı qorxaq etmir: niyə?

 
Qorxu adamı qorxaq etmir: niyə?

Qorxulu filmlərin insanın psixikasına və orqanizminə təsiri barədə fərqli fikirlər mövcuddur. Belə fimlərin çəkildiyi ilk vaxtlar tamaşaçıların marağı qorxulu filmlərin güclü hisslər yaşatması ilə izah olunurdu. Lakin tədricən bu fimlərin insana təsiri öyrənildikcə yeni faktlar üzə çıxdı.

Florida və Berkli universitetlərinin psixoloqları qorxulu film həvəskarları ilə bağlı yeni fikirlər irəli sürüblər. Onların fikrincə, qorxulu filmlərə baxarkən məmnun olan adamlar özlərini bədbəxt hiss etməyi xoşlayırlar. Belə adamların sadəcə qorxmaqdan xoşları gəlir. Xüsusilə də filmin ən dəhşətli məqamları onlara zövq verir. Onlar dəhşətli filmlərə baxmağı sevməyən adamlardan çox fərqlənirlər.


Vaşinqton alimlərinin apardıqları təcrübələr nəticəsində isə məlum olub ki, zorakılıq və dəhşət görüntüləri ilə zəngin filmlər insanlara güclü təsir edir. Belə filmlər insan psixikasına təsir etdiyi kimi, onun orqanizmində də iz buraxır. Təcrübə zamanı könüllü iştirakçılara üç - bədii, sənədli və döyüş səhnələrini özündə əks etdirən film nümayiş olunub. Hər filmin nümayişindən sonra iştirakçılardan qan analizi götürülüb. Bu analizlərə görə, məlum olub ki, sənədli və bədii filmlər qanın tərkibinə güclü təsir etməyib. Döyüş səhnələri ilə dolu olan filmin təsirindən isə qanda antitellər, hormonlar artıb. Əslində antitellər təhlükə ilə mübarizə aparmalıdır. Lakin insan filmə baxmaqdan ayrılmaq istəmədiyi üçün orqanizmindəki dəyişikliyə əhəmiyyət vermir və antitellər orqanizmin daxilində təhlükə axtarmağa başlayır və onlara qarşı mübarizəyə qalxır. Adətən dəhşət filmlərində də belə olur.

Qorxulu filmlərin təsiri ilə bağlı Texas Universitetində də təcrübələr aparılıb. Məlum olub ki, keyfiyyətli dəhşət filmləri əsəbləri məşq etdirir. Təcrübənin rəhbəri professor Devid Radd bildirib ki, qorxulu filmlərə baxarkən insan zövq alır. Belə filmlərə baxan insan anlayır ki, təhlükə həqiqi deyil və o, artan adrenalindən zövq almağa başlayır. Tamaşaçının fikrincə, təkrarlanan analoji qorxu beyində asılılıq, vərdiş yaradır. D.Radd əlavə edib ki, orqanizm qorxuya reaksiya verməməyə başlayacaq ki, bu da fobiyaların və digər psixiki pozğunluqlarla mübarizə aparmağa kömək edəcək. Qorxulu filmlərin təsirindən tibb də yararlana bilər.

Londondakı (Britaniya) Vestminister Universitetinin alimlərinin araşdırmalarına əsasən, 90 dəqiqəlik qorxu filmlərinin insan orqanizminə təsiri yarım saat qaçarkən itirilən kaloriyə bərabərdir. Təcrübələr nəticəsində məlum olub ki, qorxulu filmlər insan çəkisinə təsir edir. Belə ki, ani qorxu hissi orqanizmdə adrenalinin artmasına səbəb olur.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, dəhşətli filmlərə baxmağı sevənlər az deyil. "Dəhşət filmləri qorxu, qorxu isə adrenalin və emosiyalar yaradır. Bu səbəbdən də adrenalini çatışmayanlar qorxulu kinolara baxmağı xoşlayırlar. Eləcə də qorxu hissi diqqətimizi bizi düşündürən problemlərdən yayındıraraq filmə yönəldir. Qorxulu filmlərdə isə əksər hadisələr elə cərəyan edir ki, insanın diqqətini cəlb edir. Qorxulu filmlərdən alınan təəssürat baş verən canlı fəlakət görüntülərinin yaratdığı təəssürata bərabərdir. İnsanlara belə görüntülərə baxmaq çox maraqlıdır. Maraq isə neqativ olsa da müsbət emossiya sayılır", - deyən psixoloq əlavə edib ki, qorxulu filmlərdə həm də insanın gündəlik yaşadığı qorxular əks olunur: "Doğrudur, filmdə bu hisslər daha qabarıq verilir. Bu tip hisslərin təhlükəsiz vəziyyətdə yaşanması isə onlara zövq verir".

A.Qurbanova hesab edir ki, qorxulu filmlərə baxan insanlarda aqressiya da çox olur. "Belə filmlərə baxdıqda insanlar şüuraltı aqressiv istəklərini təmin edir. Tamaşaçı bir növ kinoya baxaraq filmin qəhrəmanlarına o dəhşəti özü yaşadır. Dəhşət filmlərinə baxmaq adrenalindən asılılıq vəziyyəti də yarada bilər. İnsan daim dəhşətli filmlərə baxmaq, riskli anlar yaşamaq istəyəcək. Bəziləri isə qorxulu filmlərə komediyalara baxdıqları kimi baxırlar. Adətən belə adamlar özləri də bilmədən ağrını az hiss edirlər. Ağrı hissi görmə və eşitmə qabiliyyəti kimi anadangəlmə olaraq ya az, ya da çox inkişaf etmiş olar. Bəzən elə olur ki, kimisə qorxudan, ağrıdan hansısa bir hadisə başqa bir adam üçün hətta qəribə görünə bilər. Belə adamlar ağrı, əziyyət çəkən adamın reaksiyasına maraqla baxırlar".

