"Emosiya mərkəzi"-sinir!

 
"Emosiya mərkəzi"-sinir!

Insanin sağlamlıq və xəstəlik hallarının “barometri” ruhi-əsəb sistemidir.

İlbəil dünyanın bütün ölkələrində nevropatoloqlara,psixoloq və

psixiatrlara müraciət edənlərin sayı çoxalır.İnsanlar keçirdiyi təşvişi,

vahiməni və ruhi sarsıntıları dəf etmək ,əhval-ruhiyyəni

qaldırmaq üçün tonlarla həb içilir.

Xəstəliklərin başlanğıcı sinirlərdən başlayır.

Hara gedirsən?-deyə yolçu ona rast gələn Taundan soruşdu.

Taun cavab verdi:-Bağdada gedirəm.Mənə beş min adam öldürmək lazımdır.

Bir neçə gündən sonra onlar yenidən rastlaşdılar.Yolçu Taundan soruşdu:

-Sən deyirdin beş min,amma əvəzinə əlli min adam öldürmüsən.Niyə belə?..

Yolçunun iradına Taun gülə-gülə cavab verdi:

-Mən dediyim qədər-beş min adam öldürdüm.

Qalanları qorxudan ölüblər.

********

İbn Sina belə bir təcrübə aparır:canavarlarla yanbayan otaqlarda

iki qoyun saxlarmış.Qoyunlarin hər ikisi eyni qaydada yemlənirmiş.

Lakin qoyunlardan birini hər gün canavarla bir neçə dəfə “görüşdürmüşdür”.

Həmin qoyun getdikcə sınıxmış,nəhayət yeməkdən qalmış və ölmüşdür.

********

Qartal öz ovunu ələ keçirmək üçün şığıyıb bel sümüklərinin sındırır.

Bununla da “şikar” hazırdır.

Şahininsə zəhməti bundan asan başa gəlir.

O qarğanın,torağayının və s.üstünə hücum çəkən kimi onlar vahimədən huşunu itirir.

********

Xəzər Dəniz Neft Kəşviyyatı vertalyotlarından biri dəniz üzərində 300-400 metr

yüksəklikdə dayanarkən güclü tufan qopur.Pilot ani olaraq müvazinətini itirir,

vertalyot sürətlə dənizə enir.Suya 4-5 metr qalmış o özünü ələ alır ,

ekipajı fəlakətdən qurtarır.İlk baxışdan belədir.Əslində fəlakət fəlkətliyində qalır.

Vertalyotdakılardan 2 nəfəri infarkt vurur,bir nəfər isə ruhi-əsəb xəstəliyinə məruz qalır.

********

Alimlərimizdən biri bir neçə gün olardı ki,Moskvadakı oğlunun zəngini gözləyir.

Oğlunun isə başı dost-tanışla müdafiəsini “yumağa” qarışmışdı.

Nəhayət oğul bir axşam vaxt tapıb atasına zəng edir:

-Ata,axşamın xeyir,evdəkilər necədir?

-Axşamın xeyir, oğul , niyə susmusan,nigarançılıqdan

boğazımızdan çörək-su da keçmir.Bir de görüm nə oldu?

-Əla ata,əla!Doktorluq dissertasiyam təsdiq olundu.

Evdəkiləri muştuluqla,anamı öpürəm.

-Təbrik edirəm oğ......

Ata oğul sözünü sonacan deyə bilmədi.

Oturduğu yerdə keçindi.Onu infarkt vurdu.

Oğul isə telefonçu qızların ünvanına deyindi:

“Zalım qızları,köhnə vərdişlərindən əl çəkmirlərdə.

Sözümüzü ağzımızda qoydular”.

Biri digərinə bənzəməyən , lakin kəskin stres doğuran əyat hadisələri.

Hamısının sonu faciə ilə qurtarır.Ruhi sarsıntı və əsəb gərginliyi

böhran nöqtəsinə çatanda “partlayış” baş verir.

İtki isə sağlamlığımız və canımız olur.

Əsəblərinizdən muğayat olun.


Geri dön

фея

  • 6 dekabr 2010 22:59
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
.Ruhi sarsıntı və əsəb gərginliyi
hec esebi deyilem dogru yer goy parlasada vecime deyil .tu tu goz deymesin wink wink wink,cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 6 dekabr 2010 20:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol cox maraqli idi.

Just For Legend

  • 6 dekabr 2010 19:28
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumaata gore minnettaram

--------------------

romantikim

  • 6 dekabr 2010 19:28
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
oxumuşam.təşəkkür

Sergio Ramos

  • 6 dekabr 2010 19:22
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
mArAqLı mövzudu ))) təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}