Ağlamaq: qadınlara olar, kişilərə yox?

 
Ağlamaq: qadınlara olar, kişilərə yox?


Ağlamaq: qadınlara olar, kişilərə yox?

Mirzə Ələkbər Sabirin söylədiyi "kişi ağladıqca qeyrətsiz olur" fikri bu gün çox oğlanlarda qızıl qayda halını alıb. "Kişi ağlamaz, ağlamaq qadınlara məxsusdur
" deyimləri cəmiyyətdə qəbul olunmuş bir hala çevrilib. Bəs ağlamaq sadəcə, qadınlara xas xüsusiyyətdirmi?

Psixoloq Elnur Bayramov bildirir ki, ağlamağın kişi və ya qadın ayrımı olmamalıdır: "Ağlamaq insanı rahatlaşdırır, yüngülləşdirir. Bu, çox yanlış bir fikirdir. Ağlamağın qeyrətsizliklə heç bir əlaqəsi yoxdur. Qəhər insanı boğarsa və bu halda kişini ağlamaq tutarsa, bu şəxs bir növ sakitləşir. Buna acizlik, dözümsüzlük adı vermək, yaxud "kişiyə yaraşmaz" demək heç də düzgün deyil".

Gündəlik problemləri, ailə-məişət qayğılarını, eləcə də şəxsi problemləri qadınlar qədər kişilər də yaşayır və nəzərə alsaq ki, kişilər də ürək daşıyır, bu zaman onun ağlamasından təbii heç nə yoxdur. Psixoloq bildirir ki, bu emosiyaları üzə çıxarmamaq kişini üzdən möhkəm göstərə bilər, daxildə isə bu, heç də belə deyil: Kişilər yeri gələndə qadınlardan da çox çəkir. Amma ürəyinde. Ağlamağa qalanda onu da ürəklərində edirlər. Bu səbəbdən dünya üzrə statistikaya nəzər salsaq, kişilərin ölüm səbəbi yüksək faiz nisbətiylə ürək xəstəliyi ilə bağlıdır. Göründüyü kimi, möhkəm və "qeyrətli kişi" olmaq insanlara ömrü bahasına başa gəlir.

Kişi ağlaması cəmiyyətdə qəbul olunmayan hal kimi sayılsa da, yaxınını, əzizini itirən birinin ağlamasıdan təbii heç nə ola bilməz. Psixoloqa görə, hər şey ifrat dərəcəsinə varmadıqca, ağlamaq da təbii sayılır: "Kişi ağlayar. Amma bunun hər kəsin gözü önündə, yaxud göstərişli bir halda edilməsi, əlbəttə ki, gülünc görünər. Ümumiyyətlə, ürəyində Allah və insan sevgisi olan hər bir bəndə ağlayar. Bunun nə cinslə, nə irqlə ayrımı olmamalıdır".

Həmsöhbətimiz hesab edir ki, uşaqları da kiçik yaşlarından "ağlama, kişi ağlamaz" deyimi ilə böyütmək düzgün deyil. Onun fikrincə, zamanla uşaq öz hisslərini ürəyinə salacaq və bu da onda daha ağır xəstəliklrin yaranmasına səbəb olacaq.

Ağlamaq həm duyğusal, həm də fiziki rahatladıcı təsirə malikdir. Ağlayanda bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir.

Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir.

Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır ki, bu da infarkta səbəb olur. Kişilərin dilindən bir sirri açaq - kişilər sevdiyi qadının kədərinə göz yuma bilmirlər. Onlar qadınlara nisbətən 30% daha çox təsirlənə və kədərlənə bilirlər. Gizli bir yerə çəkilib ağlamağı üstün tutan kişilər "kişilər ağlamaz" yalanının qurbanıdırlar.

64 yaşlı Bakı sakini Səfura Mehyəttinovanın sözlərinə görə, əvvəllər kişilərin ağlamağı qəbulolunmaz sayılırdı: "Biz cavan olanda atalarımız qızlarını ağlayan oğlana verməzdi, "kişi ağır olar" sözü qulaqlarımıza sırğa idi. İndi zəmanə dəyişib. "Ağlayan oğlanlar ailə qədri bilən olur" deyirlər. Amma şəxsən mən ağlayan kişiyə yaxşı baxmıram.

23 yaşlı Bakı sakini Pərviz Hüseynov isə ağlamağın təbii olduğunu bildirdi: "Yaşlı nəsil bunu qəbul etməyə bilər, çünki o vaxtlar indiki qədər problemlər, sıxıntılar olmayıb yəqin ". Qadın ən çətin anında kişiyə arxalanır, kişinin isə arxalanmağa heç kimi yoxdur, təbii ki, ürək daş deyil. Kişilərin də çətin, çıxılmaz anları olur, hər şey üst-üstə gəlir və düşünəndə ki, bütün bu çətinliklər həllini gözləyir, yaxud arxa-dayağın rəhmətə gedir, onda "mən kişiyəm, ağlamıram" demək nə dərəcə düzdür, mən bunu qəbul etmirəm.


