Ağlamaq gözəldir sizcə niyə?

 
Ağlamaq gözəldir sizcə niyə?

Bizi ağlamağa məcbur edən fizioloji səbəblərdir yoxsa psixologiyamızdır? Bəziləri səbəb olmjadan belə ağlamağa dərhal hazırdır, müəyyən insanlar isə ağlaya bilməz? Gözyaşları necə idarə altına alınar, uyğun olmayan mühitlərdə ağlamanğın qarşısını almaq üçün hansı yollardan istifadə edilməlidir?



Əvvəl dodaqların titrəməsiylə ya da sürətli gözlərin qırpılmasıyla başlayır. Arxasından hər iki göz mənbələrindən yaşlar süzülər. Bəlkə siz də küçədə yaşlı bir insan gördüyündə dərhal ağlayanlardansınız; toylardan, doğumlardan ya da xəstəliklərdən bəhs etməyə onsuz da ehtiyac yoxdur. Sizin üçün heyvan sığınacaqlarında bəhs edən TV proqramları belə kafi bir ağlama səbəbi ola bilər. Ya da ən son nə vaxt ağladığını xatırlaya bilməyən biri də ola bilərsiniz.



Hər iki vəziyyətdə də gözyaşları sizi heç də uyğun olmayan bir zamanda

ya da mühitdə tuta bilər. Gözəlik yarışını qazanan gənc qızın sevincdən ağlaması

simpatiyayla qarşılanar amma bu vəziyyətin fəryad fəğan hala dönməsi həm

təşkilatı edənləri həm də yarışmacının özünü istəmədiyi bir vəziyyətə salacaq.

Niyə ağlayırıq?

"Niyə?" sualının cavabı əslində açıqdır, kədərdən ya da sevincdən ağlayırıq. Lakin bu cavab, mövzunu çox sadələşdirmiş olar. "Ağlamaq ümumiyyətlə kədər və inciməyə qarşı göstərilən təbii bir romantik cavabdır. Lakin insanlar fərqli vəziyyət və mühitlərdə də ağlaya bilər," deyir bu mövzuyla uzun illərdir maraqlanan Kaliforniya Universitetindən Stephen Sideroff. "İnsanlar gözəlliklər qarşısında da ağlaya bilər ki, buna “özünü buraxmaq” demək daha doğru olar, ya da həddindən artıq sevinc də insanların gözyaşı tökməsinə səbəb olar. Ağlamaq, yığılan enerjinin boşalmasıdır."



Tökülən gözyaşları eyni zamanda bir kömək tələbi də ola bilər; ağlayan şəxs ətrafına 'çox incidim və xətrimə dəydin, xahiş edirəm mənə diqqət edin” deməyə çalışmaqdadır. Bunların da kənarında ağlamanın biyokimyasal bir vəzifəsi də ola bilər. Bəlkə də bu yolla bədəndən stress hormonları və onların yaratdığı artıqlar boşaldılmaqdadır. Son olaraq isə ağlamanın ictimai bir vəzifəsi vardır. Ağlayanı görənlərin dəstəyi gecikmədən gəlir, dərhal başı qoymaq üçün bir çiyin uzanar. Bir tərəfdən də əksəriyyətlə uşaqlarda və hələ uşaq olanlarda görüldüyü kimi istədiyini əldə etmənin ən qısa yoludur.

Ən çox kimlər ağlayır?

Qadınların kişilərə görə daha sıx və asan ağlamağa meylləri vardır. Ağlamaq kişilər üçün ümumiyyətlə bir zəiflik işarəsi olaraq görülsə belə qadınlarda xoş görülər. Qadın ya da kişi ayrı-seçkiliyi etmədən bəzilərinin digərlərinə görə daha asan ağlaya bildiyi açıqca müşahidə edilməkdədir; qəti səbəb bilinməməklə birlikdə bu insanların romantik eniş çıxışları sıx olanlarda hiss edildiyini deyə bilərik. Romantik sarsıntıların yaşandığı sıx zamanlarda bəzilərinin ağlaması digərlərini də təsir edir, ictimai sıxıntıya yol aça bilər. Keçmişində ağır zədələr keçirmiş insanlar, vaxtsız və gözlənilməz şəkildə itkin hadisəsini yaşayanlar da digərlərinə görə daha asan ağlar. O an yaşanan vəziyyət insanı dərhal keçmişə istiqamətləndirərək xatirələrə və gözyaşlarına gətirib çıxarar.

