Sumqayitda əlləri olmayan sürücü

 
Sumqayitda  əlləri olmayan sürücü

Inanc görünməyənə inanmaqdır. Görünməyənə inansan başqalarının görmədiklərini görər sən”.

Xəzər Mirzəyevin sosial şəbəkədə paylaşdığı statuslardan biridir. Görmədiyinə bağlanan bu gənc adam öz müsbət enerjisi ilə ətrafdakıları cəlb etməyi bacarır, hətta insanda gələcəyə ümid yaradır. Bəli, bir parça çörəyini daşdan çıxaran, yaşamaq üçün mübarizə aparan Xəzər fiziki baxımdan sağlam insanlardan daha mübariz, həyat doludur...

Xəzər Mirzəyev hərbi xidmətdə olarkən yaralanıb. O deyir ki, 2005-ci ilin isti iyun ayı həyatını alt-üst edib: “İyunun 12-də Tərtərdə minaya düşdüm. Ayılanda artıq hər iki əlim kəsilmişdi. Mina partlaması nəticəsində başımdan da zədə almışdım, bədənimdə qəlpə yaraları var. Uzun müddət müalicə alsam da, bədənimdəki qəlpələri cıxarmaq mümkün olmadı”.

Birinci qrup əlil olan Xəzər ailəsini taksi sürməklə dolandırır: “Əvvəllər protezlərlə sürməyə başladım. Amma protezlər gücə düşdüyündən tez-tez qırılırdı. Buna görə də indi onların köməyi olmadan maşın sürürəm”. Xəzərin müştərisi də az deyil. Deyir ki, bəzən gündəlik gəliri 10-15 manatdan çox olur: “Çox sağ olsunlar, sərnişinlərim mənə etibar edirlər. Mən də maşını çox ehtiyatlı sürməyə calışıram”.

Xəzərin yeganə gəlir yeri taksi fəaliyyəti deyil. Daim hərəkətdə olan qəhrəmanım ticarətlə də məşğuldur: “Hərdən internetdən mal sifariş edirəm, yəni onlayn alış-verişlə məşğul oluram. Axı balaca qızımı heç nədən korluq çəkmədən böyütmək məcburiyyətindəyəm”.

Doğrudur, Xəzər kimsənin köməyi olmadan ailəsini dolandıra bilir. Amma sıxıntıları da az deyil. Ən böyük problemi isə mənzillə bağlıdır: “Əsgərliyə getməzdən əvvəl kirayədə yaşayırdıq. Rəngsaz işləyirdim, qazancım pis deyildi. Yəni, kirayə haqqını ödəyə bilirdim. İndi yataqxanada bir otaqda məskunlaşmışıq. Otaq balaca və nəmiş olduğundan yaşamaq mümkün deyil”. Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisindəki yataqxanada istilik olmadığından qışda yalnız elektrik qızdırıcısından istifadə etmək məcburiyyətində qalırlar.
Buna görə də aylıq gəlirin yarıdan çoxu işıq puluna sərf olunur. Üstəlik bayıra paltar asmağın qadağan edilməsi otağı daha da nəmiş edir.

Xəzər deyir ki, birinci qrup əlil kimi onu mənzil növbəsinə alıblar. Lakin əsgərlikdə əlil olanlara ev verilmədiyindən ev istəyi arzu olaraq qalır: “Deyirlər ki, hərbi əlillərə mənzil verilmir. Otaq nəmiş olduğundan tez-tez ağrılarım olur. Buna görə də, heç olmasa, torpaq sahəsi ilə təmin olunmağım üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, bələdiyyəyə müraciət etmişəm. Lakin boş torpaq sahəsinin olmadığını deyirlər. Mən uğrunda əlil olduğum torpaqdan 5-10 metr pay istəyirəm ki, uşağımı xəstəliklərdən uzaq, öz evimdə böyüdüm”.

Xəzər onu da deyir ki, evinin layihəsini də hazırlayıb, torpağı olarsa, gecə-gündüz çalışıb öz halal zəhmətilə ev tikə bilər: “Torpaq üçün etdiyim müraciətlərin sayını unutmuşam. Mən torpaq almaqda, bələdiyyə isə verməməkdə israrlıdır. Amma inanıram ki, əlaqədar orqanlar bələdiyyənin bu “inadından” bixəbərdir”.

Xəzər 1 yaşlı qızına Azərbaycanla bağlı nağıllar danışır, deyir ki, qızı indidən Vətənini sevməyi öyrənməli, bu sevgi ilə böyüməlidir. Vətən üçün əllərini itirən atasına bir parça torpağı qıymayan azərbaycanlılardan fərqli olaraq, o, Azərbaycanı sevməlidir.


Geri dön

L115A1

  • 10 noyabr 2012 21:13
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
Allah komeyi olsun

--------------------

solnuska

  • 10 noyabr 2012 16:48
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH komeyi olsun.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 10 noyabr 2012 02:24
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
ay yaziq+((((pis oldum e(

--------------------
Помни, что ты - мое все ❤

ZaLaToY PaReN

  • 9 noyabr 2012 22:49
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
Twk xebere gore...

Pink World

  • 9 noyabr 2012 22:24
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Allah sizinde komeyinizde olsun.Xezer bizim qohumumuzdu.taniyiram cox yaxsi bir insandi.Allah yardimcisi olsun.Amin

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

fatimeyinur

  • 9 noyabr 2012 21:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH komeyi olsun...