Geri dön

solnuska

  • 9 noyabr 2012 18:41
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
Biz cavan olanda atalarımız qızlarını ağlayan oğlana verməzdi, "kişi ağır olar" sözü qulaqlarımıza sırğa idi. İndi zəmanə dəyişib. "Ağlayan oğlanlar ailə qədri bilən olur" deyirlər. Amma şəxsən mən ağlayan kişiyə yaxşı baxmıram.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Prank girl

  • 8 noyabr 2012 17:59
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: Music Star
kiwi beyem insan deyilki?!onlarinda duygulari var twk

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Banned1

  • 7 noyabr 2012 20:55
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
۩۞๑EDIQ๑۞۩,
) dordan kiwiler niye aqlamasinki??

ShoKKi_MoKKi

  • 7 noyabr 2012 19:19
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
onlarda insandirlarda aglamaq normal bir seydi kisi qadin ferqwi yoxdu..ama baxir hansi sebebden aglamaq..

--------------------

solnuska

  • 7 noyabr 2012 18:48
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
kiwilere aqlamaqi yarawdirmiram mende, amma aqlasada baxir ne ucun aqlasin

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

..::MisS DioR::..

  • 7 noyabr 2012 18:25
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
men sexsen oz fikrimdi kisiye aqlamaqi yarasdirmiram eyer aqlayirsa demek zeifdi(oz fikrimdi)

--------------------

Gun--ka

  • 7 noyabr 2012 17:43
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
"Kişi ağlayar. Amma bunun hər kəsin gözü önündə, yaxud göstərişli bir halda edilməsi, əlbəttə ki, gülünc görünər. Ümumiyyətlə, ürəyində Allah və insan sevgisi olan hər bir bəndə ağlayar. Bunun nə cinslə, nə irqlə ayrımı olmamalıdır".

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Music Star

  • 7 noyabr 2012 17:20
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
kiwi beyem insan deyilki?!onlarinda duygulari var twk

--------------------

fatimeyinur

  • 7 noyabr 2012 17:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
niye olmurki? ister kiwi istersede qadin aglaya biler...

.-emo girl-.

  • 7 noyabr 2012 16:57
  • Məqalə: 38
  • Şərh: 559
  • Bal:
{awards}
KISILERINDE UREYI VAR ELBETDE KI BUNA PIS BAXMIRAM

--------------------

m.gulshen

  • 7 noyabr 2012 16:34
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
come back,
aglamaq normal bir weydir ve her kese olar isder kiwi isder qadin.

my angel__

  • 7 noyabr 2012 16:20
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Sitat: Karanlıklar Meleyi
Kiwide insandi de onunda hisleri var o da aglaya biler.

he duzdu...

--------------------
Помни, что ты - мое все ❤

come back

  • 7 noyabr 2012 15:30
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
aglamaq normal bir weydir ve her kese olar isder kiwi isder qadin.

unfaithful

  • 7 noyabr 2012 15:05
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Mence de kiwiye aglamaq olar daa.Onlar da insandirda... recourse

--------------------

Gözlüklü

  • 7 noyabr 2012 14:22
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Kiwide insandi de onunda hisleri var o da aglaya biler.

ღ★Diamond★ღ

  • 7 noyabr 2012 14:14
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Ağlamaq insanı rahatlaşdırır, yüngülləşdirir. recourse

J ♥ S

  • 7 noyabr 2012 14:03
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Bu, çox yanlış bir fikirdir. Ağlamağın qeyrətsizliklə heç bir əlaqəsi yoxdur.
her weyin oz yeri var mence smile

--------------------
J & S ∞♥....

Gunel

  • 7 noyabr 2012 13:50
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
kishinin gozu yoxdu )yoxsa yash gelmir )

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

GuNaY_83

  • 7 noyabr 2012 13:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Psixoloq Elnur Bayramov bildirir ki, ağlamağın kişi və ya qadın ayrımı olmamalıdır: "Ağlamaq insanı rahatlaşdırır, yüngülləşdirir. Bu, çox yanlış bir fikirdir. Ağlamağın qeyrətsizliklə heç bir əlaqəsi yoxdur. Qəhər insanı boğarsa və bu halda kişini ağlamaq tutarsa, bu şəxs bir növ sakitləşir. Buna acizlik, dözümsüzlük adı vermək, yaxud "kişiyə yaraşmaz" demək heç də düzgün deyil".

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}