Tarixdə qanlı ləkə - Kərbəla faciəsi

 
Tarixdə qanlı ləkə - Kərbəla faciəsi

Tarixdə qanlı ləkə - Kərbəla faciəsi

Tarixin bir çox şanlı və rüsvayedici, tükürpədici səhifələri vardır. Bunlardan biri olan Kərbəla faciəsi bütün yer və göyləri lərzəyə gətirmiş, tarixə həm şanlı həmdə tükürpədici qanlı ləkə kimi düşmüşdür.


Bu faciənin böyük miqyaslı olmasının səbəbi hadisənin qəhrəmanının dünyada ən çox sevilən, ən çox rəğbət bəslənilən Allahın rəsulu Hz. Məhəmmədin (s) nəvəsi Hz. Hüseyn (r) olmasıdır.

Bu faciə həm də ona görə dəhşətlidir ki, Rəsulullah (s) bunu əvvəlcədən bilmiş, amma heç nə edə bilməmişdir. Bu xəbər Peyğəmbərə (s) Cəbrayıl (Ona salam olsun!) tərəfindən bildirilmişdir. İmam Əhmədin Hz. Ənəs yolu ilə etdiyi rəvayətdə deyilir:

“Yağış mələyi Rəsulullahın (s) yanına girmək üçün izin istədi. Ona izin verildi. Mələk içəri girdiyi zaman Allahın rəsulu (s) Ümmü Sələməyə (r): “Qapını bağla və qapıda dur ki, heç kəs yanımıza gəlməsin!” - deyə buyurdu. Ancaq Əlinin oğlu Hüseyn (r) gəldi və qaçaraq içəri girdi, Rəsulullahın (s) çiyninə dırmaşdı. Mələk Rəsulullahdan (s) soruşdu:

- Sən onu sevirsənmi?

- Bəli.

- Ümmətin onu öldürəcək. İstəyirsən öldürəcəkləri yeridə sənə göstərim.

Bunuə dedikdən sonra mələk əllərini çırparaq Rəsulullaha (s) qırmızı rənglir torpaq göstərdi. Bu zaman Ümmü Sələmə (r) o torpağı götürərək paltarının bir ucuna yığıb düyünlədi. Ümmü Sələmə (r) deyirdi: “Biz Hüseynin (r) Kərbəlada öldürüləcəyini daha əvvəllər eşitmişdik”.

Həmçinin, Əhməd bin Hənbəl Abdullahın atasından bunu rəvayət edib:

Mən Əli (r) ilə birlikdə yola çıxmışdım. Neynəvaya gəlib çatdıqda mənə: “Səbir et, ey Əbu Abdullah! Firat quyusuna çatdığın zaman səbir et!”- deyə səsləndi.

Mən ondan bununla nəyi demək istədiyini soruşdum. O da bu cavabı verdi:

“Bir gün Rəsulullahın (s) yanına getmişdim. Gözlərindən yaşlar axırdı. Soruşdum ki, “Ey Allahın rəsulu, niyə ağlayırsan?” Cavab verdi:

-Bir az bundan qabaq Cəbrayıl yanımda idi. Mənə Hüseynin Firat quyusu yanında öldürüləcəyini bildirdi və istəsəm öldürüləcəyi yerin torpağını mənə iylədə biləcəyini söylədi. Əlini uzatdı və mənə bir ovuc torpaq verdi. Mən də o torpağı gördükdə dözə bilmədim, ağlamağa başladım”.

Bu hədislər Kərbəla faciəsi və onun qabaqcadan xəbər verilməsi haqqında İbn Kəsirin “Tarix” kitabında keçir. Heç şübhəsiz ki, Hz. Hüseynə zülm edildi. Allah Hüseyni öldürənə də, öldürmə əmrini verənə də lənət etsin!

Bu hadisədə təəssüf doğuran cəhət bəzi insanların tutduğu mövqedir. Belə ki Hz. Hüseyn Məkkədə oturduğu halda, ona biri-birinin ardınca məktub göndərərək onu Kufəyə gəlməyə təhrik etdilər. İbn Abbasın (r), Abdullah ibn Ömərin (r) və digərlərinin Hz. Hüseyni atasına (imam Əliyə) xəyanət etdikləri kimi, ona da xəyanət edəcəkləri haqda xəbərdar etmələrinə baxmayaraq, o, çıxmaq qərarını verdi. İmam Hüseyn əvvəlcə Müslimi (r) elçi göndərdikdən sonra özü də yola çıxdı. Vali Übeydullah ibn Ziyad tədbir görməyə başlayan kimi imama beyət edən (sədaqət andı içən) 18000 nəfər bir gecənin içində andlarını pozaraq imamın elçisi Müslimi (r) o zalımlara təhvil verdilər. Sonra isə imam Hüseynin faciəli ölümünü duyduqları zaman yas tutub, sinə döyüb, mərsiyə deyib ağlamağa başladılar. Çağıran da özləri, xəyanət edən də özləri, sinə vurub ağlayan da özləri idi!