Ağlamaq faydalıdırmı?

İnsanların əksəriyyəti yaxşı bir ağlamadan sonra özlərini əla hiss etdiklərini söyləyərlər. Lakin bu hər vaxt doğrudurmu? Cavab ümumiyyətlə 'bəlidir, lakin hər vaxt deyil... Hollandiyada edilən bir araşdırma depressiyadakı qadınlarda ağladıqdan sonra özlərini daha narahat hiss etdiklərini bildirmişdir. Lakin sağlam bir insanın sıx duyğular yaşadıqdan sonra ağlaması, duyğuların ən yaxşı ifadəsi olaraq bildirilir. Bunun yanında ağlama sonrası stress hormonları azalar, zehni yoğunluq çıxarılar və ürək damar sistemi üzərindəki yük yüngülləşər.

Ağlayana təskinlik verin.

Ağlayan qədər bəzən yanında ağlanılan da bu vəziyyətdə nə edəcəyini bilməyir. Birinin gözləmədiyiniz bir anda qarşınızda ağlayır olması insanı həm çaşdırar həm də əlini ayağına dolaşdırar. Belə hallar əksəriyyətlə ağlayanla birlikdə olana narahatlıq verər. Əgər heç bir şey etmədən gözləsəniz ağlayanın daha pis hiss edəcəyini bilin. Dəstək olmağa çalışın lakin nələr edə biləcəyinizin, mühitə və o insanı nə qədər tanıdığınıza bağlı olduğunu unutmayın. Çox yaxşı tanımadığınız birinə sarılmaq yerinə yanında oturub, izah etdiklərini dinləmək daha doğru ola bilər. Ağlayanın necə rahatlayacağını bildiyinizi bilib özbaşınıza davranmayın; ən yaxşısı necə kömək edə biləcəyinizi soruşmaqdır.

Ağlamaqdan uzaqlaşmaq üçün...

Yoldaşınız əməliyyata girərkən ya da müdirdən artıq maddi vəsait istəyərkən olduğu kimi

ağlamanın doğru olmadığı zamanlar vardır. Aşağıdakılar bu vəziyyətdə sizə köməkçi ola bilər:

Öz özünüzə, ağlamanı bir müddət üçün təxirə saldığınızı düşünün.

Mövzunu ağılınızdan uzaqlaşdırmağa çalışın.

Mümkünsə o mühitdən uzaqlaşın və tək qala biləcəyiniz bir mühitdə ağlayın.



Diqqətinizi başqa tərəfə sürüşdürün; xərəyin yanında gedirsinizsə xəstəyə deyil də

divarlardakı şəkillərə baxın ya da müdirin qarşısındasınızsa bığının nə qədər

gülməli göründüyünə diqqət yetirin.


Geri dön

_M_E_H_I_

  • 6 dekabr 2010 15:01
  • Məqalə: 161
  • Şərh: 114
  • Bal:
Gecə Şehi,
Cox sag olun :)

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

Ulya

  • 6 dekabr 2010 00:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqli yazi idi

Grace_Angel

  • 5 dekabr 2010 22:44
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler maraqli melumat ucun...

--------------------

Just For Legend

  • 5 dekabr 2010 22:23
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
he aglamaq dogrudan da gozeldir,adam yungullesir bezen aglayanda

--------------------

Sergio Ramos

  • 5 dekabr 2010 22:12
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
bu yazını oxumuşdum...
yeNə də təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 59
Cəmi: 68

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}