Heç sevməsəydim

 
  • 5.12.2010, 19:16
  • Bölmə: Sevgi
  • Müəllif: Yusif
Heç sevməsəydim


Uzun zaman oldu kimisə sevmədiyim. Səndən sonra özünə gələ bilmədi ürəyim. Yaxşısını görmək necə pisdir sevginin insan həmişə bənzərini axtarır.

Səni sevmək özümə etdiyim ən böyük pislik idi bəlkə də! Artıq kimsə o xətti keçə bilmir. Sənə bənzər birini axtarmıram sənin xüsusiyyətlərinə bənzər bir ağıl və ürək dərdindəyəm.

İndi kimə əlimi uzatsam boş çıxır. Şəhərimin küləkləri də əksdir mənə könülümdəki bütün səfərlər ləğv olur beləcə... Sənsiz edilən səfərlərin də dadı olmur ki...
Bundan sonra nə edəcəyəmi düşünürəm. Necə sevə bilərəm yenidən? Nə çətin bir yol buraxdın arxanda gediləcək! Bundan sonra ya həmişə təkəm ya da razı gələcəyəm "aza" yenidən.

Müqayisə etmək! Bəli mənim etdiyim səhv budur! Hər gələni səninlə müqayisə edirəm. Bir bənzərlik axtarıram fərqliliklərin dadını varmaqdan imtina etmiş olmalıyam… Halbuki sənin kimi bir başqası da yeni bir üfüq aça bilər ürəyimdə icazə vermirəm.

Sənin toxunduğun yerlərdə elə böyük bir aclığım var ki doymaq bilmir içimdəki canavar. Dolu olsun istəyirəm ağıl qıvrımları bir danışsın dəryalar əksin istəyirəm.

Sözdə birləşmək deyil özdə qovuşaq istəyirəm. Nə yana çevirsəm gözlərimi başqa cür baxmağı öyrənim istəyirəm.

Hər kəs eşqdə fərqli şeylər axtarır. Mən sözlər axtarıram; bilmədiyim eşitmədiyim heç söyləmədiyim sözlərlə tanış olmaq istəyirəm. Səhv bildiklərimi tutacaq yenini əllərimə qoyacaq ağılımı əhatə edəcək bir sevda istəyirəm.

Səni sevmənin ən pis yanı səndən sonrasıymış; çox gec anladım. İndi kimsə içimdəki bu quraqlığa yağış ola bilmir. Nə vaxt sevmək üçün bir addım atsam yeni bir ürəyə həvəsim ürəyimdə qalır.

Səni sevməsəydim nə çox aldanacaqdım halbuki! Çoxu kimi kor çoxu kimi cahilcə xoşbəxt yaşayıb gedəcəkdim. Eşq zənn edəcəkdim hər duyğunu mənasız sevgilər ardından bir az gözyaşı tökəcəkdim bəlkə amma həyat sürətlə axıb gedəcəkdi. Sən gəldin getdiyində zaman dayandı. Böyük bir boşluğun ortasında qaldım. Kaş ki heç sevməsəydim; nə gözəl olardı daha az biləcəkdim həyata dair…….


Geri dön

Ulya

  • 6 dekabr 2010 00:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox maraqlidi.twk winked

CandyGirl

  • 5 dekabr 2010 20:36
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
men sevmirem

--------------------

Just For Legend

  • 5 dekabr 2010 19:43
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

Grace_Angel

  • 5 dekabr 2010 19:31
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler maraqli yazi ucun...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 26
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}