Təəssüf olsun ki, Hz. Hüseynin qətlindən və ümumiyyətlə Əhli Beytə qarşı edilən zülm və vəhşilikdən öz məqsədi üçün sui-istifadə edənlər olmuşdur və bu gün də vardır (Allah müsəlmanları onların şərrindən qorusun!). Əslində burada yeni bir şey yoxdur. Tarixən və bu gün də insanların faciəsindən öz mənfəəti üçün istifadə edib özünə karyera qazananların, rəqiblərini yıxmaq istəyənlərin müxtəlif oyunlarının şahidi olmaq mümkündür. Çünki siyasi qruplarda, əsas məqsəd hakimiyyətə gəlməkdir.

İmam Hüseynin qətlində yuxarıdakı qorxaqlıq, ikiüzlülük nümayiş etdirdikdən sonra riyakarlığa girişənlərdən başqa, Əhli beytin həqiqi aşiqləri də olmuşdur. Məsələn, bu cinayətdən sonra Kufə valisi Übeydullah ibn Ziyad minbərə çıxaraq: “Yalançı oğlu yalançı Hüseyn ibn Əlini öldürən və öz dəstəsinə yardım edən Allaha həmd olsun!” - deyə sözünə başlayarkən camaatdan bəziləri qalxıb: “Ey pozğun qadının oğlu! Yalançı sənsən, sənin atandır, səni bura təyin edəndir və onun atasıdır (bununla Yezidi və onun atası Muaviyəni nəzərdə tuturdular)! Siz yalançılar doğruların dili ilə danışırsınız”. Həmçinin, Hz. Hüseynin (r) kəsilmiş mübarək başı Küfəyə gətirildiyi zaman vali Übeydullah ibn Ziyad əlindəki əsa ilə onun dodaqlarına toxunmağa başladı. Buna tab gətirə bilməyən Rəsulullahın yaşlı səhabəsi Zeyd ibn Ərqam: Çək o əsanı! Özündən başqa ilah olmayan Allaha and olsun ki, mən Rəsulullahı (s) o dodaqlardan öpərkən gördümdeyərək özünü ağlamaqdan saxlaya bilməmişdi.

Salam olsun o igid qəhrəmanlara! Ar olsun imamı yarı yolda buraxan xain qorxaqlara! Ölüm olsun bu cinayətini törədənlərə!

İmam Hüseyn isə öz şəhadəti ilə tarix yazdı. Bir Peyğəmbər nəvəsinə yaraşan da elə bu idi. O zülmə qarşı mübarizəni nümayiş etdirmiş, bu yolda özünü fəda vermişdi.

Salam olsun sənə ey cənnət əhli gənclərin və şəhidlərin böyüyü, ey gözəl insan!

Tarixdə qanlı ləkə - Kərbəla faciəsi



Geri dön

aksana1993

  • 10 noyabr 2012 17:13
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

ShoKKi_MoKKi

  • 9 noyabr 2012 22:27
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
come back,

Allah razi olsun cox maraqli meqale idi.

--------------------

fatimeyinur

  • 9 noyabr 2012 22:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
...ALLAH razi olsun...

come back

  • 9 noyabr 2012 18:37
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun cox maraqli meqale idi.

GuNaY_83

  • 9 noyabr 2012 16:58
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Gözlüklü

  • 9 noyabr 2012 16:28
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Maraqli idi Allah razi olsun

solnuska

  • 9 noyabr 2012 15:12
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Prank girl

  • 9 noyabr 2012 15:05
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: Samir98
Baxdim.Tewekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

nazligul

  • 9 noyabr 2012 14:40
  • Məqalə: 10
  • Şərh: 316
  • Bal:
{awards}
maraqli sagolunnnn tshhhhhkkkkkk

--------------------
Kimlərinsə mənim haqqımda nə düşündüyü mənə maraqlı deyil!!!!!!Əsas odur ki,mən onlar haqqında düşünmürəm.........

unfaithful

  • 9 noyabr 2012 14:13
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

..::MisS DioR::..

  • 9 noyabr 2012 14:06
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
maraqlidii.cox tesekkur edirem...

--------------------

ღ★Diamond★ღ

  • 9 noyabr 2012 13:47
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
tesekurlerrrrrrrr

i love islam

  • 9 noyabr 2012 12:52
  • Məqalə: 63
  • Şərh: 584
  • Bal:
{awards}
cox diqqetnen oxudum KERBALA HADISESI DEMEK OLARKI BUTUN ISLAM ALEMININ EN BOYUK ACISIDIR....
TEWEKKURLER BACIM ALLAH RAZI OLSUN

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

PSIXOPATKA

  • 9 noyabr 2012 12:16
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
COX SAGOLUN...

--------------------

love emo

  • 9 noyabr 2012 10:55
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
baxammadim pis olmusam baxib onsuzda cox pis olmaq istemirem...

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

Samir98

  • 9 noyabr 2012 10:28
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Baxdim.Tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}