Prank girl

  • 9 noyabr 2012 21:14
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
cox pis oldum

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 9 noyabr 2012 20:33
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
cox pis oldum cox pis tesir eledi mene recourse sad

Ye_Ne_Babnik

  • 9 noyabr 2012 19:58
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Brat Sumqayit uwaqlari yawadir da !!!! Allah komeyi olsun!

:(

  • 9 noyabr 2012 19:48
  • Məqalə: 0
  • Şərh: 536
  • Bal:
{awards}
“Inanc görünməyənə inanmaqdır. Görünməyənə inansan başqalarının görmədiklərini görər sən”.
ALLAH KOMEYI OLSUN...

--------------------
---Oglanlar eziyyet cekib dostlug atmasin,qebul elemiyecem =))---

love emo

  • 9 noyabr 2012 19:45
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
ALLAH YARATDIGI BENDEDIDE...
ALLAH NECE BILIR ELEDE MESLEHETDI...

YANI TECUBLU HEC NE YOXDU...

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

Kamran.E

  • 9 noyabr 2012 19:15
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
“Inanc görünməyənə inanmaqdır. Görünməyənə inansan başqalarının görmədiklərini görər sən”.

tewekurler

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

nazligul

  • 9 noyabr 2012 19:13
  • Məqalə: 10
  • Şərh: 316
  • Bal:
{awards}
Allah komeyi olsun

--------------------
Kimlərinsə mənim haqqımda nə düşündüyü mənə maraqlı deyil!!!!!!Əsas odur ki,mən onlar haqqında düşünmürəm.........

solnuska

  • 9 noyabr 2012 19:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH HER KESI BIR CURE YARADIBDA

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GULCIN_ROSE

  • 9 noyabr 2012 19:09
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
BEZEN SIKAYET EDIRIK HEYATIMIZA ,,,BELE INSANLARI GORENDE SUKUR ETMELIYIY SUKURLER OLSUN SENE ALLAHIM......HEMIN ADAMLARA HALALDI ELLERI YOXDU DEYE HEYATDAN VAZ GERMIR,,,,,,HALALDI BEYENDIM

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

ღ★Diamond★ღ

  • 9 noyabr 2012 18:59
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Allah komey elesin

nuray88

  • 9 noyabr 2012 18:51
  • Məqalə: 0
  • Şərh: 305
  • Bal:
{awards}
Allah komeyi olsun

unfaithful

  • 9 noyabr 2012 18:41
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH köməyi olsun!Çox pis oldum görəndə

--------------------

ShoKKi_MoKKi

  • 9 noyabr 2012 18:31
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH komek olsun ... :(

--------------------

UmUTSUz HaYaT

  • 9 noyabr 2012 18:30
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
{awards}
Allah komeyi olsun xezer beyin

TeKtoNik_EMO_BoY

  • 9 noyabr 2012 18:19
  • Məqalə: 8
  • Şərh: 520
  • Bal:
{awards}
xebere gore twk..... Goresen nevaxtsa qismet olacaq mene ki meqlenin sayi 7 den uxari qalxsin(

--------------------
ß █ %5 üzqüN,,muTsuz ws..
█ █ %1o AcaiP ...
█ █ █ %21 qıCıqK ...
█ █ █ █ %32 Bash beLaSı .. .
█ █ █ █ █ %44 MaTrocqK...
█ █ █ █ █ █ %56 AnTi Ciddi ...
█ █ █ █ █ █ █ %61 . SéwimLiii..
█ █ █ █ █ █ █ █ %73 Züfee xDe...
█ █ █ █ █ █ █ █ █ █ %1oo DéLüüü ... x)) …

SALLİ

  • 9 noyabr 2012 18:09
  • Məqalə: 0
  • Şərh: 577
  • Bal:
{awards}
Allah kömək olsun. İnşallah arzusuna catar.

Sladkiy_Elgun

  • 9 noyabr 2012 18:08
  • Məqalə: 26
  • Şərh: 73
  • Bal:
{awards}
necede surureee!

--------------------
2014
(░)
█████
███████
█████████
(░░░░░░░░░░░)
(░(░█░░░█░)░)
(░░(░░░●░░░)░░)
(░░░░░░=░░░░░░)
(░░░░░░░░░░░░░)
██(░░░░░░░░░░░)██
████(░░░░░░░░░)████
████_██(░░░░░)██_████
████_███████████_██

..::MisS DioR::..

  • 9 noyabr 2012 17:53
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
AYY PISS OLDUMEE SEFALAR OLSUN

--------------------

Samir98

  • 9 noyabr 2012 17:49
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Allah komeyi olsun

AURORA

  • 9 noyabr 2012 17:48
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
wassat pis oldum ee ALLAH komey olsun..

werakus

  • 9 noyabr 2012 17:46
  • Məqalə: 3
  • Şərh: 156
  • Bal:
{awards}
Allah komek olsun.vedandawimizda,,,dovletimiz umud edirem ki, xezere ev-le temin eder,oda Ailesiyle o, menzile yerlewer..bir daha komek olsun.Allah..

Demi Love

  • 9 noyabr 2012 17:45
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
:(( Allah kömək oolsun...

GuNaY_83

  • 9 noyabr 2012 17:40
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ayyyyy pis oldume recourse wekli gorende ALLAH ozu komek olsun..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 35

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}