Ərdoğan gizli hesabları açılmasın deyə ABŞ-a nə söz verib?!

 
Ərdoğan gizli hesabları açılmasın deyə ABŞ-a nə söz verib?!


"Wikileaks" internet saytı baş nazir haqda yeni məlumatlar dərc edib

"Wikileaks" internet saytının bir neçə gündür ABŞ-ın xarici siyasət idarəsinin uzun illərdən bəri dünyanın müxtəlif ölkələrindəki diplomatlarına istinadən topladığı gizli yazılı məlumatları gün işığına çıxarması dünyanı birdən-birə çalxaladı. Açıqlanan gizli informasiyalar içərisində ən çoxu Türkiyə haqqındadır. Türkiyədə fəaliyyət göstərmiş ABŞ diplomatlarının öz xarici siyasət idarələrinə göndərdikləri gizli məlumatlarında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsveçrədə mövcud olan banklarda 7 milyard dolar vəsaitinin olduğu iddia olunur.

R.T.Ərdoğan açıqlanan məlumatların həqiqətəuyğun olmadığını bildirməklə yanaşı, eyni zamanda bu diplomatlara qarşı beynəlxalq hüquqda mövcud olan qaydalardan yararlanaraq, özünü müdafiə etmək niyyətindədir. Artıq həm Ərdoğanın sədr olduğu partiya, eyni zamanda onun şəxsi vəkilləri hüquqi vasitələrlə bunun yollarını araşdırır. Bəs doğurdanmı R.T.Ərdoğanın gizli hesabları mövcuddur?

"Həftə-"İçi"nə istinadən xəbər verir ki, R.T.Ərdoğanın bank hesablarının olması ilə bağlı məlum saytın açıqladığı məlumatlar yeni deyil. Apardığımız araşdırma zamanı məlum oldu ki, 2005-ci ildə Türkiyənin "Aydınlıq" dərgisi də bu haqda geniş məqalə yazıb. Həmin yazıda da iddia olunurdu ki, 2005-ci ildə ABŞ-ın Türkiyədəki səfiri R.T.Ərdoğanla göruşüb və baş nazirin İsveçrədəki bank hesabları haqqında Türkiyə ictimaiyyətinə məlumatların çatdırılacağını bildirib. Qəzetdən sitat:

Rəcəb Tayyib Ərdoğan - bu məlumatlar haqda bilginiz var, bəs bundan sonra nə olacaq?

ABŞ səfiri - bu məlumatlar ictimaiyyətə açıqlanandan sonra məcburən istefa verməli olacaqsınız.

Ərdoğan - Məndən nə etməyimi istəyirsiniz? İstefamı verim?

-Xeyr, sadəcə, bölgə ilə bağlı, ABŞ-ın maraqları üçün müəyyən məsələlərə göz yummanız kifayətdir.

- İrəli sürdüyünüz şərtləri bilmək olarmı?

- İlkin olaraq razılaşmağımız lazımdır.

- Bu razılaşmaya görə, siz məlumatların yayılmaması üçün mənə zəmanət verə bilərsinizmi?

- Buna şübhəniz olmasın.

- O zaman buyurun, şətlərinizi bildirin.

- İlkin olaraq Türkiyədəki ABŞ-a qarşı ciddi təhlükə mənbəyi sayılan siyasi qüvvələr zərərsizləşdirilməlidir. Bura müəyyən mətbuat orqanları, media şirkətləri də daxildir. Sonrakı şərtlərimiz budur.

1. Türkiyə qeyd-şərtsiz Kipr məsələsində bizim irəli sürdüyümüz şərtlərə uyğun addımlar atmalı, Şimali Kipr Türk Respublikası ilə bağlı ABŞ-la birgə siyasətini müəyyənləşdirməlidir.

2. Ermənistanın iqtisadi inkişafına təkan verəcək layihələrə müsbət yöndə dəstək verməli, Ermənistanla sərhədlərin açılması üçün ABŞ-ın irəli sürdüyü təklifləri qəbul etməlisiniz.

3. Daxildə "kürd açılımı" adı altında müəyyən addımlar atmalı, kürdlərə bir sıra hüquqular verməlisiniz.

4. İraqda İsrail və ABŞ-ın həyata keçirdiyi siyasətə hər hansı bir ehtiraz edilməməklə yanaşı, bölgədə ABŞ və İsrailin maraqlarına uyğun gəlməyən addımlar ortaya qoyulmamalıdır.