Onun dediyinə görə, qorxulu filmlər və trillerlər vacib funksiyanı yerinə yetirir. "Belə filmlər qorxularla mübarizə aparmaq üçün əvəzsizdir. Adətən qorxulu filmlər stress vəziyyətindən çıxmağa kömək edir. Onlar aqressiyanı da yox edir. Lakin həssas adamlar belə filmlərə baxmasalar, daha yaxşı olar".

Müsahibim qeyd edib ki, xüsusilə uşaqlara belə filmlərə baxmaq məsləhət deyil. "Uşaqlar tez-tez dəhşət filmlərinə baxanda qəddarlığa, zorakılığa meylləri artır və onlar buna öyrəşməyə başlayırlar. Qorxulu filmlərin təsirindən uşaqlarda aqressiya artır, onların başqalarına yazığı gəlmir. Dəhşət filmlərinin təsirindən mərhəmət hissi yox olur".


Geri dön

so_sad

  • 30 noyabr 2012 21:48
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
teşekkürlerrrrr

GuNaY_83

  • 22 noyabr 2012 17:11
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
çox sağolun məsləhətə görə..

--------------------

solnuska

  • 9 noyabr 2012 19:10
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Qorxulu filmlərin insanın psixikasına və orqanizminə təsiri barədə fərqli fikirlər mövcuddur. Belə fimlərin çəkildiyi ilk vaxtlar tamaşaçıların marağı qorxulu filmlərin güclü hisslər yaşatması ilə izah olunurdu. Lakin tədricən bu fimlərin insana təsiri öyrənildikcə yeni faktlar üzə çıxdı.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Gözlüklü

  • 7 noyabr 2012 16:54
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tesekkurler

my angel__

  • 7 noyabr 2012 16:18
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
Sitat: Demi Love
çox sağolun məsləhətə görə..

...

--------------------
Помни, что ты - мое все ❤

GuNaY_83

  • 7 noyabr 2012 12:31
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
meqaleye qore twkler

--------------------

WITH_YOU

  • 7 noyabr 2012 10:41
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
ay maşallah. əziyyətə görə təşəkkur

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

Demi Love

  • 7 noyabr 2012 09:45
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağolun məsləhətə görə...

TeKtoNik_EMO_BoY

  • 7 noyabr 2012 02:02
  • Məqalə: 8
  • Şərh: 520
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmmm

--------------------
ß █ %5 üzqüN,,muTsuz ws..
█ █ %1o AcaiP ...
█ █ █ %21 qıCıqK ...
█ █ █ █ %32 Bash beLaSı .. .
█ █ █ █ █ %44 MaTrocqK...
█ █ █ █ █ █ %56 AnTi Ciddi ...
█ █ █ █ █ █ █ %61 . SéwimLiii..
█ █ █ █ █ █ █ █ %73 Züfee xDe...
█ █ █ █ █ █ █ █ █ █ %1oo DéLüüü ... x)) …

classic_guiter_girl

  • 6 noyabr 2012 23:46
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
meqaleye qore twkler

SALLİ

  • 6 noyabr 2012 23:39
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
maraqlıdı təşəkkür.

m.gulshen

  • 6 noyabr 2012 23:11
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
maraqlidir tesekkurler

solnuska

  • 6 noyabr 2012 22:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
maraqli xebere gore.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

come back

  • 6 noyabr 2012 22:29
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
maraqli idi tewekkurler.

Samir98

  • 6 noyabr 2012 22:21
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
tesekkur edirem

Best wishes

  • 6 noyabr 2012 22:02
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
Melumata gore tesekkurler.:/

Elvin007

  • 6 noyabr 2012 21:47
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Music Star,
feel

Werhlere gore Tewekur Edirem!

--------------------
▼►►Proqramming◄◄▼

ShoKKi_MoKKi

  • 6 noyabr 2012 21:31
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maraqlidi..tesekkur edirem..

--------------------

ღ★Diamond★ღ

  • 6 noyabr 2012 21:21
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
.Qurbanova hesab edir ki, qorxulu filmlərə baxan insanlarda aqressiya da çox olur
menimde en sevdiyim qorxulu filimlerdi

Music Star

  • 6 noyabr 2012 21:15
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
hmmm twklerrr maraqli geldi fellow

--------------------

fatimeyinur

  • 6 noyabr 2012 21:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cooox tesekkur edirem maraqli xebere gore.

unfaithful

  • 6 noyabr 2012 21:02
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Londondakı (Britaniya) Vestminister Universitetinin alimlərinin araşdırmalarına əsasən, 90 dəqiqəlik qorxu filmlərinin insan orqanizminə təsiri yarım saat qaçarkən itirilən kaloriyə bərabərdir.
Qorxdum eee wink
Təşəkkürlər...

--------------------

Banned1

  • 6 noyabr 2012 21:01
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
tesekkur edirem maraqli idi cox saqol))

..::MisS DioR::..

  • 6 noyabr 2012 20:59
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
maraqlidi..tesekkur edirem...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}