İtaliya 13 illidən sonra “Eurovision”a qayıdır

 
İtaliya 13 illidən sonra “Eurovision”a qayıdır


İtaliya gələn il mayın 10-14-də Almaniyada keçiriləcək

“Eurovision-2011” mahnı müsabiqəsində iştirak üçün müraciət edib.

İtaliya bu beynəlxalq müsabiqədə 13 il idi iştirak etmirdi. Avropa Yayım Birliyinin

(AYB) departament direktoru Yorgen Frank bildirib ki, uzun müddətdir

İtaliyanın müsabiqəyə qayıdışı ilə bağlı səylər göstərilir: “Biz italiyalı həmkarlarımızın

müsabiqəmizə marağının bərpasını böyük kompliment kimi qəbul edirik və

son 13 il ərzində müsabiqənin necə dəyişildiyini onlara göstərmək imkanını səbirsizliklə gözləyirik.

Əminəm ki, onlar təəccüblənəcəklər”.

İtaliya ilk “Eurovision” müsabiqəsinin yeddi iştirakçısından biri olub.

Bu ölkə şounun milli teleefirdəki reytinqinin aşağı olmasını əsas gətirərək,

1998-ci ildə müsabiqədə iştirakdan imtina edib. İtaliyalı müğənnilər

Eurovision”da iki dəfə qalib olub - 1964 (Cilyola Çinkvetti) və 1992-ci (Toto Kutunyo) illərdə.

“Rai2” telekanalının direktoru Massimao Liofredinin məlumatına görə,

2011-ci ildəki namizədin Natali Cannitrapani olacağı ehtimal edilir.

Onun 31 yaşı var, Romada anadan olub. Atası tunisli, anası isə belçikalıdır.

13 yaşından mahnı oxuyur. Natali Cannitrapaninin müsabiqədə ingilis

dilində mahnı ifa edəcəyi gözlənilir.


Geri dön

Ulya

  • 6 dekabr 2010 00:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
xos qayidir:)

CandyGirl

  • 5 dekabr 2010 20:37
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
lap yaxsi wink

--------------------

Just For Legend

  • 5 dekabr 2010 20:02
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}