5. İranına qarşı İsrail - ABŞ işbirliyinə uyğun olmayan İranla münasibətlərinizi məhdudlaşdırmalısınız.

8. Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda ABŞ və İsrailin ümumi maraqlarına uyğun layihələrə dəstək verməlisiniz.

Bizim şərtlərimiz bu qədər. Əgər bu şərtlərə əməl olunarsa, sizin və partiyanızın bir çox üzvünün İsveçrədəki bank hesabları ictimaiyyətə bildirilməyəcək.

- ABŞ-ın bölgədəki siyasətinə qarşı çıxan qüvvələr, eyni zamanda mənim də hakimiyyətimə böyük əngəldirlər. Onlarla bağlı mənim də müəyyən düşüncələrim var. Bu dediklərinizlə bağlı razalışdığımı ifadə edə bilərəm. Amma Ermənistanla bağlı məsələ mənim gücümdən kənardır. Mən iki ölkə arasında münasibətlərin qurulması üçün müəyyən diplomatik addımların atılmasına çalışacağam. Amma bəri başdan deyim ki, bunu AKP içərisində dəstəkləməyənlər də olacaq. Xalqın bu yöndə baxışları bəllidir. İran məsələsi olsa, bu mümkündür. Amma Ermənistanla bağlı çətinliklərimiz olacaq".

Təhlilçilərin fikrinə görə, Ərdoğlanla ABŞ səfirinin arasında olan bu söhbətdən sonra, yəni 2005-ci ildən üzü bəri Türkiyə hökumətinin irəli sürülən şərtlərə uyğun bəzi addımlar atdığını, doğurdan da, görmək olar. Bu məqaləni "Aydınlıq" junalında dərc edən yazar "Ergənəkon" adı altında Türkiyədə "Silivli" cəza evində 364 gündür tutuqlu saxlanılmaqdadır. Bundan başqa, Türkiyə silahlı qüvvələrinin təqaüddə olan, siyasət meydanlarında ABŞ-ın reginonla bağlı siyasətini tənqid edən Vəli Küçük başda olmaqla neçə-neçə generallarının həbsə atıldığının da şahidiyik. Eyni zamanda ABŞ-ın bölgə ilə bağlı siyasətini tənqid edən "KanalTürk" kanalının eks-sahibi Turkan Özkanın əsassız iddalarla həbs olunmasını da məhz R.T.Ərdoğanın üzərinə götürdüyü şərtlərlə bağlayanlar var.

Bir neçə gün öncə məlum internet saytı tərəfindən R.T.Ərdoğanın İsveçrə banklarında milyardlarla dolların saxlanıldığı hesablarının üzə çıxması ABŞ rəsmiləri ilə R.T.Ərdoğan arasında əldə olunan razılaşmadan dolayı deyil, birbaşa ABŞ-ın xarici siyasət idarəsindən əldə olunan və dünya ictimayyətinə çatdırılan məxfi məlumatlardan biridir. Bu məlumatın yayılmasını ABŞ-ın Dövlət katibi Hillari Klinton olmaqla digər rəsmi orqanların nümayəndələri də istəməzdilər. Şərhçilər deyir ki, R.T.Ərdoğan hakimiyyətinin istər İraqla bağlı, istərsə də İranla bağlı, eyni zamanda Ermənistanla bağlı həyata keçirdiyi siyasət göz önündədir və bu həyata keçirilən siyasətin qeyd olunan razılaşmalardan doğub-doğmadığını isə heç kəs deyə bilməz.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:49
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLIDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 6 dekabr 2010 22:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol winked

SerSeRi_RuzGaR

  • 6 dekabr 2010 22:30
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
recourse TewekkuR eDIREM CaNIm pApAmcuN OxuduM)))))))

--------------------
<<<$aLunKa>>>

L_SimuS

  • 6 dekabr 2010 22:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bunlar hamisi oyundu......
men inanmiram ve mene maraqli deyil

Eziyyete gore tewekkur

Sergio Ramos

  • 6 dekabr 2010 22:14
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
mArAqLı oLmAdı məNə

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 49
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}